Məhkəmə qərarları › İş №8(103)-400/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-400/2022

05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-400/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 saylı icra sənədi üzrə “icra hərəkətlərinə dair aktın etibarsız hesab edilməsi və icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 saylı qərardadından tələbkar X3 tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: Maraqlarına toxunan şəxs qismində X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 saylı, icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsini və icra məmuru Səvxan Abbasov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli başlanmış icraata xitam verilməsi haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 nömrəli qərardadı ilə X1 şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 saylı, icra sənədi üzrə Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2020-ci il tarixli başlanmış icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş və həmin icra sənədinin icra olunması barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və icra tədbirlərinin davam etdiirlməsi qərara alınmışdır. Tələbkar X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş apellyasiya icraatında olan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 01 dekabr 2022-ci il tarixli məktubla müraciət edərək maraqlarına toxunan şəxs (ərizəçi) X2 tərəfindən verilmiş şikayət və ötürülmüş müddətin bərpasına dair ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün mülki işin Yasamal Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və 14 oktyabr 2022-ci il tarixli 8(004)-472/2022 nömrəli qərardaddan maraqlarına toxunan şəxs (ərizəçi) X2 tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 saylı qərardadından tələbkar X3 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar