Məhkəmə qərarları › İş №8(103)-401/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-401/2020

06.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-401/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1132/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Z.Həmzəyev Borclu məxsus olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2- 359/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli icra sənədinə əsasən, Borclu 13.891 avro məbləğində kredit borcu və 19,80 manat məbləğində dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Borcun ödənilməsi üçün banka girov qoyulmuş “Mercedes Benz-200” markalı, **-RN-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməlidir. “Mercedes Benz-200” markalı **-RN-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracdan satılaraq banka olan 13.891 avro məbləğində kredit borcu və 19,80 manat məbləğində dövlət rüsumu ödənilməli, qalan məbləğ Borclu verilməlidir. Satışdan əldə edilmiş pul borc məbləğinin ödənilməsi üçün yetərli olmadıqda tələb borclunun digər əmlakına yönəldilməlidir. İcra sənədi icraata xx xxxxxxxx 2014-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxxxxx 2016-cı il tarixli məktubuna əsasən Borclu adına olan “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı, RAF 2203 mikroavtobus minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 200” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı, “X2” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21070” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-359/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına olan “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı, RAF 2203 mikroavtobus minik markalı, **-FO- *** dövlət qeydiyyat nişanlı, “Mercedes 200” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı, “X2” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21070” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borcun həcmi miqdarında həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(005)- 1683/2017 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2- 359/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı, RAF 2203 mikroavtobus minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 200” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı, “X2” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21070” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar ASC xx xxx 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(005)-1683/2017 nömrəli qərardadının ləgv olunması və “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac vasitəsilə Tələbkar ASC-yə satılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərardadının dəyişdirilməsi, Borclu məxsus “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Borclu xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda şikayətini məhkəməyə təqdim etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair Borclu ərizəsi təmin edilmiş, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qərardad xx xxxx 2020-ci il tarixdə Borclu göndərilsə də, həmin qərardadın borcluya çatmasını təsdiqləyən müvafiq poçt xəbərnaməsi iş materiallarında öz əksini tapmamışdır. Tələbkar ASC-nin həmin qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu məhkəmə iclası və onun nəticəsi barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, borclu və icra şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tələbakrın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qərardaddan şikayət isə qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. İş materiallarından görünür ki, Borclu müvafiq qərardad xx xxxx 2020-ci il tarixdə göndərilmiş, lakin həmin qərardadın borcluya çatmasını təsdiqləyən müvafiq poçt xəbərnaməsi iş materiallarında öz əksini tapmamışdır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1132/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar