Məhkəmə qərarları › İş №8(103)-403/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-403/2020

05.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-403/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Tanrıverdiyev Anar Vəzir oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə,Tələbkar, X4, Borclular olduğu,Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin izah verilməsinə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3250/2018 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3250/2018 saylı qətnaməsinə cavabdehlər X6 və Borclu MMC-dən müştərək qaydada 6296,5 (altı min iki yüz doxsan altı manat, əlli qəpik) manat məbləğində maddi ziyanın əvəzinin alınaraq iddiaçı Tələbkar verilməsi kimi izah verilməsi və qətnamənin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu “Borclu" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu “Borclu" MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 8(103)- 264/2020 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh “Borclu" MMC tərəfindən verilmiş apelyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu “Borclu" MMC-nin Nəsimi Rayon Məhkəməsinin 8(006)- 68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. “Borclu" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün “prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 68/2020 sayl mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməməsi qərara alınmışdır. X8 Hüquqları Məhkəməsinin "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 268.1-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Brumaresku Rumıniyaya qarşı” işinə istinadən qeyd edilmişdir ki, borclu "Borclu" MMC tərəfindən qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması səbəbləri ərizənin təmin edilməsi üçün əsas hesab oluna bilməz. Borclu “Borclu" MMC şikayət verərək,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməsi və buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, məhkəmənin 8(006)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət onun tərəfindən heç bir müddət ötürmədən vaxtında verilmişdir. Lakin iş materiallarında olan etibarnamədən görünür ki, X7 Borclu MMC-nin adından şikayəti imzalamaq səlahiyyəti olsada etibarnamənin müddətinin bitməsi həm onların və həm də birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. Hal-hazırda həmin xüsusatlar aradan qaldırılmışdır, yəni şikayəti imzalayan şəxsə verilmiş etibarnamə yenilənmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 sayl mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 68/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu “Borclu" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Tələbkar, borclular X4, Borclu,Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 128-137, 263,264, 266- 269, 398-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, müddətin ötürülməsinin üzrlü hesab edilməməsinə qiymət verilməsinin prosessual əsasları və onun araşdırılan səbəbləri, ərizədə qeyd edilən dəlillərin qiymət verilməsi qərardadda əks olunmamışdır. Ona görə şikayət qismən təmin edilməli və mümkünlüyü müəyyən edilən ərizəyə əsaslandırılmış qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki durumda sübutların müzakirəsi ilə yanaşı şəxsə məhkəmə qərarının vaxtında çatıb-çatmaması və ya prosessual qərarların verilməsinə (hərəkətlərin edilməsinə) sərf edilmiş zamanda müddətin ötmə şübhəsi fərdin ziyanına şərh edilməyərək onun müraciət və müdafiə hüququnun konstitusiya əsasları üstünlüyünə önəm verilməlidir. Diqqətə çatdırılmalıdır ki, etibarnaməni imzalayan şəxsin MMC-nin qanuni təmsilçi olması, habelə etibarnamə verilən şəxsin MMC-nin işçisi və ya vəkil olması, yəni ərizəni imzalayan şəxsin səlahiyyəti ilk olaraq müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 266-269, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Borclu “Borclu" MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 sayl mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və Borclu“prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar