Məhkəmə qərarları › İş №8(103)-403/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-403/2024

18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-403/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadə təqdimatla məhkəməyə ərizə ilə müraciət edərək Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə yerləşən əlavə tikili olan eni 0,6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkən özbaşına tikili hesab edilməklə Borclu hesabına sökülsün dedikdə qeyd olunan əlavə tikilinin (sanitar qovşaq) sökülüb-sökülməməsi barədə ətraflı izahın verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, 30 sentyabr 2024cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)-292/2023 saylı qətnaməsinin izah olunması barədə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, 16 oktyabr 2024cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Apellyasiya icraatı zamanı Tələbkar nümayəndəsi və vəkili Nümayəndə vəsatət verərək işə şifahi icraat qaydasında baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılması üçün əsaslar müəyyən edilmədiyindən vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının 1-ci mərtəbəsində Borclu şəxsi mülkiyyətində olan mənzilə bitişik, yanğın əleyhinə olan çıxışda ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş əlavə tikililərin və dəmir qapının özbaşına tikinti sayılması barədə, öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində cavabdeh Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkənin özbaşına tikili hesab edilməklə cavabdeh Borclu hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-456/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1769/2024 saylı qərarına əsasən cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 456/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə icraya yönəlmiş və hazırda Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin icraatındadır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(004)- 292/2023 saylı qətnaməsinin “nəticə hissəsində” anlaşılmaz hər hansı məqam yoxdur, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmamışdır. Belə ki, qətnamənin nəticə hissəsində ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində cavabdeh Borclu mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkənin özbaşına tikili hesab edilməklə sökülməsi qət edilmişdir. Belə ki, hər hansı digər əlavə tikilinin - sanitar qovşağın sökülməsi ilə bağlı hər hansı ifadə işlədilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-460/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar