Məhkəmə qərarları › İş №8(103)-404/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-404/2020

02.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-404/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Borclu, borclunun vəkili X4 və tələbkarın vəkili X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-106/2020 xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4235/2019 nömrəli icra sənədi ilə Tələbkar yetkinlik yaşına çatmamış övladı - xx.xx.2012-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 14:00-dan 16:00-a qədər ünsiyyətda olma qaydası müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 xx.xx.2020ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədinin könüllü icra edilməsi üçün Borclu bildiriş verilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun çağırışlarına gəlməkdən imtina etmişdir. Borclu icranı həyata keçirmədiyindən icra məmuru xx.xx.2020ci il tarixdə borcluya birinci xəbərdarlığı göndərmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə saat 14:00-a görüş təyin edilmiş, lakin Borclu heç bir üzürlü səbəb göstərmədən görüşə gəlməmişdir. Borclu bu barədə xəbərdarlıq göndərilmiş, həmçinin onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sonradan Borclu nümayəndəsi ilə əlaqə saxlanılmış, o, isə bu işin onu maraqlandırmadığını bildirmişdir. Bundan sonra icra sənədində göstərilmiş qaydada təyin olunmuş icra vaxtı barədə borcluya mütəmadi olaraq hər dəfə müvafiq məktublar və icradan yayınması barədə xəbərdarlıqlar göndərilsə də, borclu icra sənədinin icrasından heç bir səbəb göstərmədən qərəzli olaraq yayınır. Bununla bağlı müvafiq tarixlərdə Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən aktlar tərtib edilmişdir. Bütün bunların müqabilində təyin olunmuş icra ilə bağlı borcluya şəxsən təqdim edilmiş müvafiq poçt xəbərnamələri icra işinə əlavə edilmiş, müvafiq olaraq aktlar tərtib edilmişdir. Borclunun özünün ünvanladığı xx.xx.2020-ci il tarixli müraciətinin məzmunundan görünür ki, borclu icraata başlamaq haqqında qərar da daxil olmaqla, təyin edilmiş digər icra barədə bildirişləri almış və uşağın səhhətini bəhanə edərək, gələ bilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Həmin müraciətdə borclu guya icranın saatını dəqiq bilmədiyini göstərmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə Yasamal rayon Məhkəməsində təqdimata baxılması zamanı borclu məhkəmə iclasında iştirak etmiş, bir daha icra sənədinin icrası ilə bağlı icra işində olan sənədlərlə tanış olmuş və icra sənədinin icraya yönəldilməsindən məlumatlı olmuşdur. Bundan əlavə borclunun şikayətlərinə Ədliyyə Nazirliyi İcra baş idarəsində baxılmış və xx.xx.2020-ci il tarixli 04/11- 3531 nömrəli məktubla Borclu müraciətinə cavab verilməklə izah edilmişdir ki, xx.xx.2020-ci il tarixdə bir dəfə görüş baş tutmuş, hazırda elan edilmiş karantin rejimi ilə bağlı tələbkarın uşağı ilə ünsiyyətinin virtual qaydada (videozəng vasitəsilə) təşkil etmək tövsiyyə edilmişdir. Lakin borclu yenə də icra sənədinin icrasını təmin etməkdən yayınır və icra məmurunun çağırışlarına əsasən icra şöbəsinə gəlməkdən yayınır. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə “Zaman Express” çatdırılma xidməti vasitəsilə xəbərdarlıq göndərilmiş, lakin borclu təyin edilmiş görüşlərə gəlməkdən qərəzli şəkildə yayınır. Bu barədə icra məmuru tərəfindən xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmişdir. Borclunun icra sənədindən rəsmi məlumatı vardır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə 8(004)-106/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4235/2019 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatı rədd edilmişdir. İcra sənədi üzrə Tələbkar xx.xx.2020-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə 8(004)-106/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-106/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə 8(004)-106/2020 nömrəli qərardadından Tələbkarşikayəti rədd edilmiş və şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 8(103)- 159/2020 nömrəli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-106/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təqdimata yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-106/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4235/2019 nömrəli icra sənədi üzrə borclu - xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi ev 10 mənzil 1 ünvanda qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi, məcburi gətirmə icra tədbirinin koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin müddətinin bitdikdən sonra həyata keçirilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 çağırışı əsasında ərizəçi 2 dəfə Yasamal rayon İcra və Probasiya şöbəsində olmuşdur. Birinci dəfə icra məmurunun icra işi ilə əlaqədar iş yerində olmadığı bildirilmiş, ikini dəfə isə icra məmuru ilə ilə şəxsən görüşmüş, çağırışa əsasən gəldiyini bildirmişdir. Həmin çağırış zamanı icra məmuru xx xxxxxx 2020-ci il tarixə, saat 14:00-a qızı Leyla ilə birlikdə Yasamal rayon İcra və Probasiya şöbəsinə gəlmələrini tələb etmişdir. İcra məmurunun tələbinə əsasən, həmin tarixdə borclu və qızı X6 rayon İcra və Probasiya şöbəsində olmuşdur. İcra məmurunun təşkilatçılığı ilə Tələbkar qızı ilə görüşmüş və borclunun iştirakı ilə övladı ilə ünsiyyətdə olmuşdur. Borclu görüş müddətində uşağın halının pisləşməsini görüb qan şəkərini ölçmüş, cihazda şəkərin 400dən yuxarı olmasını görmüş və icra məmurundan xahiş etmişdir ki, insulin iynısi vursun. İcra məmuru və tələbkarın vəkili borclunu ələ salmış, hədə-qorxu gəlmiş,borclunu videoya çəkmişlər. Sonra uşağın vəziyyətinin pisləşməsini görüb iynə vurulmasına razılıq vermişlər. İynədən sonra uşağın qanda şəkəri normallaşdı və yüksəlməyə başladı. Onlar uşağın komaya düşəcəyindən qorxaraq, tələsik borclu və qızını yola salmışlar. İcra məmuru tərəfindən tələbkarla qızının görüşü barədə protokol tərtib edilmişdir. Tələbkarın virtual qaydada övladı ilə ünsiyyətinə manə olunması ilə bağlı mülahizələri əsassızdır. Tələbkar qızı Leylanın İ tip şəkər xəstəsi və autizm diaqnozu olmasına baxmayaraq, heç bir ailə probleminin olmamasına baxmayaraq yaşadıqları evi xx.xx.2018-ci ildən tərk etmişdir. Qızı Leylanın xəstə olması və belə uşağın onlara lazım olmamasını bildirmişlər. Tələbkar boşandıqdan sonra da heç vaxt evə gəlməmiş və qızı ilə görüşmək isməsini əyani olaraq bildirməmişdir. borclu həftənin 6 günü işdə olur və işdə olduğu müddətdə uşaq dayənin nəzarətində olur. Yasamal rayon məhkəməsində işə baxılan zaman borcluya məlumat verilməmişdir. borclu hesab edir ki, məhkəmə onu iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədiyindən onun qanunla qorunan hüquqları pozulmuşdur. Borclu şikayətin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 231, İcra haqqında Qanunun 84-cü maddələrinə istinad etmişidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-106/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Borclu və onun vəkili Ə.Əhmədov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən tələbkarın vəkili Ş.Süleymanova şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə görə, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Həmin Məcəllənin 138.3-cü maddəsinə görə, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Kollegiya hesab edir ki, iş materiallarında borclunun məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, “Zaman Express” çatdırılma xidməti vasitəsilə xəbərdarlığın göndərilməsinə dair qəbzin əsli deyil, surəti iş materiallarına əlavə edilmişdir ki, həmin sənəd mötəbər hesab edilə bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsində borclu izahatında bildirmişdir ki, əgər ona həqiqətən məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilsəydi o, iclasda iştirak edərdi və məsələ öz həllini tapmış olardı. Şərh olunanlara əsasən, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-106/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-106/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar