Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-404/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Tələbkar Sulyadinoviçin, Borclunun nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadından "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar Sulyadinoviç şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin “icra sənədinin icrasının mümkün olmaması barədə” 19.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 354/2016 saylı, 08.09.2016-cı il tarixli icra vərəqəsinin yenidən Binəqədi Rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev 28.08.2017-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2016 saylı, 08.09.2016-cı il tarixli icra sənədinin icrasının mümkün olmaması barədə məsələyə baxaraq 19.04.2021-ci il tarixli qərar çıxarıb. Qərarını onunla əsaslandırıb ki, "xxxx" ASC-nin ləğvetmə komissiyasının sədri Eldəniz Səfərəliyev 29.04.2019-cu il tarixli izahatında 2012-2015-ci illər üzrə "xxxx" ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokolları və müşahidə şurasının üzvləri haqqında məlumatın həmin dövrdə müəssisənin fəaliyyəti olmadığı üçün verilməsi qeyri- mümkündür. Həmçinin, 2015-ci il üzrə ASC-nin reyestri və Nizamnaməsinin müəssisə ləğv edilən zaman vergi orqanı tərəfindən götürülməsini səbəb gətirərək tələbi təmin edə bilməməsini izahatında qeyd etmişdir. O, hesab edir ki, Nərimanov Rayon Məhkəməsi Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 Rayon Məhkəməsinin 08.09.2016-cı il tarixli icra sənədinin tələbini icra edilməmiş kimi sayılmalıdır və icra məmuru Kamran Mirzəyevin 19.04.2021-ci il tarixli qərarı ləğv edib, sözügedən icra sənədini yenidən icraya yönəldilməlidir. Çünki icra məmuru X8 Rayon Məhkəməsinin 08.09.2016-cı il tarixli icra sənədinin tələbini yerinə yetirərkən öz vəzifə borcunu qanuna uyğun şəkildə icra etməyib, yalnız 29.04.2019-cu il tarixli "xxxx" ASC-nin ləğvetmə komissiyasının sədri Eldəniz Səfərəliyevin izahatı əsasında, borclunun xeyrinə qərar qəbul edib. Baxmayaraq ki, o, icra məmuru Kamran Mirzəyevə dəfələrlə bildirmişdir ki, "xxxx" ASC-yə məxsus olan sənədlərin böyük bir hissəsini X4 şəxsən tərtib edib və özündə saxlayır. Çünki 2012-2017-ci illərdə X4 "xxxx" ASC-nin İdarə Heyətinin sədri, sonra isə ləğvetmə komissiyasının sədri, bundan əlavə Cəmiyyətin hüquqşünas vəzifəsində işləmiş, hətta sabiq ləğvetmə komissiyasının sədri kimi məhkəmələrdə iştirak edərək müvafiq sənədləri imzalamışdır. Belə ki, “Mülkiyyət” qəzetində dərc olunan elandan görünür ki, 26 sentyabr 2012-ci il tarixinə "xxxx" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı təyin edilib. İclasın gündəliyində aşağıdakı məsələlər göstərilib: 1. Səhmdar Cəmiyyətin İdarə Heyətinin, Müşahidə Şurasının və Maliyyə-Təftiş komissiyasının tərkibinin formalaşdırılması; 2. Səhmdar cəmiyyətinin 2012-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə və təsdiqi; 3. Digər məsələlər (bax. əlavə 1). Məhz bu islasda X4 Cəmiyyətin İdarə Heyətinin sədri vəzifəsinə seçilmişdir. Bundan əlavə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 25 mart 2014- cü il tarixli protokolundan görünür ki, iclasda İdarə Heyətinin sədri E. Səfərəliyev Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında ətraflı məlumat verdi. Ümumi Yığıncağın qərarı ilə Cəmiyyətin nizamnaməsi əlavələr nəzərə alınmaqla yeni redaksiya təsdiq edilmişdir. Və nizamnamənin aidiyyati orqanlarda qeydə alınması İH sədrinə (yəni X2) həvalə edilmişdir Bundan sonra "xxxx" ASC-nin İdarə Heyətinin sədri X4 öz imzası ilə təsdiq etmiş 14.11.2014-cü il tarixli “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” ərizəni və Cəmiyyətin yeni redaksiyada nizamnaməsini AR VN BŞVDKİİŞDQİ-nə təqdim etmişdir. Habelə 22.04.2015-ci il tarixli "xxxx" ASCnin ləğv komissiyasının protokolundan görünür ki, ləğv komissiyası qərara alıb ki, Cəmiyyətin ləğv prossesində olması barədə məlumatın hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi üçün AR VN BŞVDKHŞDQİ-nə ərizə ilə müraciət edilməsi və ləğvlə bağlı digər məsələlərin həlli ilə bağlı ləğv komissiyasının səlahiyyətli nümayəndəsi X4 təyin edilmişdir. Beləliklə, "xxxx" ASC-nin ləğv komissiyasının sədri X4 öz imzası ilə təsdiq etmiş 22.04.2015-ci il tarixli “Hüquqi şəxsinin dövlət qeydiyyatından çıxarılması haqqında” ərizəni və əlavə 8 vərəqdə digər sənədləri AR VN BŞVDKHŞDQİ-nə təqdim etmişdir. Digər tərəfdən, "xxxx" ASC-nin ləğv komissiyasının sədri E.Səfərəliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müvafiq etirazı, arayışı və diğər məlumatları təqdim etmişdir. Habelə, "xxxx" ASC-nin adından ləğv komissiyasının sədri E. Səfərəliyev alqı-satqı müqaviləsini və aktları imzalayıb. Son olaraq "xxxx" ASC-nin adından ləğv komissiyasının sədri E. Səfərəliyev 2015-ci il üzrə ASC-nin reyestrinə uyğun olaraq qalıq əmlakının səhmdarlar arasında bölgüsünü əks etdirən hesabatı tərtib etmişdir. "xxxx" ASCnin ləğv komissiyasının sədri E. Səfərəliyev həmin hesabata uyğun olaraq səhmdarlara pul köçürmələri etmiş və 11.08.2016-cı il tarixində onun tərəfindən "xxxx" MMC-nin 6 saylı poçt filialına köçürülmüş pul məbləğlərinin səhmdarlara çatdırılması ilə bağlı məlumat almaq üçün sorğu göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Həmin qərardaddan narazı qalan borclunun nümayəndəsi X4 şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Həmin qərardaddan borclunun nümayəndəsi X1 verdiyi şikayət də təmin olunmayaraq, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi şikayəti müdafiə edərək şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətə etiraz edərək şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2016 saylı, 08.09.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar Sulyadinoviçin cavabdehlər 6 saylı Poçt filialının rəisi cənab Samir Həsənova, "xxxx" ASCnin Müşahidə Şurasının sədri X3 və "xxxx" ASC-nin rəhbərliyinə qarşı “pozulmuş hüquqların bərpa edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-nin rəhbərliyi tərəfindən 2015-ci il üzrə ASC-nin reyestri və Nizamnaməsi, 2012-2015-ci illər üzrə "xxxx" ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokolları və müşahidəsi şurasının üzvləri haqqında məlumatı, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin torpaq sahəsinin Bakı şəhərində hərrac vasitəsilə satılması barədə rəsmi məlumatı Tələbkar Sulyadinoviçə təqdim edilməsi qərara alınmışdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X7 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. 23.6-cı maddəsinə əsasən, icra edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 30 dekabr 2016-cı il tarixli dəyişikliyə qədər qüvvədə olan redaksiyası). 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icrası mümkün olmayan icra sənədinin qaytarılmasına əsas olmuş hallar öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, icra məmuru icra sənədi üzrə tələbi tam icra etmədən, icra sənədinin məhkəməyə qaytarılması barədə 19.04.2021-ci il tarixdə qərar qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2016 saylı, 08.09.2016-cı il tarixli qətnaməsini qəbul edərkən, iddiaçının tələb etdiyi sənədlərin məhz cavabdehdə olmasını müəyyən etmiş, bununla da tələb edilən sənədlərin cavabdeh orqanda olubolmaması məsələsi artıq məhkəmə araşdırmasının predmeti olmuş və bu barədə mübahisə öz həllini tapmışdır. Lakin icra məmuru məhkəmə araşdırması zamanı araşdırılmış və müəyyən edilmiş hallara yenidən istinad edərək icra vərəqəsinin icrasının mümkün olmaması nəticəsinə gəlmiş və bu barədə müvafiq qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru icra vərəqəsinin icrasız qaytarmaqla, icra qanunvericiliyinin tələbləri pozmuşdur və bu hal iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən, onun haqlı şikayətinə səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Tələbkar Sulyadinoviçin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyevin 19.04.2021-ci il tarixli icra sənədinin "icra sənədinin icrasının mümkün olmaması" barədə qərarının ləğv olmasına dair şikayəti əsaslıdır, qeyd edilən qərar ləğv edilməli və icra sənədi icra olunması üçün yenidən icraya yönəldilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-305/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-404/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-404/2021
05.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver