Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-404/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(006)-259/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatla Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədi üzrə borclu olan Borclu məxsus **-EC-*** dövlət qeydiyyat nişanlı “Fiat 500 Abarth” markalı avtomobilin üzərinə həbs qoyulması və yerinin müəyyən edilərək müvəqqəti saxlama duracağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla təqdimatın təmin edilməsini qərara almışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadla şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən şikayətin qaytarılmasını qərara almışdır. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər: (sədrlik edən) Cəmilə Musayeva, Fuad Babayev, Elşən Kazımov) iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə borclu tərəfindən verilmiş şikayətin təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin mümkün hesab edilməsini qərara almışdır. Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün iş ümumi bölgü əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının digər tərkibinə (hakimlər: (sədrlik edən) Məmməd Məmmədov, Fuad Talışinski, Azad İmanov) verilmiş, bununla bağlı xx.xx.2025-ci tarixdə “şikayət üzrə apellyasiya icraatının mümkün hesab edilməsi haqqında” qərardad qəbul edilmişdir. Hazırda Məhkəmə hesab edir ki, “şikayət üzrə apellyasiya icraatının mümkün hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardaddan borclunun verdiyi şikayətə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Lakin iş materiallarından müəyyən edilir ki, Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardaddan borclunun verdiyi şikayətə hələ ki, özü baxmamışdır. Beləliklə də göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “şikayət üzrə apellyasiya icraatının mümkün hesab edilməsi haqqında” 25 iyul 2025-ci il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qərardaddan borclu olan Borclu verdiyi şikayət üzrə apellyasiya icraatı qeyrimümkün hesab edilsin və iş apellyasiya baxışından çıxarılaraq 19 may 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-404/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-404/2025
12.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver