Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-405/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Hüseynov məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6323/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6323/2019- 012 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 8640 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu məxsus olan «CHEVROLET CRUZE» minik markalı, **-TZ- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsusolan «CHEVROLET CRUZE» minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh olduğu iş üzrə məhkəmə qətnaməsindən 2020-ci ilin yanvar ayında apellyasiya şikayəti vermişdir. Ancaq bu günə kimi apelyasiya şikayətinin nəticəsi barədə hər hansı bir məlumat almamışdır. Məhkəmə qətnaməsi apellyasiya qaydasında mübahisələndirildiyinə görə bu barədə müvafiq qərar qəbul edilmədən qətnamə icra edilməməlidir. Ona görə də apellyasiya şikayətinə baxılmadan məhkəmə əmlakının üzərinə həbs qoyulması barədə qərardadı əsaslı və qanuni deyildir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətəbaxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla , avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra sənədi üzrə olan borc ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasının təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. İkincisi, borclu icra sənədinə əsas olmuş qətnamədən apellyasiya şikayəti verdiyini bildirsə də bu barədə şikayətinə hər hansı bir sübut əlavə etməmişdir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-227/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı Borclu şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-405/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-405/2020
12.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver