Məhkəmə qərarları › İş №8(103)-406/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-406/2020

07.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-406/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1392/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 6230 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borcluya tələbin könüllü təmin edilməsi barədə bildiriş göndərilmiş, borclu xx.xx.2020-ci il tarixli izahatında aylıq gəlirinin 500 manat olmasını, Rusiya Federasiyasına tərəvəz icrac etdiyini bildirmişdir. Borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi üçün “Elektron-icra” informasiya sistemində borcluda tələbin yönəldilə biləcəyi pul vəsaitinin olmasına dair bank hesabının olması, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Tələbkar ərizə ilə müraciət edərək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, icra vərəqəsi üzrə tələbin təmin edilməməsini, borclunun RF-na tərəvəz mallarının ixrac edilməsi ilə əlaqədar gedib-gəlməsini, tələbkarın ərizəsini nəzərə alaraq təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1392/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməmişdir. Qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 6260 manat Borclu tutularaq ona ödənilməsinə dair qətnamənin icra edilməməsi ilə əlaqədar borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməmişdir. Borclu tanıdığı üçün bilir ki, o mütəmadi olaraq Rusiya Federasiyasına gedib gəlir. O, şəxsən ərizə ilə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə vermişdir. Qanunvericilikdə məhkəmə qətnaməsinin icra edilməməsi ilə əlaqədar inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. Borclu inzibati məsuliyyətə cəlb edilib, lakin cinayət məsuliyyətinə cəlb edilməsi üçün borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatını qəbul etmir. Qərardaddan həmçinin Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev şikayət vermiş, şikayətini təqdimata uyğun əsaslandırmaqla qərardadın ləğv edilməsini və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, Tələbkar və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimat təmin edilməli, xx.xx.1993-cü ildə Şəmkir şəhərində doğulmuş, ünvan 1 A ünvanında qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxx 2013-cü il tarixli 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz şəbədən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün təbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borcluya könüllü icra üçün bildiriş göndərmiş, qətnamənin icrası ilə bağlı ondan izahatlar alınmış, borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirilmiş və onun adına hər-hansı əmlakın olmadığı müəyyən edilmişdir. Borclu barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibari xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilməzdən əvvəl bütün zəruri tədbirlər görülmüş və bunlar nəticə vermədiyindən hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Tələbkar və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimat təmin edilməli, xx.xx.1993-cü ildə Şəmkir şəhərində doğulmuş, ünvan 1 A ünvanında qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-380/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. xx.xx.1993-cü ildə Şəmkir şəhərində doğulmuş, ünvan 1 A ünvanında qeydiyyatda olan Borclu (Ş/v FİN: xxxxxxx) borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar