Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-407/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-347/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər X11, X8 və X9 tərəfindən birgə verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1350/2019 saylı qətnaməsinə əsasən cavabdeh X10 və X1 kompensasiya ödənilmədən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzilə istifadə hüququna xitam verilməsi, cavabdeh X7 13000 manat məbləğində kompensasiya ödənilməklə övladları X2, X9 və X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzilə istifadə hüququna xitam verilməsi, X5 övladları X2, X9 və X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzildən çıxarılmaları, Tələbkar Bakı şəhəri, Binəqədi rayonu, 8ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzilə köçürülməsi, pul kompensasiyasının ödənilməsi ilə X11 övladları X2, X9 və X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzildən istifadə hüququna xitam verilməklə çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. X11, X8 və X9 qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1350/2019 saylı qətnaməsinin qət etdi hissəsində X3 mübahisəli mənzilə istifadə hüququna xitam verilib-verilmədiyinə və ona kompensasiya ödənilməli olubolmamasına dair izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-347/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilməsi barədə mülki iş üzrə cavabdehlər X11, X8 və X4 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1350/2019 saylı qətnaməsinin giriş, əsaslandırma və nəticə hissəsində “X2” ifadəsi “X8” kimi başa düşülməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər X11, X8 və X9 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-347/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-347/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1350/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh X7 13000 manat məbləğində kompensasiya ödənilməklə övladları X2, X9 və X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzilə istifadə hüququna xitam verilməsi, X5 övladları X2, X9 və X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, ev 23b, 21 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən (Aze Mis) çıxarışdan görünür ki, X3 şəxsiyyət vəsiqəsi məlumatları ilə axtarış verildikdə şəxsin soyadının Sabircanov olduğu müəyyən edilir. Bu əməliyyat əksinə də aparıldıqda, yəni axtarışda X2 qeyd edilərkən X3 şəxsiyyət vəsiqəsi məlumatları (fin, təvəllüd, ünvan) ilə eynilik təşkil etdiyi görünür. Lakin 2(001)-1350/2019 saylı mülki işin materiallarından, yəni Mənzil Kommunal Təsərrüfat Birliyinin arayışından, MAPS şöbəsinin arayışından, xx.xx.2019-cu il tarixli etibarnamədən mübahisə olunan şəxsin soyadının Muradov olduğu müəyyən edilir. Odur ki, qətnamənin nəticə hissəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə, elektron məhkəmə informasiya sistemində yanlışlığın olması nəzərə alınaraq qətnaməyə izah verilməsi məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Hazırki halda birinci instansiya məhkəməsi qətnamədəki yanlışlığın düzəldilməsi nəticəsinə gəlməli olduğu halda (ərizə ilə müzakirə olunmadığı halda belə) ərizəyə baxaraq qətnaməyə izah verməklə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-347/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər tərəfindən birgə verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-347/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-407/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-407/2020
07.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver