Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-407/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına möhlət verilməsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadı ilə iddiaçı X7 ilə cavabdeh X9 arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, barışıq səazişinin şərtlərinə görə, cavabdeh iddianı qismən qəbul edərək, 10.000 manat ödəməyi öz öhdəsinə götürmüş, iddiaçı da cavabdehin bu təklifi ilə razılaşmış; cavabdeh barışıq səazişində nəzərdə tutulmuş 10.000 manat məbləği iddiaçı və cavabdeh arasında baxılan (Şəki Apellyasiya Məhkəməsində) “birgə nikah dövründə yaranmış borcun yarısının tələbi ilə bağlı” mülki iş üzrə icraat yekunlaşandan sonra ödəməyi öz öhdəsinə götürmüş; iddiaçı X4 cavabdeh X8 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçi (borclu) X9 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, həmin qərardadla təsdiq olunmuş barışıq sazişinə əsasən Tələbkar 10000 manat ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)-3248/2020 qətnaməsi ilə iddiası təmin edilmiş, 2020-ci ilin iyun ayından etibarən 06.05.2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, 13 saylı mənzilə görə "xxxx" Bankı ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın iddiaçı ona, 1/2 hissəsi olan 365,95 manatın Tələbkar aid olunması, aralarında nikahın pozulduğu 22.01.2018-cu il tarixdən etibarən 2020-ci ilin may ayınadək onun tərəfindən mənzilə görə ödənilmiş cəmi 20493,20 manatın 1/2 hissəsi 10246,60 manatın cavabdeh Tələbkar tutularaq ona ödənilməsi qət edilmişdir. Göründüyü kimi, Tələbkar hal-hazırda ona 10246,60 manat ödəməlidir. Qətnamə qanuni qüvvəsini almadığı üçün aralarında əvəzləşdirmə mümkün deyildir. Tərəfindən sözü gedən mənzilə Tələbkar yerinə ödəniş edildiyi üçün hal-hazırda həmin məbləği tələbkara ödəmək qabiliyyətində deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, ərizəçi (borclu) X9 tərəfindən Bakı Şəhəri Yasamal Rayon 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına 6 (altı) ay möhlət verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar X7 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına 6 ya möhlət verilməsinin heç bir hüquqi əsası yoxdur. Nəzərə alınmalıdır ki, icrasına möhlət verilməsi nəzərdə tutulmuş qərardadın qəbul edilməsinin üzərindən 2(iki) ildən artıq müddət keçmişdir. X2 keçən 2 (iki) il müddətində hüquqlarından sui-istifadə etməklə bu günədək həmin qərardadın icrasına maneçilik törətmişdir. Bu azmış kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi də X2nun ərizəsini təmin edərək, növbəti dəfə öz qərardadının icrasına yaradılmış maneəyə dəstək olmuşdur. Əgər Bakı şəhəri Yasamal Rayon Məhkəməsi öz qərardadının icrasına nəzarət etməyəcəkdisə və onun icrasına suni surətdə maneçilik törətədən X6 qanunsuz və əsassız ərizəsini təmin edərək möhələt verəcəkdisə, onda nəyə görə 14 aprel 2021-ci il tarixli, 8(004)-233/2021 iş nömrəli qərardadı qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya məhkəməsinin 25.05.2021-ci il tarixli 8(103)-241/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 8(004)- 233/2021 nömrəli qərardadı ləğv edilmiş, X2 tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-233/2021 saylı, 23.06.2021-ci il tarixli qərarı ilə ərizə təmin edilmiş, ərizəçi (borclu) X9 tərəfindən Bakı şəhəri, Yasamal rayon 2(004)-7078/ saylı 21.12.2018-ci il tarixli qəradadı ilə icrasına 23.08.2021-ci ilədək möhlət verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadının icrasına 6 ya möhlət verilməsinin heç bir hüquqi əsası yoxdur. Nəzərə alınmaldırdır ki, icrasına möhlət verilməsi nəzərdə tutulmuş qərardadın qəbul edilməsinin üzərindən 2(iki) ildən artıq müddət keçmişdir. X2 keçən 2 (iki) il müddətində hüquqlarından sui-istifadə etməklə bu günədək həmin qərardadın icrasına maneçilik törətmişdir. Bu azmış kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsi də X2nun ərizəsini təmin edərək, növbəti dəfə öz qərardadının icrasına yaradılmış maneəyə dəstək olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-ProsessualMəcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı Apellyasiya məhkəməsinin 25.05.2021-ci il tarixli 8(103)-241/2021 saylı qərardadında göstərilmişdir ki, “birinci instansiya məhkəməsi qərardadında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1710/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsinə istinad etsə də, qeyd olunan qətnamədən kassasiya şikayətinin verilib-verilməməsi və həmin qətnamənin qanuni qüvvəsini alıb-almamsını müəyyənləşdirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1710/2021 saylı 01.02.2021ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış olsa belə, hər bir məhkəmə qətnaməsinə dair müvafiq icra sənədləri verilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı qərardadının 21.12.2018-ci tarixdə qəbul edilməsini və həmin qərardadın 3 ilə yaxın müddətdə icra olunmamasının səbəblərini araşdırmamışdır. Qeyd olunan hallar araşdırılmadan qərardadın icrasının mümkünsüz olub-olmaması və ya qərardadın icrasına möhlət verilib-verilməməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz.” «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-inn 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəzıyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hazırkı iş üzrə icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hətta Bakı Apellyasiya Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(103)-1710/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiysında baxılması 23.08.2021-ci il tarixə təyin edilmişdir. İcra vərəqəsinin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına icra vərəqəsi üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla icra vərəqəsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya icra vərəqəsinin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun icra vərəqəsini icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Birinci istansiya məhkməsi apellyasiya məhkəməsinin göstərişlərinin heç birini yerinə yetirməyərək, əsassız olaraq, yenidən X2nun ərizəsini təmin etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, borclu ərizəsində icra vərəqəsinin icrasına möhlət verilməsinə əsas ola biləcək heç bir dəlil göstərmədiyindən, icra sənədinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən ərizə təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə icra vərəqəsinin icrasına möhlət verilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları tam araşdırmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X4 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 8(004)-233/2021 nömrəli qərardadı ləğv edilsin və ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-407/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-407/2021
10.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver