Məhkəmə qərarları › İş №8(103)-407/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-407/2022

16.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-407/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1055/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-5253/2022 saylı qətnaməsi ilə cavabdeh X2 STN03-2592 nömrəli alqı-satqı müqaviləsinə əsasən 188 manat əsas borc, 18 manat dəbbə pulu (cərimə borcu); MOB03-0998 № alqı-satqı müqaviləsinə əsasən 266 manat əsas borc, 26 manat dəbbə pulu (cərimə borcu); STN03- 2830 № alqı-satqı müqaviləsinə əsasən – 78 manat əsas borc, 7 manat dəbbə pulu (cərimə borcu); MOB03-1120 № alqı-satqı müqaviləsinə əsasən 180 manat əsas borc, 18 manat dəbbə pulu (cərimə borcu); SNT03- 2953 № alqı-satqı müqaviləsinə əsasən 237 manat əsas borc, 23 manat dəbbə pulu (cərimə borcu); STN03-3269 saylı alqı-satqı müqaviləsinə əsasən 1000 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu), ümumilikdə 2141 manat pul məbləğinin alınaraq Tələbkar MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,40 manat məbləğində pulun alınaraq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. X1 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, ümumilikdə 2185,40 manat məbləğində pulun iddiaçı Tələbkar MMC-nin xeyrinə hər ay 50 manat civarında hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.092022-ci il tarixli qətnaməsi ilə ərizəçi X2 STB03-2592 saylı alqı-satqı müqaviləsinə əsasən 188 manat əsas borc, 18 manat dəbbə pulu, MOB03-0998 saylı alqı-satqı müqaviləsinə əsasən 266 manat əsas borc, 26 manat dəbbə pulu, STN03-2830 saylı alqısatqı müqaviləsinə əsasən 78 manat əsas borc, 7 manat dəbbə pulu, MOB03-1120 saylı alqı-satqı müqaviləsinə əsasən 180 manat əsas borc, 18 manat dəbbə pulu, SNT03- 2953 saylı alqı-satqı müqaviləsinə əsasən 237 manat əsas borc, 23 manat dəbbə pulu, STN03- 3269 saylı alqı-satqı müqaviləsinə əsasən 1000 manat əsas borc, 100 manat dəbbə ümumilikdə 2141 manat pul məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,40 manat məbləğində pulun alınaraq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Ərizəçi hesab edir ki, fərdi əməklə məşğul olduğu və iki yetkinlik yaşına çatmayan övladlarını da öz yanında saxlayaraq onların qayğısını çəkdiyi vaxtda sözü gedən məhkəmə qətnaməsində göstərilən pulun tam olaraq ərizəçidən tutulması ədalətsizlikdir. Ərizəçi iki övladını tək boyütdüyünü və kifayət qədər əziyyət çəkdiyini də qeyd edir. Xəyalə Həsənova həmin pulun qalığını mövcud vəziyyəti ilə əlaqədər olaraq hər ay 50 manat civarında hissə-hissə ödəmək imkanı vardır. Odur ki, onun ailə və maddi vəziyyətini nəzərə alaraq bu barədə müvafiq qərardad qəbul edilməsini ədalətli hesab edir. Ərizəçi sözügedən məhkəmə aktının surətini xx.xx.2022-ci ildə məhkəmədən almış və həmin sənəddə qeyd olunmuş ümumi borcun qalıq hissəsini tam məbləğdə, birdəfəlik deyil, yalnız hissə-hissə ödənilməli olmasına razıdır və bunu nəzərə almağı maddi vəziyyətinə uyğun daha məqsədə müvafiq, ədalətli və qanuni hesab edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1055/2022 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 5253/2022 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi (borclu) şikayət vermiş, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qətnaməsində göstərilən pulun tam olaraq hazırda fərdi əməklə məşğul olduğu və iki yetkinlik yaşına çatmayan övladlarını da öz himayəsində saxlayaraq onların qayğılarını çəkdiyi bir vaxtda ondan tutulması ədalətsizlikdir, çünki kifayət qədər əziyyət çəkir. Həmin borc pulun qalığını mövcud vəziyyəti ilə əlaqədar olaraq hər ay 50 manat civarında hissə-hissə ödəyə bilər. Çünki onun başqa bir əmlakı, əlavə iş yeri və qazanc yeri yoxdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1055/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, e-2(011)-5253/2022 saylı qətnaməsindən görünür ki, X2 ümumilikdə 2141 manat məbləğində borc və 45,40 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Rеspublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsin əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddənin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissə-hissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qanunvericiliyin mənasına görə icra sənədinin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa kollegiya qeyd edir ki, prosessual qanunvericilikdə icra sənədinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, icra sənədinin hissəhissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Həmçinin, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar icra sənədinin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə icra sənədinin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, ərizəçinin şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1055/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1055/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar