Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-407/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadından Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2732/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla Borclu 28 sentyabr 2013-cü il təvəllüdlü X9 və 05 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-68/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(002)-2732/2018 saylı qətnaməsi ilə 28 sentyabr 2013-cü il təvəllüdlü X12 və 05 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Pholadov (Poladov) Zöhrab(Zokhrab) Ədalət oğlundan X1nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu nümayəndəsi Ganiev Zinara tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2025 saylı, xx.xx.2025-ci il qərardadından şikayət verilmişdir.. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)- 68/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcələnin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin 27 may 2024-cü il tarixli aktından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvanına baxış keçirilmiş,ünvandakı yaşayış evinin tikilişini qonşularla müzakirə etmidir. Qonşuların dediklərinə görə X15 torpağı alıb, bünövrə tikib, evi tikib, dam örtüyünü qoyub hazır vəziyyətə gətirmişdir. Evin daxili görünüşünü və yalnız torpağın hasarını X4 təmin edilmişdir. İş materiallarına xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,Borclu Bakı Şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5Q saylı evin 74 saylı mənzilində valideynləri və qardaşı ailəsi ilə birlikdə 7 nəfər olmaqla kirayədə yaşayırlar. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Borclu tərəfindən X10 müəyyən vaxtlarda 508 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarından olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2732/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan 10 iyul 2018-ci il tarixdən başlayaraq 28 sentyabr 2013- cü il tarixdə doğulmuş X8 05 aprel 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 ödənilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 28 sentyabr 2013-cü il təvəllüdlü X12 və 05 aprel 2015-ci il təvəllüdlü X11 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2732/2018 saylı qətnaməsi ilə tutulmuş 154 manat məbləğində alimentin miqdarının 2018-ci il üzrə müəyyən edilmiş 130 manat məbləğində minimum əmək haqqının 1,18 mislini təşkil etsə də, hazırki ərizə üzrə xahiş olunan məbləğin 0,615=0.62(yuvarlaqlaşdılaraq) misli olduğu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0,62 misli həddində indeksasiya olunmalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqların üstün mənafeyi və minimum xərclərinin qarşılanmasının zəruriliyini məhkəmə əsas götürür. Borclunun qeyd olunan alimenti ödəməyə maddi imkanının olmaması barədə göstərdiklərinə münasibətdə qeyd olunmalıdır ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, cavabdehin şikayətində göstərdikləri isə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı- alimenti ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Alimentin məbləğinə gəldikdə qeyd etmək zəruridir ki, alimentin məbləği mövcud qanunverciliyə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarında müəyyən edilmiş normalara uyğun müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-407/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-407/2025
11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver