Məhkəmə qərarları › İş №8(103)-408/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-408/2020

09.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-408/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, şikayətçinin vəkili və nümayəndəsi Rəşad Bayramovun iştirakı ilə, Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, “avtomobilin üzərinə həbs qoyulmasına dair” xx.xx.2019-cu il tarixli qərardaddan şikayətvermə müddətinin bərpası barədə Mirhəşim Seyidovun ərizəsi təmin olunmasın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, qərardaddan şikayət verilməsi müddəti 10 gündür. Mirhəşim Seyidov şikayətvermə müddətini ötürüb, daha sonra isə ərizə ilə müraciət edərək şikayətvermə müddətinin bərpasını xahiş edib. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyinə görə müddət bərpa edilə bilməz. Bu məsələ birinci instansiya məhkəməsinin qərardadında düzgün əsaslandırılıb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi müddətinin bərpası barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar