Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-408/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş və təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmişdir. İcraat zamanı Borclu1 həyat yoldaşı Maraqlı şəxs adına olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsi aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 həyat yoldaşı Maraqlı şəxs məxsus ünvan 1 ünvanında 0,2166 ha torpaq sahəsinin yarısına yəni, 0,1083 ha hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəza çəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmiş, lakin borclu icranı təmin etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3-21-302/2-5293/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0,50 ha torpaq sahəsinin 0,1666 ha hissəsi xx.xx.2012-ci il tarixində Maraqlı şəxs, 0,1666 ha hissəsi isə xx.xx.2012-ci il tarixində X2 adına qeydiyyata alınmışdır. Yerdə qalan torpaq sahəsinin 0,1666 ha hissəsi xx.xx.2012-ci il tarixində X4 adına qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 məxsus 0,1666 ha torpaq sahəsinin 0,05 ha hissəsi 475B saylı bağ sahəsinin bir hissəsi kimi Maraqlı şəxs satılaraq xx.xx.2015-ci il tarixində onun adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İcraat zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3-21- 302/2- 5293/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında ümumilikdə 0,2166 ha torpaq sahəsi Maraqlı şəxs məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5xxxx-3750/2024 saylı mətubuna əsasən Borclu1 xx.xx.2001-ci il tarixdə Maraqlı şəxs Rəfail qızı ilə nikaha daxil olmuşdur. Borclu1 və maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)- 186/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadı ilə şikayət təmin edilməklə qərardad ləğv edilmiş, təqdimata baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadı ilə təqdimatların 8(006)-208/2024 nömrə altında bir icraatda birləşdirilməklə baxılması qərara alınmışdır. Borclu tərəfindən etiraz təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, təqdimatlarla həbs qoyulması xahiş edilən torpaq sahəsi ərlə-arvadın birgə mülkiyyətidir. İcra məmuru pay bölgüsü aparmaqla həmin torpaq sahəsinin yalnız 0.1083 ha hissəsinin üzərinə həbsin qoyulmasını xahiş etmiş bununla da torpağın bu hissəsini onun birgə mülkiyyətində payı kimi qiymətləndirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,05 ha ölçüdə olan 475 B saylı bağ sahəsi və ünvan 3 ünvanlarında olan ümumilikdə 0,2166 ha torpaq sahəsinin yarısına yəni, 0,1083 ha hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatlarının təmin edilməməsi qərara alınmşdır. Qərardadda İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1, 44, 45; Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 224, 225-ci maddələrinə istinadən qeyd edilmişdir ki, təqdimatla üzərinə həbs qoyulması tələb edilən əmlakın bir qisminin üzərinə həbs qoyulmuşdur (475b bağ sahəsi), icra məmurunun təqdimatında həmin həbs qoyulmuş əmlakla borculunun Maraqlı şəxs birgə nikahları dövründə əldə etdiyi 0,05 ha ölçüdə digər əmlakı (475B bağ sahəsi) birləşdirilərək, ümumilkdə təşkil edən 0,2166 ha torpaq sahəsinin yarısına, yəni 0,1083 ha hissəsinə həbs qoyulması xahiş edilmişdir. Hazırki vəziyyətdə isə həbs qoyulmamış əmlakın (475B bağ sahəsi) üzərində pay müəyyən edilməmişdir. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir; - DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 0.05 ha olan 475 B saylı bağ sahəsi Maraqlı şəxs Rəfail qızına məxsusdur; - DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 0.1666 ha olan 475 b saylı bağ sahəsinin bir hissəsi Maraqlı şəxs Rəfail qızına məxsusdur; - DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 475 b saylı bağ sahəsinin üzərinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixdə həbs qoyulmuşdur; - Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmü ilə 475 b saylı bağ sahəsinin üzərinə Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmışdır; - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş icra işindən müəyyən edilir ki, Borclu1 xx.xx.2001-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1971-ci il təvəllüdlü Maraqlı şəxs Rəfail qızı ilə nikaha daxil olmuşdur. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: Tələbkar X9 qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, icra məmurunun Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,05 ha ölçüdə olan 475 B saylı bağ sahəsi və ünvan 3 ünvanlarında olan ümumilikdə 0,2166 ha torpaq sahəsinin yarısına yəni, 0,1083 ha hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatlarnı təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3, 225.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 37.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024cü il tarixli, № 1/2024 saylı qərarının 1.4, 1.5, 1.6, 2.1, 2.2, 3.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77,88, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ərlə arvadın nikah dövründə qazandıqları əmlak üzərində iki hüquqi rejimin – qanuni və nikah kontraktı rejimlərinin mövcudluğunu təsbit edir.Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak barəsində könüllü iradələrinin ifadəsi olan nikah kontraktı rejimindən fərqli olaraq, qanuni rejimdə payların həcmi bərabər hesab edilir və bununla bağlı ayrıca məhkəmə qərarına ehtiyac yoxdur. Başqa sözlə desək, sözügedən işdə Maraqlı şəxs Borclu1 ilə birgə nikah dövründə qazandıqları əmlakda payı bərabər hesab olunmalı idi ki, bu, məhkəmə tərəfindən edilməmiş və səhv qənaətə gəlinmişdir. Beləliklə, sübut olunur ki, məhkəmə öz qərardadını ətraflı, tam və obyektiv araşdırmadan, lazımi qaydada əsaslandırmadan və müvafiq sübutları tələb etmədən qəbul etdiyi üçün sözügedən qərardad ləğv edilməli, icra məmurunun təqdimatları təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “İcra haqqında” Azəraycan Respublikası Qanunun tələblərinə əsasən: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. 54.2. Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. 54.3. Eyni borclu barəsində ayrı-ayrı icra qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir. 54.4. Bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə icra xidməti tərəfindən ayrıayrı icra qurumunda icra sənədləri üzrə başlanılmış icraatlara dair müvafiq məlumat bankı yaradılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən : 59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. 59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək və ya barışıq sazişi bağlamaq hüquqlarından başqa, iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 263, 267-269, 357-366, 385- 390-cı maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayət verən tərəfindən işin mahiyyəti üzrə qiymət verilməsi zərurəti kimi təfsir edilməsi və hüquqdan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan, ədalət mühakiməsinin prinsiplərinə zidd və sübutlara qabaqcadan qiymət verilməsinə yönəlik hal kimi yolverilməzdir. Belə ki, araşdırmanı və sübutların toplanılmasının təmin edilməsini təqdimatı təqdim edən və iş üzrə maraqlı şəxslər təqdim etməlidir. Məhkəmə isə müvafiq olaraq təqdim edilmiş sübutlara qiymət verməlidir. Apellyasiya şikayətinin dəlilləri üzrə diqqətə çatdırılmalıdır ki, tələbkar qərardaddan verdiyi şikayətin tələb hissəsində icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,05 ha ölçüdə olan 475 B saylı bağ sahəsi və ünvan 3 ünvanlarında olan ümumilikdə 0,2166 ha torpaq sahəsinin yarısına yəni, 0,1083 ha hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatların təmin edilməsini xahiş etsə də, artıq iş materiallarından göründüyü və birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 475 b saylı bağ sahəsinin üzərinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixdə həbs qoyulmuş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmü ilə 475 b saylı bağ sahəsinin üzərinə Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmışdır. Digər tərəfdən isə qeyd edilməlidir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan da göründüyü kimi, borclunun həmin sahə üzrə mülkiyyət hüquqlarını təsdiq edən sənəd müəyyənləşdirilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,05 ha ölçüdə olan 475 B saylı bağ sahəsi və ünvan 3 ünvanlarında olan ümumilikdə 0,2166 ha torpaq sahəsinin yarısı X3 məxsusdur. Lakin hansı hissəsinin Borclu1 məxsusluğu ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Tərəflərin razılığı ilə müvafiq qeydiyyat olmadan və ya məhkəmə qərarı olmadan birmənalı olaraq birgə nikah dövründə əldə edilmiş əmlakın yarısının və yər hansı pay hissəsinin borcluya məxsus olması barədə qənaətə gəlmək sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından tələbkar X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirəlmədən saxlanısın.
Məhkəmə qərarları › İş №8(103)-408/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-408/2024
18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver