Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-41/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyevin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus topraq sahəsinin və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair təqdimatı barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 744/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən üzrə Borclu 54.000 (əlli dörd min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx xxxxxxx 2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı Borclu ünvanına bildiriş və qərar göndərilmiş, lakin icra sənədi qanunla müəyyən edilmiş vaxtda icra edilməmişdir. Məhkəmə qərarı üzrə borc Tələbkar ödənilmədiyindən, Borclu adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması ilə bağlı müvafiq orqanlara sorğular edilmişdir. Şöbəyə təqdim olunmuş Şamaxı Rayon Məlhəm Bələdiyyəsinin 38 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən Çuxuryurd bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 13 nömrəli qərarı ilə Borclu adına 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində 70 kv.metr ölçüdə olan bir mərtəbəli yaşayış evinin olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə, Borclu məxsus Şamaxı Rayon Çuxuryurd kəndinə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş 70 kv.metr ölçüdə olan bir mərtəbəli yaşayış evinin üzərinə həbs qoyulması və tələbin həmin torpaq sahəsinə yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-744/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, məhkəmə bu zaman ona əsaslanmışdır ki, həbs qoyulması xahiş edilən nə torpaq sahəsinin, nə də həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin mülkiyyət hüquqları müəyyən edilməmişdir. Həmin qərardaddan Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət təqdimatın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar borclunun icra sənədi üzrə borcunu ödəmədyini bildirərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, o borcunu hər ay ödəyir. Hətta həbsdə olduğu müddətdə belə borcunu hər ay ödəmişdir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq icra orqanının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən Şamaxı Rayon Məlhəm Bələdiyyəsinin 38 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən Çuxuryurd bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 13 nömrəli qərarı ilə Borclu adına 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində 70 kv.metr ölçüdə olan bir mərtəbəli yaşayış evinin olduğu müəyyən edilmişdir. Lakin nə torpaq sahəsinin, nə də həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin mülkiyyət hüquqları müəyyən edilməmişdir. Bundan başqa, işdə olan mədaxil qəbzlərindən görünür ki, Borclu tərəfindən Tələbkar xeyrinə müvafiq icra vərəqəsi üzrə ümumilikdə 9.650 (doqquz min altı yüz əlli) manat məbləğində ödəniş (sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixdə) həyata keçirilmişdir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, tələbin borclunun hər hansı daşınar, yaxud daşınmaz əmlakına yönəldilməsi onun pul vəsaitlərinin və başqa sərvətlərinin olmamasının müəyyən edilməsindən, eləcə də həmin əmlakların tələbin yönəldilməsi qadağan olunmayan əmlak kateqoriyasına aid olmasından asılıdır. Beləliklə müəyyən olunur ki, hazırki icra sənədi üzrə icra məmuru tərəfindən xahiş edilən torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin mülkiyyət hüququ müəyyən edilməmiş, həmçinin borclu şəxs tərəfindən tələbkarın xeyrinə müəyyən ödənişlər aparılmışdır. Belə olan halda borclunun adına müvafiq bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmasının hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-744/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-41/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-41/2021
22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver