Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-41/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(004)-786/2023 saylı qərardadından Tələbkar vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018- ci il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq Tələbkar ödənilməlidir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün ilkin olraq Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən 15.082019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Eyni tarixdə icraata başlamaq haqqında qərar əlavə edilməklə icra sənədinin könüllü icra edilməsi haqqında bildiriş borclu şəxsə göndərilmişdir. İcra orqanı tərəfindən qətnamənin məcburi icrası üçün əsaslı tədbirlər görülə bilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə ödənilməsinə dair qərarı ləğv olunarkən məhkəmə kollegiyasının istinad etdiyi məsələlərdən biri Borclu “X7 Azerbaijan” MMC-nin direktor müşaviri vəzifəsində işləyərək 2245 manat əmək haqqının olması və həmin əmək haqqının 1000 manatının borclunun xeyrinə borclunun xeyrinə tutulmasının göstərmiş və bu halı onun əməllərində qərəzlilik olmadığını təsdiq edən hal kimi qiymətləndirmişdir. Yasamal Rayon icra şöbəsindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu məhkəmə qərarında qeyd edildiyi kimi 1000 manat deyil, hər ay 500 manat olmaqla ödəniş etmişdir. Həmin məktubdan aydın olur ki, icra məmuru tərəfindən əslində borclunun iş yerinə hər hansı bir müraciət olunmamışdır. Əgər bu cür muraciət olunsa idi qanunun tələbinə əsasən tutulan bu məbləğ 500 manat olmayacaq idi və üstəlik həmin məbləğ borclu şəxs tərəfindən terminal vasitəsilə yox əmək haqqından birbaşa tutularaq Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülməli idi. Göründüyü kimi, borcku şəxs öz qohumluq əlaqələrindən icra mərhələsində də istədiyi kimi istifadə etmiş və onun barəsində məcburi icra tədbirləri keçirlə bilməmiş, qərəzli olaraq icra sənədi üzrə ödhdəliklərindən yayınmışdır. Borclu şəxs öhdəliklərindən yayınmaq üçün formal olaraq Bərdə rayonu ərazisində bir ünvana qeydiyyata düşərək icra sənədinin aidiyyatı üzrə Bərdə rayonuna göndərilməsinə nail olmuşdur. Belə ki, Borclu xx.xx.2023-cü il tarixdə Yasamal rayon icra şöbəsinə ərizə ünvanlayaraq faktiki olaraq qeydiyyatda olduğu ünvan 4nvanında yaşadığını bildirərək icra sənədinin Bərdə rayon icra şöbəsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qərar ona görə qanunsuz və əsassızdır ki, borclunun iş yeri Bakı şəhəri ərazisindədir. E-taxes.gov.az saytından da görünür ki, “X7 Azerbaijan” MMC-nin hüquqi ünvanı ünvan 6dır ki, Bərdə rayonunda yaşaya bilməz.Bərdə rayon İcra şöbəsinin icra məmuru Rusif Quliyev borclunu qeydiyyatda olduğu ünvana baxış keçirmiş və təbii olaraq borclunun orada yaşamadığını aşkar etmişdir. Bu səbəbdən də icra sənədini yenidən Yasamal rayon İcra şöbəsinə göndərmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev xx.xx.2023-cü il tarixdə təkrarən icra sənədini Bərdə rayon icra çöbəsinə göndrəmişdir. Göründüyü kimi, qətnamə icar edilmir. Bərdə rayon icra şöbəsinə həyata keçirilmiş icra tədbirləri barədə məlumat almaq üçün ərizə ilə müraciət etmişlər . Bərdə rayon icra şöbəs onlara cavab məktubu ilə borclunun əmək haqqısından xx.xx.2021-ci il tarixdən 11840,23 manat tutulma edilərək Yasamal rayon icra şöbəsinin müvafiq hesabına ödənildiyi göstərilmişdir. Göründüyü kimi həmin məbləği aylara böldükdə aya 1000 manatdan dəfələrlə aşağı məbləğin düşdüyünü müəyyən edilir. Tələbkarın məhkəməyə müraciət etməkdə məqsədi pozulmuş hüquqlarının bərpa etməkdən ibarətdir. Borclu müqavilə üzrə öhdəliyini icra etməyərək tələbkarın mülkiyyət hüquqlarını pozmuşdur. Hazırki vəziyyət məhkəmə qətnaməsinin icra edilməməsi ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Tələbkar şikayət ərizəsi təmin edilməmişdir. Qərardaddan Tələbkar vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin 09 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsi mübahisələndirilən qərardadında 159800 ABŞ dolları vəsaitin tələbkar- Tələbkar ödənilməməsini hansı əsaslarla qanuni hesab etməsi anlaşılan deyildir. Məhkəmə ərizədə qeyd edilənləri qərardadına köçürmüş olsa da, borclu-Borclu əmək haqqından tutulmaların niyə hər dəfə fərqli məbləğ olması, eyni zamanda tutulmaların birbaşa olaraq əmək haqqından yox, borclu tərəfindən terminallar vasitəsilə icra orqanının depozit hesabına köçürülməsini aydınlaşdırmamışdır. Belə ki, 2245 manat əmək haqqı alan borclunun əmək haqqından hər ay 1000 manat tutulması üçün Yasamal rayon icra şöbəsindən borclunun iş yeri olan “X7 Azerbaijan” MMC-yə müraciət ünvanlanmışdır. Həmin şirkətdən icra şöbəsinə 23 oktyabr 2023-cü il tarixli cavab məktubu təqdim olunmuşdur. Məktubda qeyd olunmuşdur ki, cəmiyyətin işçisi Borclu əmək haqqından xx.xx.2021-ci il tarixdən bu günədək 11840.23 manat (on bir min səkkiz yüz qırx manat iyirmi üç qəpik) tutulma edilərək Yasamal rayon icra şöbəsinin müvafiq hesabına ödənilmişdir. Sadə hesablama aparılds, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilarasında 22 ay olduğundan həmin məbləğ 22x1000=22 000 manat təşkil etməli idi. İcra şöbəsindən təqdim edilmiş arayışa baxdıqda da görünür ki, icra şöbəsinin depozit hesabına hər ay əsasən 500 azn məbləğ köçürülmüş və həmin məbləğ borclunun iş yerindən mədaxil olmamışdır. Bu qeyd edilən hal qətnamənin icra edilməməsinin sadə bir nümunəsi idi. Yasamal rayon məhkəməsi nədənsə bu xüsusata münasibət bildriməkdən belə çəkinmişdir. Əgər icra məmurunun qətnaməni icra etmək niyyəti vardırsa, birinci elə buradan başlamalı və öz vəzifəsini layiqli yerinə yetirməli idi. Sadəcə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbkar şəxsə heç bir şey verməməktədir. Ərizədə qətnamənin icra edilməməsini təsdiqləyən digər hallardan biri kimi borclu şəxsin formal olaraq Bərdə rayonu ərazisində bir ünvana qeydiyyata düşərək, icra sənədinin aidiyyatı üzrə Bərdə rayonuna göndərilməsinə nail olması qeyd edilmişdir. Belə ki, Borclu xx.xx.2023-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsinə ərizə ünvanlayaraq faktiki olaraq qeydiyyatda olduğu Bərdə rayonu, Cəlil Məmmədquluzadə küçəsi,ev 32 ünvanında yaşadığını bildirərək icra sənədinin Bərdə Rayon İcra Şöbəsinə göndərilməsini xahişetmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədinin icra olunması üçün Bərdə Rayon İcra və Probasiya idarəsinə göndərilməsi qərara alınmışdır. Açıq-aşkar görünürdü ki, Borclu icra sənədi üzrə öhdəliklərindən yayınmaq və müəyyən vaxt qazanmaq üçün üçün formal olaraq Bərdə rayonunda qeydiyyata düşmüşdür. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev isə əsassız və qanunsuz olaraq icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul etmişdir. Qərar ona görə əsassız və qanunsuz idi ki, Borclu iş yeri Bakı şəhəri ərazisindədir. Etaxes.gov.az saytında açıq olan məlumatlardan görünür ki, “X7 Azerbaijan”MMC-nin hüquqi ünvanı ünvan 11ındır ki, Bərdə rayonunda yaşaya bilməz. Bərdə rayon icra şöbəsinin icra məmuru tərəfindən borclunun formal olaraq qeydiyyatda olduğu ünvana baxış keçirmiş və təbii olaraq borclunun orada yaşamadığınıaşkar etmişdir. Bu səbəbdən də icra sənədinin yenidən Yasamal İcra şöbəsinə göndərmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev isə 7 avqust 2023-cü il tarixdə təkrarən icra sənədini Bərdə Rayon İcra şöbəsinə göndərmişdir. 7 avqust tarixindən Bərdə rayon icra şöbəsinə göndərilmiş olan icra sənədi üzrə Bərdə rayon icra şöbəsi tərəfindən hansı icra tədbirlərinin görülüməsi barədə heç bir məlumat yoxdur. Halbuki ərizədə hərəkətindən şikayət olunan orqan kimi Bərdə rayon icra şöbəsi qeyd edilmişdir. Məhkəmə isə qərardadında yalnız Yasamal rayon icraşöbəsi tərəfindən həyata keçirilmiş tədbirləri qeyd etmiş, Bərdə rayon icra şöbəsitərəfindən isə görülmüş hər hansı tədbirin mövcudluğu barədə, ümumiyyətlə, heç bir məlumat yoxdur. İcra sənədinin 4 aydır ki, Bərdə rayon icra şöbəsində olmasına baxmayaraq icra orqanı tərəfindən heç bir tədbirin görülməməsi özü qanunsuzluq sayılmalıidi. Göründüyü kimi Azərbaycan Respublikasının adından çıxarılmış olan bir məhkəmə qətnaməsi adi kağız parçasına halına gətirilərək icra edilə bilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(004)-786/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Borclu 159800 ABŞ dolları pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyəyn etdiyi Azərbaycan Mantının məzənnəsi ilə hesablanmaqla alınıb Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır Tələbin könüllü icrası haqqında Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən müəyəyn edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün ərzində könüllü icra edilməsi göstərilmiş Əks təqdirdə icra məcburi qaydada təmin ediləcəkdir. Həmin bildiriş Borclu tərəfindən xx.xx.2020-ci il tarixdı bildirişə ima etməklə qəbul edilmişdir Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 12 ünvanında olmuş və Borclu həmin ünvanda yaşamadığını müəyəyn etmişdir. Bu səbəbdən icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-665/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından müəyyən edilir ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov Borclu mülkiyyətində olan Mercedes Benz minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən "xxxx"xxxx"xxxx" ASC-yə, “Azərbaycan Beynəlxalq Bankı ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" İKB ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018- ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu aid bank hesabları və hesablardakı vəsaitləri barədə məlumat verilməsi xahiş edilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən Azərbaycan FHN X2 Görülməsi və X9 Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu məxsus qazan və qaldırıcı qurğunun Agentlikdə dövlət reyestrindəki qeydiyyatdan keçib-keçməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu məxsus dövlət reyestrindəki traktor və ya digər mexaniki nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınıbalınmaması barədə məlumat verilməsi xahiş edilmişdir.Həmin sorğuya xx.xx.2020-ci il tarixdə cavab məktubu verilərək Borclu məxsus dövlət reyestrindəki traktor və ya digər mexaniki nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmadığı bildirilmişdir. Həmçinin Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən xx.xx.2020-ci il tarixdə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə təqdimatla Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir.Həmçinin - Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Borclu Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Borclu Bərdə şəhərində yaşadığını qeyd edərək, icra işinin Bərdə Rayon İcra şöbəsinə göndərilməsi xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq Tələbkar ödənilməlidir. Həyata keçirilmiş digər zəruri icra tədbirləri ilə yanaşı iş üzrə Borclu əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün “X8 Azerbaijan” MMC-yə xx.xx.2021 ci il tarixdə müraciət olunmuşdur. Əmək haqqındnan tutulmalar və iş üzrə borclu tərəfindən əlavə ödənişlər hesabına şöbənin depozit hesabına 22484,2 manat daxil olmuşdur. Qeyd olunur ki, tələbkar həmin məbləği hazıradək qəbul etməmişdir. İcra sənədi üzrə Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək faktiki olaraq qeydiyyatda olduğu ünvan 15 ünvanında yaşadığını bildirərək icra sənədini icra olunması üçün Bərdə Rayon İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Bərdə Rayon İcra və probasiya göndərilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə tərəfindən icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “X7 Azerbaijan” MMC-yə icra məmuru məktub ünvanlayaraq borclu Ramin Nurəliyebin əmək haqqısının 50%-nin Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icrasının təmin etmək məqsədilə tutulması göstərilmiş və Tutulmanın Yasamal Rayon icra şöbəsinin depozit hesabına edilməsi təklif olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən, icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə və icra sənəd bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə icra sənədi aidiyyəti üzrə göndərilmiş hesab edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43-cü maddsəinə əsasən məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirilmişdir. Belə ki, borclunun əmlakının üzərinə həbs qoyulması barədə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, həmçinin borclunun əmək haqqısına yönəldilmə edilmiş, borclunun bank hesablarının olması barədə banklara və mülkiyyətində hər hansı əmlakının olması barədə müfaviq dövlət orqanlarına sorğular verilməklə qətnamənin icrasının təmini üzrə icra haqqında qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(004)- 786/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-41/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-41/2024
05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver