Məhkəmə qərarları › İş №8(103)-410/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-410/2022

07.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-410/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: Xətai Rayon Məhkəməsinin 88(011)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu X1 Xətai rayon İcra şöbəsinə məqsədsiz çağırılmasının qanunsuz hesab edilməsi barəsində şikayəti təmin edilməmişdir. Həmin qərardaddan borclu E.İbrahimovanın ilk dəfə verdiyi şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM)-Əlavə 2-də göstərilən formada tərtib edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 8(103)-357/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bundan sonra borclunun təkrar verdiyi şikayət Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclu tərəfindən növbəti dəfə verilmiş şikayətin mümkünlüyü üçün əsaslar hazırda da mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi şikayət borclu tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, borclu şikayətində işin hallarını göstərmiş, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, maddi və prosessual hüquq normalarının pozulduğunun nədə ifadə olunduğunu, mübahisələndirdiyi məhkəmə aktını hansı hissədə düzgün hesab etmədiyini aydın şəkildə göstərməmişdir. Nəzərə alınmalıdır ki, şikayət verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Bundan əlavə, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərardad borclu E.İbrahimovanın şəxsi elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, ilk dəfə borclu tərəfindən şikayət xx.xx.2022-ci il tarixdə verilmiş, prosessual qaydalara əməl edilmədiyinə görə şikayət geri qaytarıldıqdan sonra, borclu növbəti dəfə şikayətlə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi sonuncu şikayətin vaxtında verilib-verilməməsini yoxlamamış, bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar