Məhkəmə qərarları › İş №8(103)-411/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-411/2020

06.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-411/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4881/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinəəsasən (hakim Sevinc Quliyeva) cavabdeh X2 iddiaçı “xxxxxxxxxx” ASC-nin xeyrinə 14.364,42 manat, faiz borcuna görə 924 manat, cərimə borcua görə 1.500 manat olmaqla, cəmi məbləği 16.788,42 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin cavabdeh X4 məxsus 2012-ci il buraxılışlı, sedan ban XW8ZZZ61ZDG024055 olan, qara rəngli, ** SE *** qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, əmlak hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X3 “xxxxxxxxxx” ASC-yə olan borcunun ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(005)-4881/2014 saylı, xx xxxxxxx 2014-cüil tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. Tələbkar “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4881/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi üzrə icra üsulunu və qaydasını dəyişdirməklə qətnamənin icra olunmamış hissəsinin, yəni cəmi 8.849,38 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun X2 icra işi üzrə tələbkar “xxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt filialında embrioloq vəzifəsində işləyən cavabdeh X3 əmək haqqına yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Aytən Novruzova) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4881/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə tələbkar “xxxxxxxxxx” ASCnin ərizəsi təmin edilməmişdir. Tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi Ceyhun İbrahimovhəmin qərardaddan şıkayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi Ceyhun İbrahimov ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(005)-4881/2014 saylı qətnaməsinə əsasən cavabdeh X2 iddiaçı “xxxxxxxxxx” ASC-nin xeyrinə 14.364,42 manat, faiz borcuna görə 924 manat, cərimə borcua görə 1.500 manat olmaqla, borcun cəmi məbləği 16.788,42 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması, tələb cavabdeh X4 məxsus 2012-ci il buraxılışlı, sedan ban XW8ZZZ61ZDG024055 olan, qara rəngli, ** SE *** qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, əmlak hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X3 “xxxxxxxxxx” ASC-yə olan borcu ödənilməsi qət edilmişdir. Sözügedən əmlak X4 məxsus olan 2012-ci il buraxılışlı, sedan ban XW8ZZZ61ZDG024055 olan, qara rəngli, ** SE *** qeydiyyat nişanlı, Volkswagen Polo markalı nəqliyyat vasitəsi 11 iyul 2016-cı il tarixli 33/01 saylı Hərracın Yekunları barədə Protokoluna və xx xxxx 2016-cı il tarixli 36/01 saylı gündəlik məsələ ilə bağlı protokola əsasən 7.012,50 manat məbləğində hərrac vasitəsilə satılmışdır. Hərrac vasitəsilə əldə olunmuş 7.012,50 manat pul vəsaiti xx.xx.2013-cü il tarixli NSAK-007 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinmişdir. Qətnamə üzrə borc cavabdeh tərəfindən tam ödənilməmişdir, hesab edir ki, qətnamə üzrə qalıq cəmi 8.849,38 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasının icra üsulu və qaydası dəyişdirilməlidir, yəni tələbin cavabdehin sorğu əsasında aşkar olunan əmək haqqına yönəldilməsi üçün cavabdehin işlədiyi müəssisəyə müraciət edilməlidir. Halhazırda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(005)- 4881/2014 saylı qətnaməsi üzrə icra vərəqəsi İcra və Probasiya şöbəsi tərəfindən icra olunmur. Halbuki İcra və Probasiya şöbəsinə dəfələrlə müraciətlər olunmuşdur ki, qətnamə üzrə qalıq borcun ödənilməsi üçün tələb cavabdehin başqa əmlaklarına yönəldilsin. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ünvanladıqları məktuba cavab olaraq onlara bildirilmişdir ki, ipoteka predmeti hərracdan alınmayıbsa və tələbkar tərəfindən balansına götürülməyibsə qətnamə üzrə borcun icra üsulu məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi və borclu X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası işə həmin şəxslərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, xx xxxxxxxx 2020-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, xx xxxxxxxx 2020-ciil il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə tələbkarın ərizəsinin təmin edilməməsi nəticəsinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, qətnamə icraya yönəldildikdən sonra icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri olmaqla icra məmurunun təqdimatı əsasında həyata keçirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə tərbiq edilməli qanun normalarına uyğun qiymət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, xx xxxxxxxx 2020-ciil il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsinə dair tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi Ceyhun İbrahimovun ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini və işin faktiki halını nəzərə alaraq ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi halda onun digər icra üsulu ilə dəyişdirilməsini özündə ehtiva edir. Qətnamənin icra üsulunun dəyişdirilməsinin mahiyyəti qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu ilə əvəz edilməsidir. Qətnamə icraya yönəldildikdən sonra icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri olmaqla icra məmurunun təqdimatı əsasında həyata keçirilə və həmin əmlaka icra icraatı çərçivəsində tutma yönəldilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarın 12-ci bəndinə göstərilib ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, birinci instansiya məhkəməsinin 8(005)-339/2020 saylı, xx xxxxxxxx 2020-ci və xx xxxxxxxx 2020-ci il tarixli qərardadları qanuni və əsaslıdır. Bu baxımdan tələbkar “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədəqərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-339/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar