Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-412/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Tələbkar vəkili X4, nümayəndəsi X5, Borclu nümayəndəsi və vəkili Vəkil, Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından Borclu vəkili və nümayəndəsi Vəkil şikayət ilə məhkəməyə müraciət edərək, Borclu yeganə yaşayış yeri olan ünvan 1 a ünvanda yerləşən yaşayış evinin üzərinə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Şakir Bahadırovun həbs qoyulmasına dair xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, həmin evin üzərinə məhkəmə qaydasında həbs qoyulması barədə icra məmurunun təqdimatının təmin edilməməsi, həmin evin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Borclu mülkiyyətində olan ünvan 2 A ünvanda yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən 254 kv.metrlik yaşayış sahəsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı həbs qoyulmuşdur.Həmin icra sənədi üzrə Borclu tələbkarlar X2 hüquqi varislərinin və Tələbkar xeyrinə ******* manat və 15 manat dövlət rüsumu Borclu tutulması müəyyən edilmişdir.Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)- 385/2019 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madəsi ilə 6 il 1 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda da 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir və orda da qeydiyyatdadır.Üzərinə həbs qoyulmuş əmlak bağışlama müqaviləsi əsasında borclunun mülkiyyətinə keçmiş və yeganə yaşayış yeri və əmlakıdır. Həmin yaşayış yerində mülkiyyətçi Borclu insult və iflic atası olan, təqaüdçü X6 və 1 ayağı protez X3 qeydiyyatda olmaqla, onların da yeganə yaşayış yeridir.İcra məmuru öz qərarı ilə həmin əmlaka həbs qoymaqla yanaşı, əmlaka məhkəmə qaydasında həbs qoyulması üçün təqdimat da vermişdir. Binəqədi Rayon Məhəkəməsinin 8(001)-388/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı olaraq icra sənədi üzrə Borclu məxsus ünvan 1 a ünvanda yerləşən yaşayış evinin üzərinə həbs qoyulması barədə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun (Şakir Bahadırov) xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, həmin evin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən şikayət verilmişdir. Binəqədi Rayon Məhəkəməsinin 8(001)-388/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin etməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020ci il tarixli Qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 1 A ünvanda yerləşən fərdi yaşayış evi Borclu və ailəsinin (anası və atası) yeganə yaşayış yeri deyil və olmamışdır. Belə ki, Borclu anası Hüseynova Lətifənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanladığı və tərəflərindən proses zamanı məhkəməyə təqdim edilən rəsmi Ərizə müraciətindən birmənalı bildirilir ki, o, - Hüseynova Lətifə, xəstə həyat yoldaşı- borclunun atası ilə 3 (üç) ildən çoxdur ki, ünvan 4 mənzil 77 ünvanda yaşayırlar (baxmayaraq ki, bu mənzil onların və Borclu adına deyil, digər qohumlarının adına rəsmiləşirilib). - Üzərinə xx.xx.2020-ci il tarixli Qərarla həbs qoyulmuş ünvan 1 A ünvanındakı fərdi yaşayış evi yalnız xx.xx.2020-ci il tarixdə borclunun adına rəsmiləşdirilib. Halbuki o, Borclu hələ xx.xx.2018-ci il (!) tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü ilə 9 (doqquz) il azadlıqdan məhrum edilmişdir. (Hökmdən çıxarış əlavə edilir) Adı gedən Hökmdən də göründüyü kimi, borclu - subay Borclu ən azı bu Hökm çıxarıldıqda - 2018-ci ildən bəri, sonradan və hazırda da Tovuz rayonu, Qovlar qəsəbəsindəki ev onun yeganə yaşayış yeri olmamışdır. Hökmdən də göründüyü kimi onun yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvan küçəsi ev 15, m.l8-də yerləşir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 saylı Qərarı və bu Qərar ilə təsdiq edilmiş “Fiziki şəxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı Normativ hüquqi aktdır və o, borclunun, onun ailəsinin birgə yaşamalarını təmin edəcək mənzilə, evə, və s. mövcud borcun yönəldilməsinə yol verilməməsini nəzərdə tutur. Bununla belə, İcra haqqında” Azərbaycan RespublikasıQanununun 45-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi, əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılmasından ibarət olan məcburi icra tədbirlərdəndir (maddələr 43.1, 45.1). Hətta tələb borclunun əmlakına - lazım olan miqdarda və həcmdə yönəldilir, o cümlədən, borclunun ümumi mülkiyyəldə əmlakı olduqda, onun ümumi mülkiyyətdə olan payına yönəlir (maddələr: 45.7, 45.8). Birmənalı göründüyü kimi, şikayətləndirdikləri Qərardada istinad edilir: Azərbaycan Respublikası Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 saylı Qərarına və ona aid Fərmana. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına ziddir. Belə halda, adı gedən Qanununun müddəaları tətbiq olunmalıdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitutsiya Qanununun 2.6 maddəsinə görə Fərman və ya digər normativ hüquqi akt Qanunla ziddiyyət təşkil etdikdə Qanun tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasımın qanunvericliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Bu Qanunun 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Hesab edirlər ki, məhkəmə tərəfindən ilk növbədə bu normalar tətbiq edilməlidir. Məhkəmə iclasında Tələbkar vəkili və nümayəndəsi X8 və nümayəndəsi X9 şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər. Borclunun nümayəndəsi və vəkili Vəkil və onun nümayəndəsi X3 şikayətə etiraz edərək şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Borclu mülkiyyətində olan ünvan 2 A ünvanda yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən 254 kv.metrlik yaşayış sahəsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı həbs qoyulmuşdur.Həmin icra sənədi üzrə Borclu tələbkarlar X2 hüquqi varislərinin və Tələbkar xeyrinə ******* manat və 15 manat dövlət rüsumu Borclu tutulması müəyyən edilmişdir.Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-385/2019 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madəsi ilə 6 il 1 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda da 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir və orda da qeydiyyatdadır. İcra haqqında” Azərbaycan RespublikasıQanununun 45-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi, əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılmasından ibarət olan məcburi icra tədbirlərdəndir (maddələr 43.1, 45.1). Hətta tələb borclunun əmlakına - lazım olan miqdarda və həcmdə yönəldilir, o cümlədən, borclunun ümumi mülkiyyəldə əmlakı olduqda, onun ümumi mülkiyyətdə olan payına yönəlir (maddələr: 45.7, 45.8). Kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı Borclu nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Borclu ailəlidir və iki övladı vardır. Bununla belə, borclunun ümumi mülkiyyədə əmlakı oldub-olmaması, onun ümumi mülkiyyətdə olan payına yönəldilmə mümkün olub-olmaması araşdırılmamışdır. Daha sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarının 66-cı səhifəsindən isə görünür ki, Borclu adına Qaz 3110 minik markalı, B/ili2003, Gümüşü metallik rəngli nəqliyyat vasitəsi qeydiyyatdadır. Daha sonra Borclu nümayəndəsi və vəkili Vəkiltərəfindən imzalanmış şikayətdən görünür ki, icra məmuru öz qərarı ilə həmin əmlaka həbs qoymaqla yanaşı, əmlaka məhkəmə qaydasında həbs qoyulması üçün təqdimat da vermişdir.Lakin həmin təqdimatın verilməsi, verilibsə baxılıbbaxılmaması araşdırılmamışdır. Həmçinin, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından Borclu vəkili və nümayəndəsi Vəkil şikayət ilə məhkəməyə müraciət edərək, Borclu yeganə yaşayış yeri olan ünvan 1 a ünvanda yerləşən yaşayış evinin üzərinə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun həbs qoyulmasına dair xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, həmin evin üzərinə məhkəmə qaydasında həbs qoyulması barədə icra məmurunun təqdimatının təmin edilməməsi, həmin evin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və şikayət Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən imzalanmışdır. Halbuki, iş materiallarının 32-ci səhifəsində olan xx.xx.2007-ci il tarixli AR-İİ 040412 saylı Etibarnamədən görünür ki, həmin etibarnamə Borclu adından hərəkət etməyə səlahiyyətli olan X3 tərəfindən verilmişdir, lakin etibarnamədə məhkəmədə iddia qaldırmaq (şikayət vermək), yaxud hazırkı şikayəti imzalamaq və.s. səlahiyyət nəzərdə tutulmamışdır. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1.-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Kollegiya qeyd edir ki, məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoyulmasına əsas olmuş təxirəsalınmaz hallar, yəni borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumatların nədən ibarət olması da araşdırılmamışdır. Yuxarıda sadalanan hallara və istinad olunan qanunvericilik normalarına əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-388/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-412/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-412/2020
08.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver