Məhkəmə qərarları › İş №8(103)-413/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-413/2020

08.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-413/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-7859/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-1014/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi ilə tutulan 110 manat alimentin məbləği artırılaraq 500 manat məbləğində müəyyən edilməli və həmin pul vəsaiti qətnamə qanuni qüvvəyə minə vaxtdan başlayaraq Borclu hər ay sabit pul məbləğində tutularaq Tələbkar ödənilməlidir. Borclu dövlət nəfinə 15 manat dövlət rüsumuna görə pul vəsaiti tutulmalıdır. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kəmalə Həsənova qeyd olunan icra sənədi üzrə Borclu ölkədən gеtmək hüququnun müvəqqəti məhdudlаşdırılmаsı məsələsinə bахılmаsı barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X2 göndərilmiş, icra sənədində olan tələbi könüllü dərhal təmin edilməsi tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borclunun bu günki tarixə olan aliment borcu 10505 manat təşkil edir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-7859/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu xx xxxxxxxx 1958-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ünvan 1 mənzil 126 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu оğlu Bаkı şəhəri Xətai Rаyоn Məhkəməsinin xx xxxxxx 2020-ci il tаriхli 8(011)- 241/2020 №-li qərаrdаdındаn şikаyət ərizəsi vеrərək həmin qərаrdаdın ləğv еdilməsini və təqdimatın rədd edilməsini məhkəmədən хаhiş etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Borclu və icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Xətai Rаyоn Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilmişdir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün icra hərəkətləri aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını təmin edərək Borclu ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmaqladüzgün nəticəyə gəlmişdir, dır. Borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassız olduğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-241/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu оğlununşikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rаyоn Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar