Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-413/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Borclu "xxxx" ASC-yə məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 8(005)-425/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)- 11/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)-113/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)-150/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-996/2022 nömrəli xx.xx.2022-cı il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlakına yönəldilməsi üçün borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus MERCEDES BENZ S500 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, 90- AA-363 dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-11/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Gürcüstanın Tbilisi şəhər Məhkəməsinin Mülki işlər kollegiyasının aşağıdakı məzmunlu 05 aprel 2022-ci il tarixli, 2/6256-21 nömrəli qərarı Azərbaycan Respublikasında tanınmalıdır və icra edilməlidir. "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi ” Akkord Georgia"-nın Əli Bədirov ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 19 fevral 2021-ci il tarixli 190221 nömrəli əmri etibarsız tanınmalıdır.; "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi "Akkord Georgia"-nın, "xxxx" ASC- nin öhdəsinə Əli Bədirovun xeyrinə işə bərpa edilməsi əvəzinə 3000 lari (ələ alınacaq) məbləğində təzminatın ödənilməsi qoyulmalıdır; "xxxx" ASC Gürcüstandakı Nümayəndəliyi "Akkord Georgia"-nın, "xxxx" ASC nin öhdəsinə Əli Bədirovun xeyrinə 19 fevral 2021-ci il tarixindən əmrin etibarsız tanınması barədə qərar icra olunana qədər hər ay 1950 lari (elə alınacaq) məbləğində məcburi boşdayanmanın ödənilməsi qoyulmalıdır; "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi " Akkord Georgia"nın "xxxx" ASC-nin öhdəsinə Əli Sədirovun xeyrinə maaş borcunun - 2020-ci ilin oktyabr ayının - 1650 larinin, noyabr ayının - 1950 larinin , dekabr ayının - 1950 larinin, 2021-ci ilin yanvar ayının - 1950 larinin, fevral ayının - 1235 larinin , cəmi 8735 (ələ alınacaq) larinin ödənilməsi qoyulmalıdır; "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi " Akkord Georgia"nin, "xxxx" ASC -nin öhdəsinə Əli Bədirovun xeyrinə hesablaşmanın gecikdirilməsinin cəriməsi aşağıdakı qaydada qoyulmalıdır: noyabr 2020-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bir gecikdirilmiş günü üçün 2020-ci ilin oktyabr ayının maaşının - 1650 larinin 0,07%; 01 dekabr 2020-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bir gecikdirilmiş günü üçün 2020-ci ilin noyabr ayının maaşının - 1950 larinin 0,07%; 01 yanvar 2021-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bır gecikdirilmiş günü üçün 2020-ci ilin dekabr ayının maaşının - 1950 larinin 0,07% ; 01 fevral 2021-ci ii tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bir gecikdirilmiş günü üçün 2021-ci ilin yanvar ayının maaşının - 1950 larinin 0,07%; 01 mart 2021-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bir gecikdirilmiş günü üçün 2021-ci ilin fevral ayının maaşının - 1235 larinin 0,07 %. "xxxx"ASC-nin Gürcüstandakı Nümayəndəliyi" Akkord Georgia"-nin,"xxxx" ASC- nin öhdəsinə Əli Bədirovun xeyrinə 100 lari dövlət rüsumunun ödənilməsi qoyulmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)-113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “Akkord Sənaye Tikinti investisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə 42 lari (gəlir vergisi daxıl olmaqla) məbləğdə maaş borcunun ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə maaş borcunun ödənilməsinin gecikdirilməsi üçün (iddia qaldırılana qədər) 2.837 larinin ödənilməsi qoyulmalıdır; Borclu "xxxx" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə maaş borcunun ödənilməsinin gecikdirilməsi üçün 06 dekabr 2021-ci il tarixdən (iddia qaldırıldığı gündən) qərar icra olunana qədər gündəlik olaraq qalan icra olunmamış məbləğin 0.07 %-nin ödənilməsi qoyulmalıdır (bu hazırki mərhələdə 29,4 lari təşkil edir); Borclu “Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə iddianın təminal tədbirinin tətbiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 larinin ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə iddianın təminat tədbirinin qeydiyyat qiymətinin 200 (iki yüz) larinin ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə iddiaçı tərəfindən çəkilmiş vəkil xidmətinin iddianın qiymətinin 500 larinin ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı dövlət büdcəsinin xeyrinə dövlət rüsumunun 1 445 lari ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-996/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(005)- 2110/2014 saylı qətnaməsi ilə borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən tələbkar X1 xeyrinə tutulan aylıq müavinətin miqdarı artırılaraq 589 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)- 150/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Əmək mübahisəsi üzrə 21600 lari məbləğində borc (gəlir vergisi xaric), "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası' ASC-dən tutularaq tələbkar Vaqif Mustafayevə ödənilməlidir. 2021-ci ilin fevral ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 376.42 lari. 2021-ci ilin mart ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 327.6 lari, 2021-ci ilin aprel ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 280.35 lari, 2021-ci ilin may ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 231.52 lari, 2021-ci ilin iyun ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 184.27 lari, 2021-ci ilin iyul ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 135.45 lari, 2021-ci ilin avqust ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 86.62 lari, 2021-ci ilin sentyabr ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 39.37 lari məbləğlərində cərimə "xxxx" ASCdən tutularaq tələbkar Vaqif Mustafayevə ödənilməlidir. Əmək haqqı borcunun ödənilməsinin gecikdirilməsinə görə 22 noyabr 2021-ci il tarixdən məhkəmə qərarının icrasına qədər gecikdirilmiş hər gün üçün günlük 15.12 lari məbləğində cərimə, iddiaçının hüquqi yardıma görə ödədiyi 500 lari ödəniş borclu "xxxx" ASC-dən tutularaq tələbkar Vaqif Mustafayevə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına müxtəlif tarixlərdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar edilərək icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC-yə məxsus müvafiq bank hesablarına inkasso sərəncamları tərtib edilmiş, icra olunması uçün müvafiq banklara göndərilmiş, lakin müəyyən edilmiş bank hesablarında pul vəsaiti olmadığından şöbənin depozit hesabına pu vəsaiti köçürülməmişdir. Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. "Elektron İcra" İnformasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində borclu "xxxx" ASC-yə məxsus MERCEDES 3ENZ S500 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, 90- AA-744 dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 8(005)- 425/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, borclu "xxxx" ASC-yə məxsus “Mercedes Benz S500 Minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundaı İX 35 Minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Audı Q7 Minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Audı Q7 Minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qərardaddan borclunun verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)-150/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Əmək mübahisəsi üzrə 21600 lari məbləğində borc (gəlir vergisi xaric), "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası' ASC-dən tutularaq tələbkar Vaqif Mustafayevə ödənilməlidir. 2021-ci ilin fevral ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 376.42 lari. 2021-ci ilin mart ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 327.6 lari, 2021-ci ilin aprel ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 280.35 lari, 2021-ci ilin may ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 231.52 lari, 2021-ci ilin iyun ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 184.27 lari, 2021-ci ilin iyul ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 135.45 lari, 2021-ci ilin avqust ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 86.62 lari. 2021-ci ilin sentyabr ayı əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 39.37 lari məbləğlərində cərimə "xxxx" ASC-dən tutularaq tələbkar Vaqif Mustafayevə ödənilməlidir. Əmək haqqı borcunun ödənilməsinin gecikdirilməsinə görə 22 noyabr 2021-ci il tarixdən məhkəmə qərarının icrasına qədər gecikdirilmiş hər gün üçün günlük 15.12 lari məbləğində cərimə, iddiaçının hüquqi yardıma görə ödədiyi 500 lari ödəniş borclu "xxxx" ASC-dən tutularaq tələbkar Vaqif Mustafayevə ödənilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10(102)-113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “Akkord Sənaye Tikinti investisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə 42 lari (gəlir vergisi daxıl olmaqla) məbləğdə maaş borcunun ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə maaş borcunun ödənilməsinin gecikdirilməsi üçün (iddia qaldırılana qədər) 2.837 larinin ödənilməsi qoyulmalıdır; Borclu "xxxx" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə maaş borcunun ödənilməsinin gecikdirilməsi üçün 06 dekabr 2021-ci il tarixdən (iddia qaldırıldığı gündən) qərar icra olunana qədər gündəlik olaraq qalan icra olunmamış məbləğin 0.07 %-nin ödənilməsi qoyulmalıdır (bu hazırki mərhələdə 29,4 lari təşkil edir); Borclu “Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə iddianın təminal tədbirinin tətbiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 larinin ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə iddianın təminat tədbirinin qeydiyyat qiymətinin 200 (iki yüz) larinin ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı Fəxrəddin Cavadovun xeyrinə iddiaçı tərəfindən çəkilmiş vəkil xidmətinin iddianın qiymətinin 500 larinin ödənilməsi qoyulmalıdır; Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öhdəsinə iddiaçı dövlət büdcəsinin xeyrinə dövlət rüsumunun 1 445 lari ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-996/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(005)- 2110/2014 saylı qətnaməsi ilə borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən tələbkar X1 xeyrinə tutulan aylıq müavinətin miqdarı artırılaraq 589 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-11/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Gürcüstanın Tbilisi şəhər Məhkəməsinin Mülki işlər kollegiyasının aşağıdakı məzmunlu 05 aprel 2022-ci il tarixli, 2/6256-21 nömrəli qərarı Azərbaycan Respublikasında tanınmalıdır və icra edilməlidir. "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi ” Akkord Georgia"-nın Əli Bədirov ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 19 fevral 2021-ci il tarixli 190221 №-li əmri etibarsız tanınmalıdır.; "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi "Akkord Georgia"-nın, "xxxx" ASC-nin öhdəsinə Əli Bədirovun xeyrinə işə bərpa edilməsi əvəzinə 3000 lari (ələ alınacaq) məbləğində təzminatın ödənilməsi qoyulmalıdır; "xxxx" ASC Gürcüstandakı Nümayəndəliyi "Akkord Georgia"-nın, "xxxx" ASC nin öhdəsinə Əli Bədirovun xeyrinə 19 fevral 2021-ci il tarixindən əmrin etibarsız tanınması barədə qərar icra olunana qədər hər ay 1950 lari (elə alınacaq) məbləğində məcburi boşdayanmanın ödənilməsi qoyulmalıdır; "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi “Akkord georgia”nın "xxxx" ASC-nin öhdəsinə Əli Sədirovun xeyrinə maaş borcunun - 2020-ci ilin oktyabr ayının - 1650 larinin, noyabr ayının - 1950 larinin , dekabr ayının - 1950 larinin, 2021-ci ilin yanvar ayının - 1950 larinin, fevral ayının - 1235 larinin , cəmi 8735 (ələ alınacaq) larinin ödənilməsi qoyulmalıdır; "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi “Akkord Georgia”nın, "xxxx" ASC-nin öhdəsinə Əli Bədirovun xeyrinə hesablaşmanın gecikdirilməsinin cəriməsi aşağıdakı qaydada qoyulmalıdır: noyabr 2020-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bır gecikdirilmiş günü üçün 2020-ci ilin oktyabr ayının maaşının - 1650 larinin 0,07%; 01 dekabr 2020-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bir gecikdirilmiş günü üçün 2020-ci ilin noyabr ayının maaşının - 1950 larinin 0,07%; 01 yanvar 2021-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bır gecikdirilmiş günü üçün 2020-ci ilin dekabr ayının maaşının - 1950 larinin 0,07% ; 01 fevral 2021-ci ii tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bir gecikdirilmiş günü üçün 2021-ci ilin yanvar ayının maaşının - 1950 larinin 0,07%; 01 mart 2021-ci il tarixindən məhkəmənin qərarı icra olunana qədər hesablaşmanın hər bır gecikdirilmiş günü üçün 2021-ci ilin fevral ayının maaşının - 1235 larinin 0,07 %. "xxxx" ASC-nin Gürcüstandakı Nümayəndəliyi "Akkord Georgia"-nin,"xxxx" ASC- nin öhdəsinə Əli Bədirovun xeyrinə 100 lari dövlət rüsumunun ödənilməsi qoyulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, müvafiq olaraq hər bir icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İcra sənədlərinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamları icra edilməsi üçün müvafiq banklara göndərilmişdir, bank hesablarında pul aşkar olunmamışdır. “Elektron İcra" İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, borclu "xxxx" ASC-yə məxsus “Mercedes Benz S500 Minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundaı İX 35 Minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Audı Q7 Minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Audı Q7 Minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədlərinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən icra sənədlərinin icrasını təmin etmək üçün ona məxsus avtomobillərin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Borclu tərəfindən borc tam olaraq ödənildikdə icra icraatına xitam verilə, müvafiq olaraq icra sənədinin icrasını təmin etmək məqsədilə avtomobillərin üzərinə qoyulmuş həbs götürülə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 8(005)- 425/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-413/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-413/2023
21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver