Məhkəmə qərarları › İş №8(103)-414/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-414/2021

13.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-414/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Tələbkar, Borclu vəkili və nümayəndəsi Vəkil və Binədəqi Rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimovun iştirakı ilə, icra sənədi üzrə Borclu Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun axtarılması barədə qərarından və borclunun ölkədən getmək hüququna qoyulmuş qadağadan şikayətə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, borclunun şikayəti təmin edilsin, icra sənədi üzrə Borcluunun (Mamedov Fahrettin) barəsində axtarış elan olunmasına dair Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 23.04.2019-cu il tarixli qərarı ləğv edilsin və borclunun ölkədən getmək hüququna qoyulmuş qadağa götürülsün. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, icra sənədi aliment tutulması barədədir. Borclunun barəsində elan olunmuş axtarışın qüvvədə saxlanılmasına zərurət yoxdur. “İcra haqqında” Qanunun 27.1ci maddəsinə görünür ki, axtarışa əsas “borclunun yerinin məlum olmaması” kimi göstərilib. Borclunun yeri artıq məlumdur. O cümlədən borclunun ölkədən getmək hüququna qadağa qoyulmasına zərurət yoxdur. O, icra sənədi üzrə alimenti ödəməkdən yayınmır. Aliment borcunun məbləği barədə tələbkar ilə borclunun arasında mübahisə var, bu mübahisə qanunla müəyyən edilmiş qaydada həll edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qərardadda lazımi qaydada əsaslandırıb. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar