Məhkəmə qərarları › İş №8(103)-414/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-414/2023

21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-414/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Hənifə qızının icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X8 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(004)- 227/2023 saylı qərardadından Abdullayeva Kimya Hənifə qızı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında (bundan sonra - ünvan üzrə) Cavabdeh2 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərini eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, ünvan üzrə binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığının mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməsi, ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilas etmə məntəqəsi ilə əlaqə sisteminin quraşdırılmasının və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələrinin normal səviyyədə işıqlandırılması, girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlama işlərinin tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrin) və divarların tamamlama işlərinin tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin sağ və sol hissəsinin daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havalandırılma sisteminin quraşdırılması ilə bağlı qüsurun (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin ventilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi Cavabdeh2 MTK və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Cavabdeh2 MTK və Cavabdeh1 xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X3 “kommunal xidmət” üzrə ödənişin tələb olunmasının qanunsuz hesab edilməsi və borclu Cavabdeh2 MTK-nın mühasibat sənədlərində tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsinin üzərilərinə qoyulması, iddiaçı Abdullayeva Kimya Hənifə qızına məxsus ünvan 11, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətilərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsinin borclu Cavabdeh2 MTK-nın üzərinə qoyulması, borclu Cavabdeh2 MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarın mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələrin yaradılması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkara verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, kooperativin nizamnaməsinin, kooperativə üzvlülük kitabçasının, tikintinin mənzilin keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin X17 Hənifə qızına verilməsi vəzifəsi borclu Cavabdeh2 MTK-ya həvalə edilməlidir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 MTK-nın üzərinə iddiaçı Abdullayeva Kimya Hənifə qızı ilə ünvan 3 ünvanında Cavabdeh2 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsinin təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayğacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasının təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmalı, iddiaçı Abdullayeva Kimya Hənifə qızına məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh2 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməli və tanınmalıdır.

4. X17 Hənifə qızı şikayətlə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin rəisi X2 və Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqələri üzrə tələblərin borclu Cavabdeh2 MTK və Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 tərəfindən vaxtında yerinə yetirilməsi üçün icraya düzgün hüquqi prinsipial mövqedən yanaşmaması, icra hərəkətlərinin əsassız və qərəzli ləngidilməsi nəticəsində, tələbkarın hüquqlarının pozulmasına və qanuni mənafelərinin həyata keçirilməsində maneələrə səbəb olan hərəkətlərin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi, Yasamal İcra şöbəsinin rəisi X2 Azərbaycan Respublikasinın “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatın tələblərini və “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1, 4.0.4, 7.1, 7.2, 7.4, 7.6-cı və xüsusilə 7.13-cü maddələrində təsbit olunan tələbləri ciddi pozaraq, X17 Hənifə qızının müraciətlərinə cavab verilməsindən əsassız imtina etməsinin qanunsuz hesab edilməsi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1, 4.0.5, 7.5-ci maddələri üzrə tələbləri pozaraq, X17 Hənifə qızının müraciətlərinə vaxtında və göstərilən məsələlərin mahiyyətinə uyğun tam məzmunda cavab verməməsi, məlumatların verilməsini gecikdirməsi, natamam və təhrif olunmuş məlumatlar verməsinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Daha sonra X17 Hənifə qızı şikayət ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, əlavə olunan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-400/2022 nömrəli qərardadından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 saylı icra sənədlərinin aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarları ləğv edilmişdir və həmin icra sənədləri icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılmışdır. Həmin qərardaddan Bakı şəhəri Yasamal rayon İcra şöbəsi şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(103)-248/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Belə ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov icraatında olan və uzun illər ərzində icra edilməyən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9271/2019 saylı icra sənədləri ilə bağlı icrada yol verilmiş səhlənkarlıqların və icra hərəkətlərinin natamamlığını ört-basdır etmək və məsuliyyətdən uzaqlaşmaq məqsədi ilə iş materiallarının Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə hüquqi əsassız, yalan məlumatlarla tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir, Yasamal Rayon Məhkəməsi də bunu nəzərə alaraq icra məmurunun işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərarını ləğv etmişdir. Qeyd olunanlar bir daha onu göstərir ki, icra məmurunun hərəkət (hərəkətsizliyi) qanunsuz hesab olunmalıdır. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)- 227/2023 saylı qərardadı ilə X17 Hənifə qızı tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi X1 və icra məmuru X4 hərəkətlərinə (hərəkətsizliyinə) dair verilmiş şikayət təmin edilməmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-185/2023 saylı qərardadı ilə X17 Hənifə qızı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ləğv edilmiş, X17 Hənifə qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(004)- 227/2023 saylı qərardadı ilə X17 Hənifə qızı tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi X1 və icra məmuru X4 hərəkətlərinə (hərəkətsizliyinə) dair verilmiş şikayəti təmin edilməmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayılov İsmayıl tərəfindən icra sənədlərinin icrası istiqamətində zəruri icra hərəkətləri həyata keçirilmiş, icra sənədlərinin icrası qismən təmin edilmişdir. Belə ki, Cavabdeh2 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə planlaşdırılması, girişin bütün mərtəbələrinin pilləkənlərin tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarlarının tamamlama işlərinin yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlama işlərinin yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qaranlıq sahələrin (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havalandırma sisteminin quraşdırılması ilə bağlı qüsurların (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin ventilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifələri borclu tərəfindən icra olunmuşdur.

10. Bundan başqa, Cavabdeh2 MTK tərəfindən Abdullayeva Kimya Hənifə qızının kommunal xidmətlərə görə hesablanmış borcu silinmişdir. Hazırda Cavabdeh2 MTK tərəfindən Abdullayeva Kimya Hənifə qızından kommunal xidmətə görə borc tələb olunmur. xx.xx.2020-ci il tarixdən ünvan 4 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmışdır və K.H.Abdullayeva tərəfindən xx.xx.2020-ci il tarixdən 2023-cü ilin yanvar ayınadək hesablanmış 1.660 manat məbləğində aylıq xidmət haqqının ödənilməsi məhz "xxxx" MMMC tərəfindən tələb olunur.

11. Bundan başqa, borclu Cavabdeh2 MTK-nın sədri tərəfindən icra sənədinin icrası ilə bağlı tələbkara ödəməli olduğu pul vəsaitindən 4500 manat hissəsi İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. İcra işinin materialları ilə müəyyən olunmuşdur ki, Abdullayeva Kimya Hənifə qızı xx.xx.2023-cü il tarixdə Yasamal Rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyəyevə ərizə ünvanlayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsini xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələri üzrə icra vərəqəsində təsbit olunan icra hərəkətlərinin borclu Cavabdeh2 MTK və Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 tərəfindən yerinə yetirilməməsinin və iş üzrə icraatın ləngidilməsi (süründürülməsi) səbəbləri barədə qanunvericiliyin tələbləri üzrə hüquqi əsaslı rəsmi yazılı məlumatın verilməsi, iş üzrə borclu Cavabdeh1 barəsində cinayət işinin başlanması ilə bağlı hüquqi tədbirlərin hansı əsasla ləngidilməsi barədə rəsmi yazılı məlumat verilməsi xahiş olunmuş, icra məmuru İsmayıl İsmayılov tərəfindən xx/xx-214477/17 saylı, xx.xx.2023-cü il tarixli məktubla tələbkarın müraciətinə ətraflı cavab verilmişdir. Həmçinin icra işinin materiallarından görünür ki, X17 Hənifə qızının müraciətinə Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev tərəfindən xx/xx-2144xx/xx-6398 saylı xx.xx.2023-cü il tarixli məktubla rəsmi cavab verilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

12. X17 Hənifə qızı həmin qərardaddan elektron məhkəmə sistemi vasitəsilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad əsassız və ədalətsizdir. Qərardadın təsvir hissəsinin qarışıq şəkildə yazılmış mətnində, abzas (sətirbaşı) yazılış üslubuna riayət edilməməsi, mətnin məna vahidliyinin və məntiqli əlaqə ardıcılığının pozulmasına səbəb olmuşdur. Nəticə etibarılə şikayət ərizəsinin struktur mahiyyətinin çətin anlaşılmasına səbəb olan bu yazı üslubunun məqsədli olması, istisna deyil. Şikayət ərizəsinin mahiyyəti, Yasamal rayon İPŞ rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun qanunazidd hərəkətləri (hərəkətsizliyi), icra sənədlərinin vaxtında və düzgün icra edilməməsi, müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməməsi, iş üzrə borclu Cavabdeh1 münasibətdə mühafizəkarlıq mövqeyi nəticəsində, Yasamal rayon İPŞ-nin icraatında olan 3 (üç) icra sənədində təsbit olunan çoxsaylı tələblər üzrə icranın uzun müddət ərzində yerinə yetirilməməsi və işin süründürməçiliyə salınması ilə bağlıdır. Şikayət üzrə qəbul edimiş qərardadın məzmunundan belə qənaətə gəlinir ki, bu qərardadın, Yasamal rayon İcra və Probasiya şöbəsinin proyekti əsasında tərtib edilməsi istisna olunmur. Belə ki, şikayət ərizəsində, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun işlə bağlı qanunsuz hərəkətləri ardıcıllıqla şərh olunmuşdur. Buna rəğmən, qərardadın məzmunundan aydın olur ki, icra məmurlarının qanunsuz hərəkətindən (hərəkətsizliyindən), qanun tələbləri ilə əsaslandırılan şikayət üzrə məhkəmə araşdırması aparılmamış və sübutlar tədqiq edilməmişdir. Bu səbəbdən, iş üzrə qəbul edilmiş qərardadın mətni hüquqi baxımdan məntiqsiz və ziddiyyətlidir. Qərardadın əsaslandırıcı hissəsində, məhkəmə tələbkarın əsaslı sübutlarını, istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün əsaslı dəlillər göstərməmiş, həmçinin, tələbkarın şikayət ərizəsində istinad etdiyi qanuni tələbləri üzrə hüquqi mövqe bildirməmişdir. Məhkəmə iş üzrə məzmunca natamam və mahiyyətcə əsassız qəbul etdiyi qətnamədə, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun törətdiyi korrupsiya tərkibli hüquq pozuntusuna və tələbkarın qanuni mənafelərinin həyata keçirilməsinə süni maneələr yaradılması ilə nəticələnən hərəkətlərinə (hərəkətsizliyinə) prinsipial hüquqi mövqe bildirməkdən çəkinərək, yayınmağa üstünlük vermişdir. Bu, aşkar faktdır. Şikayət ərizəsində, Yasamal rayon İPŞnin icra məmurlarının sadalanan qanunsuz hərəkətlərinə, məhkəmənin hüquqi baxımdan anlaşılmaz haqsız mövqedən yanaşmasında, hakimin təcrübəsizliyi, savadsızlığı, yaxud, kollegiallıq təsirə məruz qalması istisna olunmur. Hər bir halda, qanunun aliliyini təcəssüm edən xidməti kürsüdən insan hüquqlarına sayqısızlıq və təcavüz, qəbuledilməzdir. Bu hallar, məhkəmə sisteminin nüfuzuna ciddi xələl gətirir. Hazırda Yasamal rayon İPŞ-nin icraatında, tələbkara aid 2016-cı il, 2019-cu il və 2022-ci il tarixli 3 (üç), icra vərəqəsi üzrə icra hərəkətləri, illər ərzində qərəzliklə tam “dondurulmuş” vəziyyətdə saxlanılır. İcranın bu anlaşılmaz vəziyyəti ilə bağlı, şikayət ərizəsində, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun qanunsuz hərəkətləri və korrupsiya tərkibli əməlləri, qanunvericiliyin tələblərinə istinadla və hüquqi əsaslarla göstərildiyi və sübut olunduğu halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, tələbkarın şikayət ərizəsinin rədd edilməsi barədə 28 aprel 2023-cü il tarixli əsassız qərardad qəbul etmişdir. Məzmunca natamam tərtib edilmiş bu qərardad, mahiyyət etibarı ilə, barəsində hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən və şikayətdə göstərilən qanunsuz hərəkətləri hüquqi əsaslarla sübut edilən, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurlarının korrupsiya tərkibli qanunsuz əməllərinin dəstəklənməsi kimi qiymətləndirilə bilər. Şikayət ərizəsində irəli sürülən tələblər, hüquqi əsaslandırılmiş qanuni tələblərdir. Məhkəmə şikayət ərizəsini və həmin tələbləri mahiyyəti üzrə araşdırmamış və tədqiq etməmişdir. Bu səbəbdən, iş üzrə qərardadda, şikayətin tədqiqi və araşdırılması üzrə maddi hüquq və prosessual hüquq normalarının kobud pozulması və düzgün tətbiq edilməməsi, həmçinin, iş üzrə həqiqi hallara uyğun əsaslandırılmaması, şikayət ərizəsinə mahiyyəti baxımından işə düzgün mövqedən yanaşılmamasının nəticəsidir. Göstərilənlərə əsasən şikayət ərizəsində şərh olunan halların hərtərəfli araşdırılması və sübutların tədqiqi əsasında, ədalətli yekun aktı qəbul edilməlidir. Göstərilən səbəbdən, qərardaddan Bakı Apellyasiya Məhkəməsinə şikayət edilməsinə zərurət yaranmışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli ilə Abdullayeva Kimya Hənifə qızı tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

16. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

17. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

18. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

19. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

20. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

21. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

22. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

23. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

24. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.

25. ... icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən icra məmuru Sahib Allahverdiyev tərəfindən icraata başlanılmışdır. xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Cavabdeh2 MTK-ya 10 gün müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 325/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələblərin könüllü icra edilməsi bildirilmişdir. 28.xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icra məmuru İsmayıl İsmayılov tərəfindən icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələblərin könüllü icra edilməsi bildirilmişdir. Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 xx.xx.2020-ci il tarixdə bildirişi və icraata başlamaq haqqında qərarı imza etməklə qəbul etmişdir. 29.xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022-035 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru İsmayıl İsmayılov tərəfindən icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Cavabdeh2 MTK-ya 10 gün müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələblərin könüllü icra edilməsi bildirilmişdir. Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 xx.xx.2022-ci il tarixdə bildirişi imza etməklə qəbul etmişdir. 30.Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən qəbul edilmiş “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 31.FHN Sənayedə X9 və X18 Agentliyinin "xxxx" MMMC-yə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-18-3/2-3580/23 saylı məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən binanın 2-ci girişində istismar olunan liftlərin istismara yararlığı və təhlükəsizliyinin müəyyənləşdirilməsi barədə X7 Hallar Nazirliyinə daxil olmuş şikayətinə əsasən 17 mart 2023-cü il tarixində Agentliyin müfəttişləri tərəfindən yerində aparılmış araşdırma zamanı sözügedən 19 mərtəbəli yaşayış binasının 2-ci girişində istismar olunan 3 ədəd liftdən qeydiyyat sayı 37995 olan liftin şaxtasında kənar əşyaların olduğu, döşəmənin istiqamətləndiricilərdən, aparıcı şkifin isə reduktordan axan yağla çirkləndiyi, burazların istismara yararsız olduğu, istismarına icazə alınmadığı müəyyən olunmuşdur. Qeydiyyat sayları 28912 və 30094 olan liftlərdə lift çalasının məişət tullantıları ilə zibilləndiyi və yağla çirkləndiyi, kənar əşyaların olduğu, əks yüklə bufer arasındakı məsafənin normaya uyğun olmadığı, liftin kabinəsinin hərəkət zamanı silkələndiyi, istiqamətləndiricilərin yağlanması üçün qabın olmadığı, qeydiyyat sayı 30094 olan sərnişin liftinin həmçinin aparıcı şkifi və burazlarının istismara yararsız olduğu, sürət məhdudlaşdırıcı qurğuların yoxlanılması haqqında məlumatın olmadığı aşkar edilmişdir. Aktda qeyd olunan nasazlıqlara görə liftlərin istismarının qadağan olduğu bildirilmişdir. Nasazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb olunmuşdur. Baş verə biləcək qəza və bədbəxt hadisələrə görə cəmiyyətin məsuliyyət daşıdığı nəzərə çatdırılmışdır. 32.FHN Sənayedə X9 və X18 Agentliyinin “Azəriqaz” İB-yə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-18-3/2-3579/23 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq" 1028-ci məhəllə, İzmir küçəsində yerləşən 9 C saylı yaşayış binasında qaz xətti olmadığı halda işləyən qızdırıcıların quraşdırılmasının “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”na uyğunluğu və digər məsələlər barədə X7 Hallar Nazirliyinə xx.xx.2023-cü il tarixdə daxil olmuş şikayətinə əsasən Agentliyin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və akt tərtib olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, qaz sayğacları quraşdırılan qaz dayaqları bəzi mənzillərin yataq otağında yerləşir. Bu vəziyyət təhlükəsizlik tələblərinə ziddir və qəzaya şərait yarada bilər. 33.FHN Sənayedə X9 və X18 Agentliyinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-18-2/2-8210/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, ‘'Qırmızı Şərq" şəhərciyində yerləşən, “Qranit" MTK tərəfindən inşa edilmiş yaşayış binalarına və binaya bitişik ofisin istismarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 27 dekabr 2016-cı il tarixli, 0083 nömrəli icazə sənədi verilmişdir. Mütəxəssizlər tərəfindən qeyd olunan ünvandakı yaşayış binasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, binanın 2-ci girişindəki pilləkənlər Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış 29 avqust 2012-ci il tarixli, 18/04-254 nömrəli layihə sənədlərinə uyğun inşa edilmişdir. Eyni zamanda, baxış zamanı binanın 2-ci girişinin və hər mərtəbə üzrə pilləkənlərin üzlük daşla üzlənməsi, pilləkən qəfəsəsinin, sakinlərin ümumi istifadəsində olan sahələrin tavan və divarların təmirli olması faktı müəyyən edilmişdir. Bununla yanaşı ünvan 11 ünvanında və “Qırmızı Şərq" şəhərciyində yerləşən binalarda keyfiyyət sertifikatının mövcud olubolmaması ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunverciliyində istismarda olan tikililərə (mənzillərə) keyfiyyət sertifikatının verilməsi nəzərdə tutulmamışdır. İstismar təlimatı tərəflər (alıcı və satıcı) arasında müvafiq qaydada bağlanmış müqavilə ilə tənzimlənir. 34.FHN Sənayedə X9 və X18 Agentliyinin xx.xx.2019-cu il tarixli, A-11029 saylı təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan çıxarılması barədə Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 19-də yerləşən və “Qranit" MTK tərəfindən istimar olunan 8 ədəd təhlükə potensiallı lift “Texniki təhlükəsizlik haqqında” AR Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.

35. "xxxx" MMMC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəis müavini Anar Əhmədova ünvanlanmış məktubundan müəyyən olunur ki, ünvan 13 ünvanında “Qranit" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişində qeydiyyat nömrəsi 37995 olan 1 ədəd sərnişin lifti "xxxx" MMC tərəfindən xx.xx.2018-ci ildə, qeydiyyat nömrəsi 30094 olan 1 ədəd sərnişin lifti xx.xx.2010-cu ildə və qeydiyyat nömrəsi 28912 olan 1 ədəd yük lifti “X15” MMC tərəfindən xx.xx.2009-cu ildə olmaqla cəmi 3 ədəd lift quraşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X18 Agentliyi tərəfindən qeydə alınaraq istismarına rəsmi surətdə icazə verilməklə bina sakinlərinin xidmətinə təqdim edilmişdir. Binanın 2-ci girişində quraşdırılmış hər 3 lift Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 13 iyun 2019-cu ildə qeydiyyat nömrəsi A-11029 Çıxarışla “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində 13 iyun 2024-cü il tarixinə qədər qeydiyyata alınmışdır. Binanın 2-ci girişində quraşdırılmış hər 3 liftə Azərbaycan Respublikasının müvafiq qanunlarının tələb və müddəalarına əsasən rəsmi lisenziyası və sertifikatı olan ixtisaslaşmış şirkətlər tərəfindən müqavilə əsasında servis xidməti göstərilməklə texniki təhlükəsizliyi təmin edilir. Binanın bütün liftlərinə nəzarət üçün “Profi-Resurs”X30 nəzdində kurs keçmiş və 39 saylı Protokolla 3638 nömrəli sertifikat almış lift bələdçisi təyin olunmuşdur. Binanın bütün liftləri, həmçinin 2-ci girişində olan hər 3 lifti mütəmadi olaraq mütəxəssislər tərəfindən dövri sınaqdan keçirilir, bu barədə liftlərin pasportlarına müvafiq qeydlər aparılır. Cari mövsüm üçün liftlərin dövri sınaqdan keçirilməsi məqsədi ilə Azərbaycan Əməyin Mühafizəsi və X10 Tədqiqat İnstitutuna müraciət ünvanlanmışdır və yaxın tarixlərdə bu fəaliyyət icra edilərək müvafiq dövlət orqanlarına məlumat veriləcəkdir. Binanın 2-ci girişində mənzillərə kəskin qoxuların sirayət etməsi ilə bağlı binanın mənzil və sahə mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC-yə fəaliyyətə başladığı xx.xx.2020-ci il tarixindən bu günədək keçən müddət ərzində rəsmi şikayət daxil olmamışdır. 36.FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş qoşmadan görünür ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla "xxxx" MTK-nın sədri Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 9C ünvanında yerləşən binanın aidiyyəti orqanlarla razılaşdırılmış layihə sənədlərində binanın havalandırma şaxtalarının yalnız mənzillər üçün nəzərdə tutuduğu, eyni zamanda binaya baxış zamanı qeyri-yaşayış sahəsinin havalandırmasının mənzillərin havalandırma şaxtalarına qoşulması faktının müəyyən edilmədiyi bildirilmişdir. 37."xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10/46-03 saylı məktubundan görünür ki, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9C ünvanında “Qranit" MTK tərəfindən inşa edilmiş yaşayış binasının istilik təchizatı 2019-cu ilin dekabr ayından, isti su təchizatı isə 2017-ci ilin iyul ayından dayandırılmışdır. 38.Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Qranit" MTK-nı elektrik enerjisi ilə təchiz etmək üçün "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, TX-08-0277 saylı Texniki Şərtin 3.2 bəndinə əsasən bütün elektrik sayğacları 1-ci mərtəbədə və ya zirzəmidə xüsusi panellərin içində quraşdırılmalıdır. Sayğaclar zirzəmidə xüsusi PANO-larda quraşdırılaraq, kənar şəxslərin müdaxilə etməməsi və təhlükəsizlik baxımından çəpərlənmişdir. Texniki Şərtin düzgün icra olunması haqqında AR Sənaye və Energetika Nazirliyi, X28 İdarəsi tərəfindən xx.xx.2010cu il tarixli, 26/İİ-140 saylı X22 verilmişdir.

39. “Qranit" MTK-nın xx.xx.2022-ci il tarixli, 01 saylı arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cuil tarixli, 2(103)-9271/2019 saylı qətnaməsinin icra vərəqəsi üzrə Cavabdeh2 MTK-nın üzərinə qoyulmuş vəzifələrin icra edilməsi ilə bağlı bildirilmişdir ki, Abdullayeva Kimya Hənifə qızının "Qranit” MTK və “Qranit" MTK sədri Cavabdeh1la bağladığı 29 yanvar 2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabehin üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, AR FHN X20 Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05128 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, X17 Hənifə qızına məxsus, ünvan 15 ünvandakı binanın 2-ci girişində 139 saylı mənzilə aid “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edildiyi üçün, həmin ünvan üzrə mənzilə aid Cavabdeh2 MTK-nın mühasibat sənədlərində 29 yanvar 2013-cü il tarixdən xx.xx.2020-ci il tarixinə qədər kommunal xidmətlərə görə hesablanmış 4355 manat ödəniş məbləği silinərək, ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(103)-9271/2019 saylı qətnamənin icra vərəqəsində göstərilən tələblər tam icra edilən vaxta qədər, Cavabdeh2 MTK-nın mühasibat sənədlərində X17 Hənifə qızına məxsus, ünvan 16 ünvandakı binanın 2-ci girişində 139 saylı mənzilə aid kommunal xidmətlər üzrə ödəniş hesablanmayacaq və kommunal xidmət üzrə ödəniş tələb edilməyəcək. 40.Ədliyyə Nazirliyi tərəfindən Abdullayeva Kimya Hənifə qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-2859/4/2023 saylı məktubdan görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2020-ci il tarixdə 1120-MM7-0156 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. “Qranit" MTK-nın "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsinə dair qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir.

41. "xxxx" MMMC tərəfindən Abdullayeva Kimya Hənifə qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, AR Mənzil Məcəlləsinə və Nizamnaməsinə uyğun olaraq xidmət göstərən "xxxx" MMMC üzrə 2 otaqlı mənzillər üçün aylıq xidmət haqqı bina sakinlərinin ümumi yığıncağının qərarı ilə 50 manat, daha sonra isə 2021-ci ilin 1 dekabr tarixindən etibarən 20% güzəşt tətbiq olunmaqla 40 manat müəyyən edilmişdir. "xxxx" MMMC fəaliyyətə başladığı tarixdən bu günədək Abdullayeva Kimya Hənifə qızı tərəfindən MMMC-nin xəzinəsinə heç bir ödəniş edilməmişdir. Odur ki, 2020-ci il üzrə 550 manat, 2021-cı il üzrə 590 manat, 2022-ci il üzrə 480 manat, 2023-cü ilin yanvar ayrı üzrə 40 manat olmaqla, ümumilikdə 1.660 manat xidmət haqqı hesablanmışdır.

42. "xxxx" MMMC tərəfindən AR FHN Sənayedə X9 və X18 Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0024/2020 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir 9 “C” ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının 2-ci girişində 1 ədəd Türkiyə istehsalı olan sərnişin liftində xx.xx.2020-ci il tarixdə agentliyin mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar zamanı aşkarlanmış nöqsanlar aradan qaldırılmışdır. Bunu nəzərə alaraq agentliyin mütəxəssislərinin qeyd olunan liftdə nöqsanların aradan qaldırıldığına dair yenidən yerində baxış keçirilməsi və müvafiq olaraq liftin istismarına rəsmi qaydada icazə verilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. 43.xx.xx.2020-ci il tarixli aktdan görünür ki, AR FHN Sənayedə X9 və X18 Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında X9nə nəzarət müfəttişliyinin baş müfəttişi, "xxxx" MMMC-nin komendantı və "xxxx" MMC-nin lift üzrə elektromexanikinin araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktda göstərilmiş çatışmazlıqlar elektromexaniklər tərəfindən aradan qaldırılmış, ünvan 19 ünvanındakı yaşayış binasının 2-ci girişindəki sərnişin lifti tam işlək vəziyyətə gətirilmişdir. Hazırda "xxxx" MMMC-yə məxsus 3 girişli, 19 mərtəbəli yaşayış binasında quraşdırılmış 7 ədəd sərnişin liftlərinin hamısı işlək vəziyyətdədir.

44. "xxxx" MMMC tərəfindən təqdim edilmiş qeydiyyat nömrəsi 30094 olan liftə dair pasportdan görünür ki, 2023-cü ilin aprel ayında "xxxx" MMC tərəfindən Liftlərin quruluşu və təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq texniki müayinə aparılmış, heç bir çatışmazlıq aşkar edilməmişdir.

45. "xxxx" MMMC tərəfindən təqdim edilmiş qeydiyyat nömrəsi 28912 olan liftə dair pasportdan görünür ki, 2023-cü ilin aprel ayında "xxxx" MMC tərəfindən Liftlərin quruluşu və təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq texniki müayinə aparılmış, heç bir çatışmamazlıq aşkar edilməmişdir.

46. "xxxx" MMMC tərəfindən təqdim edilmiş qeydiyyat nömrəsi 37995 olan liftə dair pasportdan görünür ki, 2023-cü ilin aprel ayında "xxxx" MMC tərəfindən liftdə sınaq aparılmış, sınağın nəticəsi qənaətbəxş olmuş və istismar etmək mümkün hesab edilmişdir. 47.xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov, “Qranit" MTK-nın sədri Cavabdeh1, "xxxx" MMMC-nin komendantı X12 və Masallı rayonunda qeydiyyatda olan X6 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 98/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 20 ünvanında “Qranit" MTK-nın inşa etdiyi binanın 2-ci girişində olarkən müəyyən olunmuşdur ki, orada olan hər üç lift fasiləsiz işlək vəziyyətdədir. Bina sakinlərinin yaratdığı "xxxx" MMMC-nin komendantı bildirdi ki, liftlər normal işləyir və vaxtlı-vaxtında lisenziyası olan şirkət tərəfindən texniki müayinə olunurlar. Bundan başqa komendant bildirmişdir ki, Abdullayeva Kimya Hənifə qızına məxsus avtomobilin binanın kəlləsində yerləşən dayanacaqda saxlanmasına və istifadəsinə heç bir maneə yoxdur. Bundan başqa o, bildirmişdir ki, yeraltı duracaqda olan qarajların hər birinin öz sahibləri vardır və onlardan çoxlarının DƏDRX-dən çıxarışları vardır. Həmçinin bildirdi ki, yeraltı avtomobil duracağında boş yer yoxdur. 48.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-400/2022 saylı, 23 iyun 2022ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, Abdullayeva Kimya Hənifə qızı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli , 2(004)-325/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 saylı icra sənədlərinin aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədləri icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə qaytarılmışdır. 49.AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh2 MTK-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Kooperativin fəaliyyətinin dayandırılması müddətləri barədə məlumat məktuba əlavə edilmişdir. Həmin məlumatdan görünür ki, Cavabdeh2 MTK xx.xx.2020-ci ildə fəaliyyətini dayandırmışdır.

50. “Azemis” Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 MTK-nin (VÖEN: **********) fəaliyyəti müvəqqəti dayandırılmışdır. 51.xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1120-MM7- 0156 qeydiyyat nömrəsi ilə qeydə alınan "xxxx" MMMC-nin nizamnanməsindən görünür ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini AR Konstitusiyasına, AR Mülki Məcəlləsinə, AR Mənzil Məcəlləsinə, AR-nın digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

52. Cavabdeh2 MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Abdullayeva Kimya Hənifə qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, 1029-cu məhəllə, İzmir küçəsi 9C, 2-ci girişdəki 139 saylı mənzilə dair icra sənədində təsbit olunan suallar üzrə verilmiş arayışdan görünür ki, ünvan üzrə mənzilə aid aylıq kommunal xidmətlər üzrə ödəniş məbləği; kommunal xidmətə daxil olan xidmətlər; hər bir xidmət üçün ödənilməli olan məbləğin həcmi xx.xx.2012-ci il tarixli X25 X11 və Cavabdeh2 MTK ilə Abdullayeva Kimya Hənifə qızı arasında bağlanmış 401 X/M saylı, xx.xx.2013-cü il tarixli Xidmət Müqaviləsinə əsasən müəyyənləşdirilir.

53. Cavabdeh2 MTK-nın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Abdullayeva Kimya Hənifə qızının kommunal xidmətlərə görə hesablanmış Cavabdeh2 MTK-ya olan borcu silinmiş və bu səbəbdən həmin borc Abdullayeva Kimya Hənifə qızından tələb olunmayacaqdır. 54.xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 tərəfindən Abdullayeva Kimya Hənifə qızına ünvanlanmış məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə bağlı Cavabdeh2 MTK-nin Nizamnaməsi, Yasamal Rayon icra şöbəsi və Kimya Abdullayevaya ünvanlandığı 09 və 12 sentyabr 2023-cü il tarixli məktubları, Cavabdeh2 MTK-nın İstismar Təlimatı, xx.xx.2023-cü il tarixli Arayışı, Yasamal Rayon icra şöbəsi və Kimya Abdullayevaya ünvanladığı 26 sentyabr 2023-cü il tarixli Arayışı və Kooperativin üzvlük kitabçasının surətləri Kimya Abdullayeva göndərilmişdir. 55.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(001)-1952/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh2 MTK-nın rəhbəri Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1.200 manat inzibati cərimə edilmişdir. 56.25 sentyabr 2023-cü il tarixində keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 Cavabdeh2 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişində 1-ci mərtəbədə liftlərin kənarında liftlərin istismarına dair məlumat cədvəl şəkilində divara asılmışdır. Ünvanda 3 lift quraşdırılmışdır. Liftlərdən üçü də işlək vəziyyətdədir. Lakin üçüncü – yəni sonradan quraşdırılmış lift 9-cu mərtəbəyə kimi qalxır. Komendatın bildirdiyinə görə liftin 18-ci mərtəbəyə qalxmağa gücü çatmır və binanın sakinləri tərəfindən kommunal ödənişlər vaxtında edilmədiyindən həmin liftin 18-ci mərtəbəyə kimi qalxması dayandırılmışdır. özlərinin lifti ayırdığını bildirdi. Liftlərdə xilas etmə məntəqəsilə əlaqə siqnal düyməsi vasitəsi ilə mümkündür. Liftdə göstərilən zəng işarəsi işlək vəziyyətdə deyil və quraşdırılmamışdır. Mühafizə məntəqəsində kamera mövcuddur və hansı liftdən zəngin gəlməsini müəyyən etmək mümkündür. Mühafizəçinin bildirdiyinə görə liftlərdə qalma ilə bağlı hal olduqda, Elman və Əli adlı işçilər köməklik göstərir, liftlərə onlar nəzarət edir. Xilasetmə məntəqəsi yoxdur. Binanın bütün mərtəbələrinə baxış keçirildi. 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşları üzlük daşlarla üzlənilmişdir. Bütün mərtəbələrdə işıqlandırma sistemi mövcuddur və işıqlar yanırdı. Girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin döşəmələrinin və divarların tamamlanma işləri davam etdirilirdi. Digər mərtəbələrdə döşəmələrinin və divarların tamamlanma işləri bitmişdi. 17 və 18-ci mərtəbələrində işləyən ustanın bildirdiyinə görə Cavabdeh1 göstərişi ilə hazırda rəngləmə işləri aparırlar. Binanın 2-ci girişində bütün mərtəbələrin ümumi istifadə sahələrində kəskin qoxuların sirayət edilməsi müşahidə olunmadı. Binada sayğaclar mənzillərin qarşısında deyil, binanın zirzəmisində quraşdırılmışdır. Qazanxana fəaliyyət göstərmir və isti su quraşdırılmamışdır. Tələbkarın bildirdiyinə görə sakinlərin əksəriyyəti kombi quraşdırmışdır. Binanın sahəsində 15-20 maşının dayana biləcəyi ərazi mövcuddur. Komendantın bildirdiyinə görə bu ərazidə bina sakinlərinin avtomobillərini saxlamalarına məhdudiyyət yoxdur və kim gələrsə, boş olan yerdə avtomobilini saxlaya bilər. Binanın zirzəmisində isə avtodayanacaqlar mövcud idi. Lakin Cavabdeh2 MTK-nın rəhbəri Cavabdeh1 bildirdiyinə görə bütün avtodayanacaqlar satılmışdır və alan şəxslərin çıxarışları mövcuddur. 57.Birinci instansiya məhkəməsi apardığı araşdırmanın nəticəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi X1 və icra məmuru X4 hərəkətlərinin (hərəkətsizliyinin) icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və əsaslı olması və hər üç icra sənədi ilə bağlı zəruri və qanuni icra hərəkətlərinin görüldüyü, tələbkarın müraciətlərinə qanuna müvafiq qaydada cavab verildiyi qənaətinə gələrək, X17 Hənifə qızının şikayətini təmin etməmişdir. 58.Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 8(103)-185/2023 saylı qərardadı ilə X17 Hənifə qızı tərəfindən verilmiş şikayəti qismən təmin etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadını ləğv etmiş, X17 Hənifə qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işi həmin məhkəməyə göndərməklə birinci instansiya məhkəməsinə icra sənədinin icrası vəziyyətini tələblər üzrə araşdırma aparmaq, o cümlədən yuxarıda qeyd edilən və digər aidiyyəti tələblərin bu günədək icra edilməməsinin, habelə tələbkarın müraciətlərinin cavablandırılmamasının səbəblərini aydınlaşdırmaq, hazırki vəziyyətdə icra sənədlərinin borclu Cavabdeh2 MTK tərəfindən icrasının mümkünlüyünü müəyyən etmək üzrə müvafiq göstərişləri vermişdir. 59.Hazırki qərardaddan göründüyü kimi məhkəmə işə təkrar baxılan zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərardadında verdiyi göstərişlərə əməl edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərində qeyd edilən tələblər üzrə müvafiq araşdırmanı aparmış, göstərişlərə uyğun şəkildə icra məmurunun təqdim etdiyi və öz təşəbbüsü ilə əldə etdiyi, icra məmuru tərəfindən sözügedən icra sənədlərinin icrası, o cümlədən tələbkarın müraciətlərinin cavablandırılması istiqamətində müvafiq icra hərəkətlərinin həyata keçirilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmiş, ünvan 1 Cavabdeh2 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasına baxış keçirmişdir. 60.Həmçinin işdə olan materiallara əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda MTK tərəfindən tikilmiş binaların sahə mülkiyyətçiləri idarəetmə üsullarından birini seçmişlər. Belə ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Faktiki vəziyyətdə binanın idarəçiliyi məhz bu hüquqi şəxs tərəfindən həyata keçirilir. Bundan başqa, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) MMMC tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin MTK-nın hüquqi varisi olması halı müəyyən edilmir. Tələbkardan MMMC-nin səlahiyyətli olması müddət üçün kommunal xidmətlər üzrə yaranmış kommunal borcu tələb edilir, MTK-ya aid dövr üçün borc silinmişdir. 61.Qeyd edilməlidir ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır. 62.Hazırki iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi şikayətçi tələbkar olduğu icra sənədləri üzrə icra şöbəsinin (icra məmurunun) yol verdiyi hərəkətsizliyindən, o cümlədən göndərdiyi ərizənin cavablandırılmadığından narazı olduğunu bildirir. Birinci instansiya məhkəməsi də verilmiş şikayətin icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verilib-verilməməsi dəlilləri üzrə müvafiq istiqamətdə təkrar araşdırma aparmışdır. Nəticədə icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin və ya hərəkətsizliyinin qanuniliyi, icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilməməsi, bu istiqamətdə zəruri və mümkün olan tədbirlərin görülməsi halları müəyyən edilmişdir.

63. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Abdullayeva Kimya Hənifə qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(004)- 227/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar