Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-415/2024 19.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş təqdimata baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-973/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 21063” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2956/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə payları müəyyən olunmalıdır. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X3 1/3 hissədə paylan müəyyən olunmalıdır. “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X2 alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavabdeh X2 alınaraq iddiaçı Tələbkar ödənilməlidir. 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh X2 alınaraq Dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə X5 qərar və bildirişi qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə X5 izahat verərək, borcundan heç bir ödəniş etmədiyini, hazırda analıq məzuniyyətində olduğunu, imkanı olduğunda ödəyəcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X4 məxsus olan “VAZ 21063” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-973/2024 nömrəli 30 sentyabr 2024cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus “VAZ 21063” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda borclu şikayət verərək göstərmişdir ki, qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2956/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə payları müəyyən olunmalı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X3 1/3 hissədə payları müəyyən olunmalı, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X2 alınaraq iddiaçı Tələbkar ödənilməli, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavabdeh X2 alınaraq iddiaçı Tələbkar ödənilməli, 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh X2 alınaraq Dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat iddiaçı Tələbkar alınaraq cavabdeh X4 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarla icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu xx.xx.2023-cü il tarixli qərarı və tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə İcra şöbəsində veridiyi izahatda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956 saylı, xx.xx.20253-cü il tarixli icra sənədinə əsasən “İnfiniti” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat məbləğində pul ondan alınaraq X1 xeyrinə tutulmalı olduğunu, icra vərəqəsində qeyd olunan borcdan ödəniş edə bilmədiyini, buna səbəb işləməməsi olduğunu, öhdəsində 3 azyaşlı uşaq olduğunu, eyni zamanda aktiv kreditləri olduğunu və hər ay 1230 manat kredit ödədiyini, borcunu imkanı olanda ödəyəcəyini, 261 nömrəli məktəbdə işlədiyini, lakin hazırda analıq məzuniyyətində olduğunu, üzərində icra vərəqəsi üzrə həbs qoyulan iki evi olduğunu, tam əmək qabiliyyətli olduğunu, xəstəliyi və əlilliyi olmadığını, heç bir növ müavinat almadığını, sonuncu dəfə 2014-cü ildə Gürcüstanda olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “VAZ 21063” minik markalı 42- BF- 782 dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək üçün ona məxsus avtomobilin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Borclu bank hesabları barədə sənədlər təqdim etsə də, Kollegiya qeyd edir ki, bu göstərilənlər əsaslı təqdimatın təmin edilməsinə mane olan hal deyildir, məhkəmə düzgün olaraq göstərmişdir ki, bankda olan pul vəsaiti hesabına borcun ödənilməsi həmin vəsait sahibi tərəfindən müstəqil surətdə də yerinə yetirilə bilər ki, bu da nəticədə icra işini başa çatdırmış olar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Yalnız borclu tərəfindən borc tam olaraq ödənildikdə icra icraatına xitam verilə, müvafiq olaraq icra sənədinin icrasını təmin etmək məqsədilə avtomobilin üzərinə qoyulmuş həbs götürülə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-973/2024 nömrəli 30 sentyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-415/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-415/2024
19.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver