Məhkəmə qərarları › İş №8(103)-415/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-415/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-415/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(003)-197/2025 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-985/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə 10500 manat pul tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği 23500 (iyirmi üç min beş yüz) manat müəyyən edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(003)-197/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda borclu qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən ödənişin bütövlükdə tələb edilməsi ailəsini çətin vəziyyətdə qoyur. Hər ay 800 manat ödəniş edir. Sonuncu ödəniş 12 iyul 2025-ci il tarixində olmuşdur. Xəzər Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı ərizəçi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək şikayətdən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, şikayətdən imtina qəbul olunmalı, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə şikayətdən imtina qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(003)-197/2025 saylı qərardadından X1nun şikayətdən imtinası qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar