Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-417/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Tələbkar, onun nümayəndəsi və vəkili Vəkil2, Borclunun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-358/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 icra hərəkətlərinin qanunsuz hesab edilməsi və borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehiyev küçəsi 1054) ünvanında yerləşən “xxxxx” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzilinin qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və onun tərəfindən qəbul edilmiş borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və mənzilə dair icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4436/17 saylı icra sənədinə əsasən, X4 cəmi 85000 ABŞ dolları, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədinə əsasən isə cəmi 111500 ABŞ dolları və 1097 manat tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin icra sənədləri üzrə borcun əvəzi olaraq Borclu məxsus ünvan 1 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin Tələbkar adına rəsmiləşdirilməsinin “xxxxx” fərdi firmasına həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun xx.xx.2018-ci il tarixli qərarı ilə ünvan 1 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. Borclunun nümayəndəsi və vəkili Nümayəndə Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehdiyev 1054) ünvanında yerləşən xxxxx Fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J(2-ci blok) 60 saylı mənzilinin qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, icra məmuru tərəfindən qəbul edilmiş “borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və mənzilə dair icra icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 “borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus ünvan 1 (indiki Ş.Mehdiycv 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin Tələbkar adına rəsmiləşdirilməsi “xxxxx” fərdi firmasına həvalə edilmişdir. İcra məmuru həmin qərarı qəbul edildiyi vaxtda borcluya və ya borclunun nümayəndəsinə təqdim etməmiş, həmin qərarın mövcud olmasından “xxxxx” fərdi firması tərəfindən Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan məlumat almışdır. Məlumat aldıqdan sonra Yasamal Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2019-cu ildə rəsmi ərizə ilə müraciət edərək icra məmurunun qərarının surətini almışdır. xx.xx.2018-ci il tarixdə hazırda mübahisəli olan mənzilin borcun ödənişi məqsədi ilə qiymətləndirilməsi ilə bağlı Yasamal Rayonu İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edilmişdir. Bu günə qədər həmin ərizəyə cavab verilməmişdir. Qeyd edilən ərizədə göstərilmişdir ki, xx.xx.2018-ci ildə qiymətləndiricinin borclunun atasına telefon zəngi nəticəsində məlumatı olmuşdur ki, icra məmuru həmin mənzilin qiymətləndirilməsi üçün tapşırıq vermişdir. Ərizədə qeyd edilmişdir ki, icra məmuru tərəfindən qiymətləndirilməsi qərara alınmış qeyd edilən mənzil borclunun və onun ailə üzvlərinin yeganə yaşayış sahəsidir, birgə nikah dövründə əldə edilmişdir, həyat yoldaşı X2 mənzilin 1/2 hissəsinə hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, həmin mənzil mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 saylı qərarı ilə “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” təsdiq edilmişdir. Borclu X7 məxsus həmin mənzil borclunun və onun ailə üzvlərinin birgə yaşamalarını təmin edən yeganə yaşayış sahəsidir, ümumi birgə mülkiyyətdədir və qanunvericiliklə həmin mənzilə borc tələbinin yönəldilməsinə yol verilmir. Eyni zamanda hazırki şikayətə baxılanadək mənzilə dair icra icraatı dayandırılmalıdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 8(004)-358/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 borcluya məxsus əmlakın qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, əmlaka dair icra icraatının dayandırılması barədə borclu X6 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan Borclu nümayəndəsi və vəkili Vəkil3şikayət verərək onun ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmiş, şikayətini mənzilin birgə nikah dövründə əldə edildiyi, Ağasi Hüseynovun yoldaşının həmin mənzilə ½ pay hüququnun olduğu və həmin mənzilin onların yeganə yaşayış yeri olduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi (vəkili) Vəkil1 şikayəti məzmununa uyğun izahat verib qərardadın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən, tələbkar, onun nümayəndəsi və vəkili şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, şikayətdə Yasamal Rayon icra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı barədə məlumatı “xxxxx” fərdi firmasının xx xxxxx 2019-cu il tarixli məktubu ilə aldıqları və həmin məktubun borclunun atasına xx xxxxx 2019-cu il tarixdə verildiyi qeyd edilsə də, həmin məktubun surətindəki qeyddən aydın şəkildə görünür ki, Yasamal Rayon icra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, xx/xx-138498/4 saylı məktubunun və həmin məktubun qoşmasına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarının surəti borclunun atası və eyni zamanda etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan X3 tərəfindən xx xxxxx 2019-cu il tarixdə şəxsən imza edərək qəbul edilmişdir. Borclu tərəfindən qərarın alındığı xx xxxxx 2019-cu il tarixdən həmin qərardan şikayətin verildiyi xx xxxxx 2019-cu il tarixədək 14 gün keçmiş və belə olan halda borclunun həmin qərardan şikayət verməsi üçün qanunvericiliklə müəyyən edilmiş 10 gün müddəti ötürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Borclu 85 000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla miqdarı) tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2 (103)- 10236/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 4436/2017 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(102)-3402/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2( 103)-10236/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) Borclu 111.500 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla miqdarı) və 1084 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2( 103)-3272/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, №2(102)- 6396/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2( 103)-3272/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-4436/17 saylı və Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədləri Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğundan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə əsasən icra sənədləri xx xxxxxxx 2018-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Borclu iddiaçı Tələbkar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və birləşdirilmiş icra icraatı üzrə olan borcu hazırkı qərardadla müəyyən edilmiş 111.500 ABŞ dolları və 1097 manat deyil, 196.500 (111.500+85.000=196.500) ABŞ dolları və 1097 manat, yəni bu günkü məzənnə ilə 335.147 manat təşkil edir. Sözügedən mənzilin isə dəyəri isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 1839 saylı, xx xxxxxx 2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 286.050 manat məbləğində qiymətləndirilmişir. Sözügüdən mənzil Tələbkar verildikdən və onun adına rəsmiləşdirildikdən sonra belə, Borclu ona 49.097 (335.147 (ümumi borc/- 286.050 (mənzilin qiyməti)=49.097) manat borcu qalır ki, həmin borc tələbinin üzərinə həbs qoyulmuş 12 avtomobilə yönəldilməsi ilə də, borcun tam olaraq ödənilməsi mümkün deyil. Belə ki, həmin avtomobillərin yeri məlum deyil və hazırda borclu onların icra orqanından gizlədilməsi üçün hər bir vasitədən istifadə edir. Bununla yanaşı borclunun nümayəndəsi və vəkili tərəfindən tələbin üzərinə həbs qoyulmuş 12 avtomobilə yönəldilməsi tələb edilsə də, bununla bağlı bildirilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(004)- 1409/2018 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatına əsasən Borclu məxsus HYUNDAi ELANTRA minik markalı, 90GJ522 nömrə nişanlı, "HYUNDAİ ACCENT" minik markalı, 90GM961 nömrə nişanlı, "HYUNDAİ ELANTRA" minik markalı, 90FD313 nömrə nişanlı, "HYUNDAİ ELANTRA" minik markalı, 90SZ131 nömrə nişanlı, "NİSSAN TEANA" minik markalı, 90KL230 nömrə nişanlı və "LEXUS GS300" minik markalı, 90VC330 nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Lakin, görülmüş iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə cavabdeh Borclu ərizəsinə baxılaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 2(004)- 4960/2017 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı qismən ləğv edilmiş və "LEXUS GS300" minik markalı, 90VC330 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmçinin, şikayətin “qeyd edilən mənzilin boclunun və onun ailə üzvlərinin yeganə yaşaşış sahəsidir” xüsusatı ilə bağlı qeyd edilir ki, hazırda həmin mənzildə yalnız borclunun atası X3 müvəqqəti olaraq yaşayır ki, onun da özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi ev 1, mənzil 7 ünvanında yerləşən evi vardır və o, həmin mənzildə qeydiyyatdadır. Borclu Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500, ev 6, mənzil 86 ünvanında, həyat yoldaşı Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı isə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 65, mənzil 76 ünvanında qeydiyyatdadırlar. Bununla yanaşı qeyd edilməlidir ki, Borclu 2010-cu ildən ailəsi ilə birlikdə X9 yaşamışlar, sonradan bir müddət Azərbaycana qayıtmışlar, 2016-cı ildən isə birdəfəlik olaraq Azərbaycan Respublikasını tərk edərək, yenidən həyat yoldaşı X5, övladları Hüseynov Elnur ağası oğlu və X16 ilə birlikdə X15 köçərək orada yaşamağa başlamışlar. Belə olan halda şikayətin “qeyd edilən mənzilin boclunun və onun ailə üzvlərinin yeganə yaşayış sahəsidir” xüsusatı xxxxxilə əsassızdır. Hazırda borclunun yeri məlum olmadığından Bakı şəhəri Yasamal Rayon icra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə quluqçusu X12 xx xxxxxx 2018-ci il tarixli borclunun axtarılması haqqında qərarı ilə 28.06,.1977-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan iş üzrə Borclu barəsində axtarış elan edilmiş və xx xxxxxx 2018-ci il tarixli, xx/xx-138498/4 saylı məktubla icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Borclu barəsində borclu kimi axtarışda olması barədə xx xxxxxxxx 2018-ci il tarixdə axtarış işi açılmışdır. Göstərilənlərə əsasən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon icra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə quluqçusu X12 xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır, qərarın ləğvi üçün əsaslar yoxdur. Ona görə də, borclunun nümayəndəsi və vəkilinin həmin qərardan verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Yasamal Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4436/17 saylı icra sənədinə əsasən, X4 cəmi 85000 ABŞ dolları, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədinə əsasən isə cəmi 111500 ABŞ dolları və 1097 manat tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə başlanımış icraat zamanı sözügedən vəsaitin Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. İcraat zamanı məlum olmuşdur ki, iddianın təmini tədbiri kimi Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 ünvanında yerləşən “xxxxx” Fərdi Firması tərəfındən inşa edilmiş 18 mərtəbəli yeni binanın J (2-ci blok) 60 saylı mənzilin özəlləşməsi, özgəninkiləşdirilməsi, girov qoyulması, habelə başqa formada hüquqi statusunun dəyişdirilməsi qadağan edilmişdir. Sözügedən mənzil "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin 1839 saylı, xx xxxxxx 2018ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 286050 manat məbləğində qiymətləndirilmiş və “lcra haqqında” Azərbaycan Respublikası qanunun 53.1-ci maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə iş üzrə tələbkar F.lbrahimova təklif olunmuş və o, təklifi qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin icra sənədləri üzrə borcun əvəzi olaraq Borclu məxsus ünvan 1 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin Tələbkar adına rəsmiləşdirilməsinin “xxxxx” fərdi firmasına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətini xx.xx.2020-ci il tarixli, 33/2430 saylı məktubundan görünür ki, X1 dəfə dövlət sərhədindən xx.xx.2016-cı il tarixdə Türkiyə İstiqamətində çıxmış və onun AR ərazisinə girişi qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni vəəsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə görə isə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi təsbit olunmuşdur. Həmin Qanunun 44-cü maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Kollegiya ilk növbədə onu qeyd edir ki, Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehiyev küçəsi 1054) ünvanında yerləşən “xxxxx” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatında keçməmişdir. Nəzərə alınmalıdır ki. Mülki Məcəllənin 139cu maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Buna görə də kollegiya hesab edir ki, icra məmuru tərəfindən həmin əmlakın qiymətləndirilməsi və həmin əmlakın borc əvəzi tələbkara verilməsi barədə qəbul etdiyi qərarlar əsassızdır. Belə ki, Mülki Məcəllənin 110-1.1-ci maddəsinə əsasən, kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. Həmin məcəllənin 110-1.2-ci maddəsinə əsasən isə Kooperativ üzvlərinin pay haqlarına onların şəxsi borclarına görə tutma yalnız bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş halda və qaydada yönəldilə bilər. Həmin 112.5-ci maddəsinə əsasən kooperativ üzvünün şəxsi borclarına görə tutmanın kooperativ üzvünün payına yönəldilməsinə yalnız həmin borcları ödəmək üçün onun başqa əmlakı kifayət etmədikdə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan qaydada yol verilir. Kooperativ üzvünün borclarına görə tutma kooperativin bölünməz fondlarına yönəldilə bilməz. Qanunvericiliyin mənasından da göründüyü kimi, Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehiyev küçəsi 1054) ünvanında yerləşən “xxxxx” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatında keçmədiyindən, Borclu borcuna görə tutma onun yalnız “xxxxx” fərdi firmasında olan kooperativ üzvünün payına yönəldilə bilər. Həmçinin, yuxarıda göstərilənlərə əsasən həmin mənzilin qiymətləndirilərək tələbkara borc əvəzi verilməsi də əsassızdır. Bununla belə kollegiya şikayətin “mənzilə dair icraatın dayandırılması” hissəsini əsassız hesab edir. Belə ki, iş materiallarından da görünür ki, icra sənədi üzrə icraat X4 cəmi 85000 ABŞ dolları, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədinə əsasən isə cəmi 111500 ABŞ dolları və 1097 manat tutularaq Tələbkar ödənilməli olduğu üçün başlanılmışdır. Göründüyü kimi icra icraatı Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehiyev küçəsi 1054) ünvanında yerləşən “xxxxx” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzil barədə olmamışdır. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-358/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 borcun əvəzi kimi mənzilə yönəlmə aparılmasına yönəlmiş icra hərəkətləri qanunsuz hesab edilməsi və borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarında verdiyi şikayət qismən təmin edilməli, Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və şikayət ərizəsi qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-358/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehiyev küçəsi 1054) ünvanında yerləşən “xxxxx” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzilin qiymətləndirilməsinə dair Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 hərəkətləri qanunsuz hesab edilsin. Borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-417/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-417/2020
16.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver