Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-417/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X8 ibarət tərkibdə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 8(005)-440/2023 nömrəli qərardadından borclu "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 nömrəli xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2009 nömrəli xx.xx.2009-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nin rəhbəri X3 üçün təhvil verilmiş "xxxx" ASC-nin mülkiyyətində olan 1 ədəd üfüqi yonma dəzgahı (2620), 1 ədəd hidravlik pres, 1 ədəd konsol frez dəzgahı, 1 ədəd diş açan frez dəzgah, 1 ədəd pres qayçı, 1 ədəd vintaçan torna dəzgahı (1 M61H), 1 ədəd vintaçan torna dəzgahı (1 K62), 1 ədəd vintaçan toma dəzgahı (T İSO/1500), 1 ədəd vintaçan torna dəzgahı (16K 20) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tələbkarlar X23, X15, X24, X1, X7, X19, X25, X2, X26, X4, X9 və X20 2015-ci ilin yanvar ayından, X27 2012-ci ilin iyun, iyul, avqust ayları üçün 2015-ci ilin yanvar ayından, X10 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün, 2015-ci ilin yanvar ayından, X5 2012-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2015-ci ilin yanvar ayından, X21 2012-ci ilin fevral ayı üçün 2015-cı ilin yanvar ayından, X37 2012-ci ilin dekabr ayı üçün 2015-ci ilin yanvar ayından, X31 2012-ci ildən 7 ay, 2015-ci il yanvar ayından, X32 2012-ci il üçün aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin 8 ayı və 2015-ci ilin yanvar ayından, X16 2011-ci il üçün iyun, iyul, avqust, sentyabr, oktyabr ayları 2012-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-cı ilin yanvar ayından, X28 2011-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr ayları üçün 2012-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından X6 2010-2012-ci il üçün cəmi 17 ay, 2014-cü il üçün 3 ay və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq "xxxx"xxxx"Bakıelektriktökmə' ASC-nın üzərinə vəzifə olaraq qoyulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" ASC-nə bildiriş göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 111/2009 nömrəli xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən X31 qəlibçinin orta aylıq əmək haqqına uyğun pensiyanın hesablanması "Bakıelektriktökmə” ASC-nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin 2 nömrəli bölgə üzrə X29 həvalə olunmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "Bakı Elektriktökmə' ASC-nə bildiriş göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu “Bakı Elektriktökmə" ASC-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq tələbkar X11 ödənilməli, qətnamə elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi borclu “Bakı Elektriktökmə" ASC-nə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" ASC-nə bildiriş göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləği tutularaq X46, X33, X42, X38, X12, X13, X39, X14 və Abışov Nəriman ismayıl oğluna ödənilməli, qətnamə elan olunduğu tarixdən hər ay əlillik dərəcəsindən asılı olaraq X46, X33, X42, X38, X12, X13, X39, X14 və Abışov Nəriman ismayıl oğluna hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “Bakı Elektriktökmə’' ASC-nə bildiriş göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə, "Bakıelektriktökmə” ASC-nin ünvanı ünvan 2axış keçirilmiş, baxış keçirilən zaman 1 ədəd üfüqi yonma dəzgahı (2620), 1 ədəd hidravlik pres, 1 ədəd konsol frez dəzgahı, 1 ədəd diş açan frez dəzgah, 1 ədəd pres qayçı, 1 ədəd vintaçan toma dəzgahı (1 M61H), 1 ədəd vintaçan torna dəzgahı (1 K62), 1 ədəd vintaçan torna dəzgahı (T İSO/1500), 1 ədəd vintaçan toma dəzgahı (16K 20) aşkar edilmiş, qeyd edilən əmlaklar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla borclu "xxxx" ASC-nin rəhbəri X3 üçün təhvil verilmiş, borclu “Bakıelektriktökmə'' ASC-nin rəhbəri X30 qeyd edilən əmlakların qiymətləndiriləcəyi və açıq hərrac vasitəsilə satışı zamanı baxış keçirmək istəyən şəxslərə şərait yaradılması ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 8(005)- 440/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, borclu "xxxx" ASC-nin rəhbəri X3 üçün təhvil verilmiş "xxxx" ASC-nin mülkiyyətində olan 1 ədəd üfüqi yonma dəzgahı (2620), 1 ədəd hidravlik pres, 1 ədəd konsol frez dəzgahı, 1 ədəd diş açan frez dəzgah, 1 ədəd pres qayçı, 1 ədəd vintaçan torna dəzgahı (1 M61H), 1 ədəd vintaçan torna dəzgahı (1 K62), 1 ədəd vintaçan toma dəzgahı (T İSO/1500), 1 ədəd vintaçan torna dəzgahının (16K 20) üzərinə həbs qoyulmuşdur. Qərardaddan borclunun verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı xx.xx.2016-cı il tarixli sənədinə əsasən tələbkarlar X23, X15, X24, X1, X7, X19, X25, X2, X26, X4, X9 və X20 2015-ci ilin yanvar ayından, X27 2012-ci ilin iyun, iyul, avqust ayları üçün 2015-ci ilin yanvar ayından, X10 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 2015-ci ilin yanvar ayından, X5 2012-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün 2015-ci ilin yanvar ayından, X21 2012-ci ilin fevral ayı üçün 2015-cı ilin yanvar ayından, X37 2012-ci ilin dekabr ayı üçün 2015-ci ilin yanvar ayından, X31 2012-ci ildən 7 ay, 2015ci il yanvar ayından, X32 2012-ci il üçün aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin 8 ayı və 2015-ci ilin yanvar ayından, X16 2011-ci il üçün iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2012-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-cı ilin yanvar ayından, X28 2011-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr ayları üçün 2012-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından X6 2010-2012-ci il üçün cəmi 17 ay, 2014-cü il üçün 3 ay və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş, ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq "xxxx"xxxx"Bakıelektriktökmə” ASC-nın üzərinə vəzifə olaraq qoyulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2009 nömrəli xx.xx.2009cu il tarixli icra sənədinə əsasən X31 qəlibçinin orta aylıq əmək haqqına uyğun pensiyanın hesablanması "Bakıelektriktökmə” ASC-nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin 2 nömrəli bölgə üzrə X29 həvalə olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “Bakı Elektriktökmə" ASC-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq tələbkar X11 ödənilməli, qətnamə elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi borclu “Bakı Elektriktökmə" ASC-nə həvalə edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləği tutularaq X46, X33, X42, X38, X12, X13, X39, X14 və Abışov Nəriman ismayıl oğluna ödənilməli, qətnamə elan olunduğu tarixdən hər ay əlillik dərəcəsindən asılı olaraq X46, X33, X42, X38, X12, X13, X39, X14 və Abışov Nəriman ismayıl oğluna hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, müvafiq olaraq hər bir icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə, "Bakıelektriktökmə” ASC-nin ünvanı ünvan 2axış keçirilmiş, baxış keçirilən zaman 1 ədəd üfüqi yonma dəzgahı (2620), 1 ədəd hidravlik pres, 1 ədəd konsol frez dəzgahı, 1 ədəd diş açan frez dəzgah, 1 ədəd pres qayçı, 1 ədəd vintaçan toma dəzgahı (1 M61H), 1 ədəd vintaçan torna dəzgahı (1 K62), 1 ədəd vintaçan torna dəzgahı (T İSO/1500), 1 ədəd vintaçan toma dəzgahı (16K 20) aşkar edilmiş, qeyd edilən əmlaklar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla borclu "xxxx" ASC-nin rəhbəri X3 üçün təhvil verilmiş, borclu “Bakıelektriktökmə'' ASC-nin rəhbəri X30 qeyd edilən əmlakların qiymətləndiriləcəyi və açıq hərrac vasitəsilə satışı zamanı baxış keçirmək istəyən şəxslərə şərait yaradılması ilə bağlı xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borcluya məxsus əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədlərinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən icra sənədlərinin icrasını təmin etmək üçün ona məxsus əmlakların üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Borclu tərəfindən borc tam olaraq ödənildikdə icra icraatına xitam verilə, müvafiq olaraq icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakların üzərinə qoyulmuş həbs götürülə bilər. Eyni zamanda borclunun ərizəsinə münasibətdə Məhkəmə haqlı olaraq göstərmişdir ki, borclu icra məmurunun hərəkətlərindən şikayət verdiyi üçün hazırda baxılan iş üzrə icraatın dayandırılmasını xahiş etsə də, “İcra haqqında” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən şikayət verilməsi məhkəmədə baxılan iş üzrə icraatın dayandrılması üçün deyil, icra məmuru tərəfindən aparılan icra hərəkətlərinin dayandırılmasına əsas ola bilər. O da nəzərə alınmalıdır ki, bu hal icra hərəkətlərinin dayandırılmasını məcburi halı deyil, dayandırmaq imkanıdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnamələri var və bu qətnamələr icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 8(005)- 440/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-417/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-417/2023
05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver