Məhkəmə qərarları › İş №8(103)-418/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-418/2020

16.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-418/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun Borclu adına olan daşınmaz əmlak üzrəinə həbs qoyulması barədə təqdimata dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədov Borclu adına olan daşınmaz əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1351/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu LPO Tələbkar ASC-nin xeyrinə cəmi 174230 manat pul tutulmalıdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş, tələbin könüllü icrası ilə bağlı bildirişlə birgə borcluya göndərilmiş, lakin borclu könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. «elektron icra» informasiya sistemindən əldə olunmuş məlumatda Borclu adına ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın olduğu göstərilmişdir. Göstərilənləri nəzərə alaraq icra məmuru icra sənədinin icrasını təmin etmək üçün borclunun adına olan həmin əmlak üzərinə həbsin qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara icra şöbəsi tərəfindən sorğular göndərilmişdir. « elektron icra » informasiya sistemindən əldə olunmuş məlumatda Borclu adına ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak olduğu göstərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayoun, Füzuli küçəsində yerləşən 59 saylı evin üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. İcra sənədi üzrə tələbkar ləğv prosesində olan « Tələbkar » ASC-nin ləğvedicisi X2 xx.xx.2020-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə 8(009)-242/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 2(009)-1351/2018 saylı, xx.xx.2018 - ci il tarixli icra sənədi xx.xx.2018 -ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, tələbin könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Məhkəmə təqdimatın rədd ediləməsinə dair qərardad qəbul edərkən qeyd edir ki, “...iş üzrə “Elektron icra” informasiya sistemində çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Borclu adında qeydiyyatdadır. “İcra Haqqında“ 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. AR Nazirlər Kabinetinin 89 saylı xx.xx.2002-ci il tarixli qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbi yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarının təmin edəcək mənzil, ev və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.” Məhkəmə bununla qeyd etmək istəyib ki, iş üzrə Borclu və onun ailəsinin birgə yaşamalarının edəcək mənzilə yönəldilməsi yol verilməzdir. Lakin məhkəmə Borclu ünvan 3 mənzil 20 ünvanında yaşadığı nəzərə almamışdır. Göründüyü kimi iş üzrə Borclu məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak yaşayış sahəsi deyil və Borclu və ailə üzvlərinin yaşadığı ünvan deyil. Göründüyü kimi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verilmişşikayət rədd edilərək, şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən tələbkarın nümayəndəsi N.İbrahimov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə borcluya və Səbail rayon İcra və Proasiya şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: «İcra Haqqında» 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. AR Nazirlər Kabinetinin 89 saylı xx.xx.2002-ci il tarixli qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, üzərinə həbs qoyulması xahiş olunan və borclunun adına olan ünvan 2 borclunun yeganə yaşayış evidir. Kollegiya qeyd edir ki, üzərinə həbs qoyulması xahiş olunan yaşayış evi borclunun yeganə yaşayış yeri hesab olunduğundan və borclunun adına başqa daşınmaz əmlakın olması ilə bağlı icra məmuru tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən həmin əmlaka tələbin yönəldilməsi yolverilməzdir. Borclu ünvan 3 mənzil 20 ünvanında yaşaması ilə bağlı şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, borclunun həmin ünvanda yaşaması və ünvan 1 borclunun yeganə yaşayış evi olmamasına dair şikayət verən tərəf hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya AR Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarını və «İcra haqqında» AR Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, üzərinə həbs qoyulması xahiş olunan ev tələbin yönəldilməsinə yol verilməyən əmlak olduğundan, birinci instasniya məhkəməsinin təqdimatın təmin edilməməsindən ibarət olan mövqeyi əsaslı olmuşdur. Beləliklə, qeyd olunan hüquq normalarının tələblərinə müvafiq olaraq, kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar