Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-419/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(005)-404/2020 №-li iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə, tələbkarın özünün və Borclu nümayəndəsi X3, Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar Ş.İbadov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rəfail Səfərovun xx.xx.2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. Həmin qərardaddan Borclu MMC Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və tələbkarın ərizəsinin təmin edilməməsini xahiş etmişdir. MMC-nin şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı (İş № 8(103)-146/2020) ilə MMC-nin şikayətinin qismən təmin edilməsini, barəsində verilmiş xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və tələbkar Ş.İbadovun İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunması barədə şikayətinə yenidən baxılması üçün işin həmin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Tələbkarın şikayətinə yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə tələbkarın şikayətini təmin etməmişdir. Tələbkar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermiş, Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) məhkəmə prosesində iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddiaçı (tələbkar) Ş.İbadovun cavabdeh (borclu) MMC-yə qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilsin, 2015-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc MMC-dən tutularaq Ş.İbadova verilsin, qalan hissədə iddia təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra sənədi tərtib edilmiş və icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasında yaranmış zərurətlə əlaqədar icra şöbəsi tərəfindən mütəxəssis dəvət olunmasına dair qərar qəbul edilərək xx.xx.2017-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Müdafiəsi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət X6 Şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, M-257 nömrəli məktubundan görünür, borclu MMC-dən tələbkar Ş.İbadova ödənilməmiş 2015-ci ilin may-dekabr ayları üzrə əmək haqqı, 2011-2015-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Kompensasiya və əmək haqqı üzrə gecikdirilmiş hər günə 1% məbləğində ödənc verilməlidir. Əmək haqqı: 8 ay üzrə, xx.xx.2011-xx.xx.2016-cı illərin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya: 4x21+7=91 gün üzrə hesablanıb ödənilməli, eyni zamanda əmək haqqının gecikdirilmiş hər gününə 1% ödənc isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hesablanmalıdır. Qeyd edilənlərə əsasən hesablama qaydası: 2015-ci ilin may-dekabr ayları üzrə əmək haqqı (Azərbaycan Respublikası Vergilər Məcəlləsinə əsasən ödənilmiş 14% gəlir vergisi və 3% sosial sığorta çıxıldıqdan sonra - 249 manat x 8=) 1.992 manat; xx.xx.2011- xx.xx.2016-cı illər üçün istifadə edilməmiş məzuniyyətə görə təzminat (müddəti: 21 x 4il + 7 gün = 91 gün, məbləği: 249:30,4x91 =) 745,30 manat; ödəncin məbləği: (2015-ci ilin iyun ayından, başlayaraq, hər ay üçün 30,4 gün olmaqla (249 x 1% = 2,49 x 30,4 =) 74,70 manat. Qətnaməyə əsasən 2015-ci ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək 8 aylıq müddət üçün 74,7 x 8 =) 597,6 manat; Ş.İbadovun məhkəmə qətnaməsinə əsasən cəmi alacağı ödənişin (1.992+745,30+597,60=) 3.334,90 manat olmasını və Ş.İbadova 3.170 manat ödəniş edilməsini nəzərə alaraq tələbkara (3.334,90- 3.170=) 164,90 manat məbləğində əlavə ödəniş edilməlidir. 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2017-ci il tarixli, M257 nömrəli məktubunun surəti xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən 4128-4 nömrəli məktubla borclu MMC-yə göndərilmiş və MMC 03/1-58 nömrəli xx.xx.2017-ci il tarixli məktubunda cavab olaraq bildirmişdir ki, tələbkar Ş.İbadova qeyd olunan düstur üzrə hesablanma aparılmış, 3.170 manat Ş.İbadova ödənilmiş, 164,90 manat məbləğində qalıq borc ödənilməmiş qalmışdır. İcra işində olan xx.xx.2017-ci il tarixli qəbzin məzmunundan görünür ki, Ş.İbadov həmin tarixdə MMC-dən 165 manat məbləğində (əlavə ödəniş məbləği) pul vəsaiti qəbul etmişdir. Tələbkar Ş.İbadov icra məmurunun xx.xx.2019-cu il tarixli qərarından və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadından verdikləri şikayətlərdə (şikayətə əlavə nəzərə alınmaqla) bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası gecikdiyi üçün ona 8 aya görə deyil, 18 ay üçün əmək haqqının 1 faizi məbləğində ödəniş verilməlidir. Məhkəmə hesab edir ki, tələbkarın dəlilləri əsassızdır, çünki əmək haqqının 1 faizi məbləğində ödəncin həcmi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş müddətlərə görə hesablanmalıdır. Belə ki, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru R.Səfərovun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qəbul edilmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi həmin qətnamədən görünür ki, Rayon Məhkəməsi 2015-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində pulun tutularaq hazırkı iş üzrə tələbkara ödənilməsini qət etmişdir. İş materiallarından, icra işindən və tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən olunur ki, tələbkara 2015-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün ödəniləcək məbləğ 3.170 manat təşkil edir və həmin məbləğ borclu MMC tərəfindən tələbkara ödənilmişdir. Bununla da, müəyyən edilir ki, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı əsaslıdır. Rayon Məhkəməsi də, göstərilənlərə əsasən eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, tələbkar Ş.İbadovun Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayət əsassızdır. İcra sənədi icra edilmişdir və onun icrası ilə bağlı icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5ci maddəsinə əsasən xitam verilməsi barədə icra məmurunun qərarı və bu qərarı qanuni hesab etmiş Rayon Məhkəməsinin mövqeyi qanuni, əsaslı və işin müəyyən edilmiş hallarına uyğundur. Barəsində şikayət verilmiş qərardadı ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-419/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-419/2020
16.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver