Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-42/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5823/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə “xxxx” ASC ilə Borclu arasında bağlanmış dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 61-LD/18 nömrəli müqavilə ləğv edilmiş, “xxxx” ASC-nin xeyrinə Borclu 224.048,2 manat maddi ziyan və iddiaçı tərəfindən 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 224.078,2 manat tutulması qət edilmiş və qətnamə icra edilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Borclu həmin qətnamədən apelyasiya şikayəti vermiş və xx.xx.2020-ci il tarixdə İcra şöbəsinə ərizə ilə müraciət edərək, icra üzrə icraatın dayandırılması xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5823/2019 saylı icra sənədi ilə əlaqədar Borclu oğlunun adına olan “BMW 740Lİ” minik markalı **-KM-*** dövlət qeydiyyat nişanlı, “X5” minik markalı 10-DL010 dövlət qeydiyyat nişanlı və “X6 LC200” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda Borclu oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının qismən ləğv edilərək, “BMW 740Lİ” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Borclu adına olan “BMW 740Lİ” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Tələbkar “xxxx” ASC, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş avtomobil Borclu adına dövlət tərəfindən qeydiyyata alınmaqla, onun mülkiyyətindədir. Həmin avtomobilə dair borclu tərəfindən hər hansı şəxsə sürmək üçün etibarnamə verilməmişdir. Bel olan halda, yəni icra sənədi icra olunmadığından məhkəmə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Borclu hal-hazıradək qətnamə üzrə borcu ödəməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, borclunun nümayəndəsini dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Baxılan iş üzrə Borclu oğlu, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icraya yönəldilməsindən sonra xx.xx.2020-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti verməsinə və bu barədə İcra şöbəsini məlumatlandırmasına baxmayaraq, həmin qətnamənin icrası üzrə icraatın dayandırılmadığını, əksinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı əsasında borclunun adına olan bir neçə avtomobilin, eyni zmanada “BMW 740Lİ” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərin üzərinə həbs qoyulduğunu bildirərək, həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. İşdə olan xx.xx.2021-ci il tarixli məhkəmə bildirişindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Borclu oğlu tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, İcra və Probasiya şöbəsi tərəfindən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra üzrə icraat həmin qətnamədən apelyasiya şikayəti verildiyi üçün məcburi qaydada dayandırılmalı olduğu halda, icra məmurunun icraatı dayandırmadan borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimat verilməsi qanunsuz olmuşdur. Ona görə ki, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Eyni zamanda, tələbkar “xxxx” ASC tərəfindən Binəqədi rayon İcra və Probasiya şöbəsinə və Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Borclu oğlu tərəfindən borc tam ödənilmiş və lizinqə götürdüyü 66 baş Holştin-friz cinsli damazlıq heyvanlar onun mülkiyyətinə verilmişdir. Odur ki, tələbkar, borcluya qarşı heç bir tələbi olmadığından icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları və ərizənin həddini nəzərə alaraq, birinci instansiya məhkəməsinin Borclu oğluna məxsus BMW 740Lİ” minik markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməsi barədə qənaətinin əsaslı sayır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-614/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-42/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-42/2021
17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver