Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-421/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-129/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Pərviz ƏliyevBorclu məxsus “VAZ 21093” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-129/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)- 5022/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21093” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-129/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Şikayətəbaxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla , avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra sənədi üzrə olan borc tam ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasının təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. İkincisi, borclunun avtomobili hansısa şəxsə etibarnamə əsasında verməsi onun üzərinə həbs qoyulmasından imtina etmək üçün əsas ola bilməz. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-129/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-129/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı Borclu şikayəti üzrə dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-421/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-421/2020
19.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver