Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-421/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(006)-43/2022 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2022-ci il tarixli qərardaddan tələbkar Maraqlı şəxs verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə tələbkar Maraqlı şəxs həmin məhkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayət qaytarılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətdən görünür ki, şikayət, MPM-nin 361.1-ci maddəsində, “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Həmçinin, şikayət, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qeyd edilən şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Şikayət qaytarılmalıdır. Çünki MPM-nin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi şikayəti qaytarmamış, ona mahiyyəti üzrə baxmış və bundan sonra baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263, 264, 363 və 402-cı maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 8(006)-43/2022 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2022-ci il tarixli qərardaddan tələbkar Maraqlı şəxs verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-421/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-421/2022
19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver