Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-421/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-332/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X2 adından Borclu ilə X6 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X2 adından Borclu ilə X6 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Borclu 210 000 (iki yüz on min) manatın alınaraq Tələbkar ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 30,80 (otuz manat 80 qəpik) manatın Borclu və X3 müştərək qaydada alınaraq Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5387/2022-010 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-332/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatının təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5387/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə ünvan 2 ünvanında yaşayan, xx.xx.1956-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)- 332/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrasından yayınmır, məhkəmə qərarı icra icraatı çərçivəsində borcun alınması üçün onun pensiyasına yönəldilmiş və pensiyasından məhkəmə qərarının icrasını təmin etmək məqsədilə tutulmalar aparılmaqdadır. Həmçinin o, icra məmurunun bütün çağrışlarına və qətnamənin icrası üzrə tələblərinə vaxtında əməl edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-332/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: Belə ki, 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilməli, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X2 adından Borclu ilə X6 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-l № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında Nübar Sadıqovun adına daşınmaz əmlak dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmalıdır. Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X2 adından Borclu ilə X6 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-l № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Borclu 210 000 manat alınaraq Tələbkar Rafael qızına ödənilməli, iddia ərizəsinin və və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əzəvi qismində 30,80 (otuz manat, səksən qəpik) manat Borclu və X3 müştərək qaydada alınaraq Tələbkar Rafael qızına verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, e74893/2023-5-1-004 saylı bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5387/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmiş, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilməsi mümkün olan hər hansı məbləğdə pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmiş, habelə borclunun hər hansı növ gəlirinin olması müəyyən edilməmişdir. Bu səbəbdən icra sənədi üzrə borc məbləği borclunun pensiyasına yönəldilmişdir. Belə olan halda, dövlətin adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrası borclu tərəfindən bugünədək təmin edilməmişdir. Eyni zamanda hazırki halda qalıq məbləğin ödənilməsii həyata keçirdikdən sonra həmin məhduddiyyətin götürülməsi barədə icra məmuruna müraciət edə bilər. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmənin qənaətə gəldiyi vaxtda hər hansı hansı pozuntu etmədən çıxardığı qərardadın sonradan yaranan bir əsasla bağlı ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlər öz növbəsində borclunun ölkədən getmək hüququnun həmin icra sənədi icra olunanadək məhdudlaşdırılması üçün əsas yaradır. Birinci instansiya məhkəməsi də qeyd edilən, habelə digər halları nəzərə alıb və bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarını rəhbər tutaraq, təqdimatı təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-332/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-421/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-421/2023
04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver