Məhkəmə qərarları › İş №8(103)-422/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-422/2021

23.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-422/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Tələbkar və X2nun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 8(009)-167/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 14.04.2021-ci il tarixli “ekspertin dəvət olunması barədə” qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, M. Muxtarov küçəsi, 9 nömrəli evin, 37 saylı mənzilin sakini, iş üzrə cavabdeh X4 inşa etdiyi divar sökülməlidir, lakin söküntünün kimin tərəfindən aparılması, öhdəliyin kimin üzərinə qoyulması məsələsi məhkəmələri maraqlandırmamışdır. 2018-ci il tarixindən bu yana icra sənədi üzrə söküntü işi faktiki olaraq başlanmadan dayandırılsa da, sənəd üzrə dayanmaq bilmir və bu da onun haqlı olaraq narazılığına səbəb olur. İcra məmuru 14 fevral 2021-ci il tarixində qəbul etdiyi qərar əsasında ekspert dəvət edərək söküntünün dairəsini və söküntü ilə bağlı xərcləri müəyyən etməyə və bununla bağlı ekspert rəyini almağa çalışır. Lakin, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 25 aprel 2017-ci il tarixdə 1475 saylı rəy verilmişdir. Elə həmin rəydə də qeyd olunmuşdur ki, iddiaçıların mübahisələndirdiyi divarın 38/39 nömrəli mənzilinin sakinlərinə həmin mənzildən və həmin mənzilə aid ümumi istifadədə olan sahənin hər hansı hissəsindən istifadə etmələri üçün məhdudiyyət və maneə yaratmadığı müəyyən edilmişdir. Buna görə də, icra məmuru tərəfindən qərarda qeyd edilmiş suallar üzrə müəyyən ekspert rəyinin alınması formallıqdan başqa bir şey deyildir. Çünki, onun tərəfindən inşa edilmiş olan divar heç bir qonşuya maneə yaratmır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 8(009)-167/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X2 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin 14.04.2021-ci il tarixli “ekspertin dəvət olunması barədə” qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi, Tələbkar isə şikayətə etiraz etdi. Digər tələbkar X5 və Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 473/2017 saylı, 20 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Tələbkar və X3 cavabdeh X6 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10143/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-473/2017 saylı, 20 iyun 2017-ci il tarixli qətnaməsindən iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-473/2017 saylı, 20 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, M. Muxtarov küçəsi, 9 nömrəli evin, 37 saylı mənzilin sakini, iş üzrə cavabdeh X4 inşa etdiyi divarın sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2086/20!8 saylı, 13 aprel 2018-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10143/2017 saylı, 19 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-19134/2017 saylı, 20 fevral 2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10143/2017 saylı iş üzrə 02 iyul 2018-ci il tarixdə verilmiş icra sənədinə izah verilməsinə dair Bakı şəhəri, Səbail Rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Arif İmanovun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin rəyinə uyğun olaraq sözügedən ünvanda söküntünün dairəsi, söküntü xərclərinin müəyyən olunması baxış keçirilməsi məqsədi ilə ekspertin iştirakını, həmçinin ekspert rəyinin göndərilməsi zərurəti yaranmışdır. “İcra haqqında” Qanunun 40.1-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda icra məmuruna texniki kömək göstərməyə borcludur. Həmin Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İşin hallarını nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəalarını rəhbər tutaraq kollegiya hesab edir ki, Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli ekspertin dəvət olunması barədə qərar əsaslıdır. Bu baxımdan kollegiya hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X2 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 8(009)-167/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar