Məhkəmə qərarları › İş №8(103)-423/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-423/2020

19.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-423/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Bakı şəhəri, Yasamal rayonu Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev – Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1304/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraatının dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1304/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 2001ci il buraxılışlı “Lexus-RX 300” markalı, **-FU-*** dövlət nömrə nişanlı minik avtomobili Tələbkar alınaraq Borclu qaytarılmalıdır. Borclu 5847,50 manat, X1 isə 8711 manat məbləğində pul tutularaq Tələbkar verilməlidir. İş üzrə verilmiş icra sənədi xx.xx.2014-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. İcra sənədində göstərilən borc tam ödənilmiş və 2001-ci il buraxılışlı “Lexus-RX 300” markalı, **-FU-*** dövlət nömrə nişanlı minik avtomobili axtarışa verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1304/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılması haqqında təqdimatının təmin edilməməsi qərara alınmışdır. Borclu Tələbkar xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 8(004)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(004)- 378/2020 saylı qərardadı işlə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tərəflər və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qanunvericiliyin mənasına görə icra üzrə icraatın dayandırılması məhkəmə aktının icrasının müvvəqəti dayandırılmasına yönəlmiş qərar kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məhkəmə aktının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının hazırda mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə icra sənədi üzrə icraatın dayandırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən və icra işindən görünür ki, icra məmuru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1304/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi 2001-ci il buraxılışlı “Lexus-RX 300” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Tələbkar alınaraq Borclu verilməsi hissəsində icrasız qalmışdır. Belə ki, icra işində olan ödəniş tapşırığından görünür ki, 14558,50 manat məbləğində pul Tələbkar ödənilmişdir. Lakin 2001-ci il buraxılışlı “Lexus-RX 300” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Borclu qaytarılmamışdır. Həmçinin iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-1023/201 saylı, xx.xx.2017-ci il tarixli İnzibati xəta haqqında iş üzrə Qərardan görünür ki, Tələbkar barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Beləliklə icra işindən və iş materiallarından da müəyyən edilir ki, icra işi üzrə icraatı dayandırılması tələbkarlar Borclu və X2 mənafeyinə ziddir. Ona görə də təqdimatı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur, hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış və təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsassız hesab edir. Belə ki, hazırki vəziyyətdə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Borclu Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(004)- 378/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar