Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-423/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Tələbkarın nümayəndəsi X8 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X2 şikayətlə məhkəməyə müraciət edərək, yol verilmiş qanun pozuntularının nəzərə alınması, Nizamı rayon İcra və Probasıya şöbəsinin icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, qeyd olunan icra sənədinin qanuni icrasının təmin edilməsinin icra məmuruna həvalə edilməsini və yol verdiyi kobud qanun pozuntularına görə icra məmuru barəsində xüsusi qərardad çıxarmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı X9 ona qarşı bir neçə adda cehiz əmlakları və ya onların dəyərinin alınması tələbinə dair iddia irəli sürmüş və Nizami rayon məhkəməsinn 2(007)-624/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə Nizami rayon icra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən icra icraatına başlanılmışdır. Başlanılmış icra icaatı üzrə ötən dövrdə icra məmuru səlahiyyətlərini aşaraq heç bir zəruri icra tədbirləri görmədən, yəni cehiz əmlaklarını götürməkdən imtina edərək, mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etsə də, qanunla həmin səlahiyyətə malik mütəxəsis deyil, buna səlahiyyəti çatmayan şəxsi “Merinos” mebel mağazasından işçi dəvət etmiş, iddiaçıya məxsus yataq dəsti mebelinin guya yararsız olması qəanətinə gələrək bu haqda müvafiq akt tərtib etmişdir. Həmin aktı rəhbər tutaraq, icra məmuru ondan tam qanunsuz olaraq yataq mebeli yox, onun 3000 manat dəyərini tələb etmişdir. Bidirmək istəyir ki, iddiaçıya məxsus yataq mebeli tam yararlıdır və onun vəkilinin müraciəti əsasında mübahisəli mebel dəstinin yararlı olubolmamasını müəyyən etmək üçün "xxxx" Hüquq və Qiymətləndirmə Mərkəzindən mütəxəssis dəvət edilmiş və onun tərtib etdiyi KCM/10-211/20 saylı, 20.10.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mebel az işlənmiş yaxşı vəziyyətdə olmuş, istismara maneçelik törədən qusurlar aşkar edilməmiş və nəticə etibarı ilə həmin yataq mebel dəstinin 20.10.2020-cı ıl tarixə beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq orta bazar dəyəri 2243 manat təşkil etmişdir. O, iddiaçı ilə 06.09.2017-ci ıl tarixdə nikah qurmuş və onunla birgə təsərrüfat aparmışdır. Sonradan ailə münasibətləri pozulmuş və Nizamı rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli, 2(007)-4281/2018 saylı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Mübahisəli yataq mebel dəsti iddiaçının valideynləri tərəfindən “Merinos" mebel mağazasından 3000 manata alınsa da, iddiaçı ilə birgə nikah dövründə istifadə edilmiş, lakin ailə münasibətləri pozulduqdan sonra istifadə edilmir. İddiaçının məqsədi başa düşüləndir. Belə ki, iddiaçıya hal-hazırda onun tərəfindən istifadə edilmiş yataq mebeli yox, əlbəttə onun ilkin satış dəyəri maraqlı olduğundan, o, icra məmuru X10 ilə iş birliyinə girərək ona qanunsuz təsirlər etməklə, barəsində inzibati həbs verdirməklə ondan qanunsuz olaraq pul tələb edir. Qeyd olunan icra sənədindən görünür ki, mebel yararsız olduqda, onun 3000 manat dəyəri ondan tələb edilə bilər. İcra məmuru qanuni yollarla mebelin yararlı olub-olmamasını müəyyən etməmiş o, iddiaçının (tələbkarın) göstəriş və sifarişlərini icra edərək mebelin həqiqətən də, yararsız olmasını müəyyən etmədən onun barəsində qanunsuz icra hərəkətlərinə yol vermişdir. Hesab edir ki, icra məmuru X4 icra hərəkətləri qeyri-obyektiv, qərəzli və qanunsuzdur. O, məhkəmə qərarına hörmətlə yanaşır və iddia predmeti olan yataq mebel dəstinin götürülməsini icra məmurundan tələb etsə də, o, heç bir qanuni əsas olmadan onun barəsində qanunsuz tədbirlər görəcəyi ilə hədələyir. Bütün bunlar ona icra məmuru X4 öz maraqlarına görə, tələbkar tərəflə qeyri-prosessual mübasibətlərə yol verərək vəzifə səlahiyyətlərini aşdığını düşünməyə əsas verir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 8(007)-2/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-624/2019 saylı, 13.03.2019cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Elman İsrafilovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə X2 tərəfindən verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 8(007)-2/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və nəticə etibarı ilə onun şikayətinin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8(007)-2/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış X2 və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X13 şikayəti əsassız hesab edərək, onun təmin edilməməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 624/2019 saylı 13.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək ünvan 1 ünvanda yerləşən cehiz əşyaları - koridor üçün xalça 1 ədəd; mətbəx üçün xalça 1 ədəd; koridor və mətbəx üçün düzbucaqlı ayaqaltı 2 ədəd; mətbəx stolu 1 ədəd; mətbəx stolunun stulları 4 ədəd; soyuducu (Samsung) 1 ədəd; paltaryuyan (Samsung) 1 ədəd; bişirmə paneli (PREL) 1 ədəd; midi soba (PREL) 1 ədəd; ətçəkən maşın (Bosch) 1 ədəd; mətbəx mebeli 1 dəst; mətbəx əşyaları (boşqablar, stəkanlar, nəlbəkilər, qazanlar (alüminium, sirəli, böyük aş qazanı, tefal qazan-4 ədəd, çüyün, süzək), elektriklə işləyən alüminium samovar 1 ədəd, Tefal samovar (su çayniki və dəm çayniki) 1 dəst; ədviyyat qabları, plastik qablar; qaşıq-bıçaq-çəngəl dəsti 6 nəfərlik; mətbəx dəzgahının üstündəki və içindəki əşyalar, qabqurudan, moyka və kran), xrustal qablar; dairəvi podnus; mətbəx pərdəsi; mətbəx kosmetikaları; qonaq otağı üçün xalça 1 ədəd; pərdə (tül və səhnəsil) 1 ədəd; televizor samsung) 1 ədəd; divan 1 ədəd; kreslo 1 ədəd; qonaq stolu 1 ədəd; qonaq stolunun stulları 6 ədəd; çilçıraq 1 ədəd; divan və kreslo üstü 1 ədəd; stul üstü 6 ədəd; modem (tp link); pufik 1 ədəd; xalça (düzbucaqlı və dairəvi) 2 ədəd; çilçıraq 1 ədəd; pərdə 1 ədəd; ütü stolu 1 ədəd; taxtlıq komplekt, taxtlıq odeyallar, prostinlər, yastıq üzülər, yorğanüzü ilə süfrələr, dəsmallar; taxt döşək 1 ədəd: tək döşək 1 ədəd; ikilik yorğan 1 ədəd; təkli yorğan 1 ədəd; yastıq 3 ədəd; sintifon yastıq 3 ədəd; ütü (Samsung) 1 ədəd; saç feni (Eurolux) 1 ədəd; led işıqlı güzgü 1 ədəd; geyim əşyaları (üst geyim, alt geyimlər və paltarlar); çirkli paltar üçün qab 1 ədəd; plastik stul 1 ədəd; hamam pərdəsi və asılqan plastik tərəvəz saxlayıcısı 4 mərtəbəli; yolka (h-180) 1 ədəd; yolkanın oyuncaq və işıqlar pol silən MOR (vedrəsi və özü); xəkondaz süpürgə dəsti; toy səbəti (göy rəng) 1 ədəd tozsoran (Samsung) 1 ədəd; servis qablar; bıçaq-qaşıq-çəngəl dəsti 12 nəfərlik; podnus üçlü dəst; səhər yeməyi servisi; xrustal qablar; ayaqqabılar, içi paltarla dolu çemodan şəxsi paltarlar-özləri; yataq otağı üçün taxt yataq, dolab, tumba 2 ədəd, trümo və ya onlar müəyyən edilmədikdə, yararsız halda olduqda, dəyəri kimi 3000 manat pulun X6 alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20.10.2020-ci il tarixli KC/M 10-211/20 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 124, mənzil 98-də yerləşən, 5 hissədən ibarət yataq mebelinin bazar dəyəri 20.10.2020-ci il tarixinə 2243 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin 10.09.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-624/2019 saylı 13.03.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Merinos” mebel şirkətinin mebel işi üzrə xüsusi biliyə malik olan mütəxəssis dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş 20.09.2020-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-624/2019 saylı 13.03.2019-cu il tarixli icra vərəqəsinə əsasən mübahisə yaranmış yataq otağı üçün taxt, yataq, dolab, tumba 2 ədəd, trümo və ya onlar müəyyən edilmədikdə, yararsız olduqda dəyəri kimi 3000 manat pulun X6 alınaraq X5 verilməsi ilə bağlı mebelin yararlı, yaxud yarasız olduğunu müəyyən etmək üçün “Merinos Mebel” şirkəti tərəfindən mütəxəssis dəvət olunmuşdur. X14 ətraflı olaraq mebelə baxış keçirmiş və icra vərəqəsində qeyd olunan yataq mebel dəstinin yararsız olduğunu bildirmiş, bu barədə aktın sonunda yazılı qeyd aparmışdır. İş materiallarında olan məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 31.05.2021-ci il tarixli 9/1399 nömrəli rəyindən görünür ki, ekpert baxışına təqdim olunmuş 5 hissədən ibarət yataq mebelinin istifadəyə yaralı olması nəzərə alınmaqla, hal-hazırkı vəziyyətdə real dəyəri təxminən 2200 manat müəyyən edilmişdir. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Qanunvericiliyin qeyd edilən müddalarından göründüyü kimi, zərurət olduğu halda icra məmuru tərəfindən xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün mütəxəssis dəvət edilə bilər. İş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş 20.09.2020ci il tarixli aktdan görünür ki, icra məmuru tərəfindən mütəxəssis qismində X7 adlı şəxs dəvət edilmiş, lakin həmin şəxsin həqiqətən də, «Merinos Mebel» mağazasını təmsil etməsi, həmçinin rəy verəcəyi sahə üzrə xüsusi biliklərə malik olması araşdırılmamışdır. Həmin şəxs tərəfindən akta qeyd şəklində yazılmış «rəy» isə bir cümlədən ibarət olmaqla, 5 predmetdən ibarət olan yataq mebel dəstinin hansı predmetinin və hansı səbəbdən yararsız olmasını, nasazlığın nədən ibarət olmasını, əgər varsa, bu nasazlığı təmir etməklə aradan qaldırmağın mümkün olub-olmamasına aydınlıq gətirməmişdir. Lakin icra məmuru bu halları araşdırmadan, qeyd edilən rəyə istinad edərək borcludan həmin mebel dəstinin özünü deyil, onun dəyərini ödəməsini tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə əmttəşünaslıq ekspertizasının rəyi ilə həmin mebel dəstinin yararlı olması, dəyərinin isə 2230 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 624/2019 saylı, 13.03.2019-cu il tarixli İcra sənədinə əsasən borclu X6 tələbkar X5 ilk növbədə yataq mebel dəstinin alınaraq verilməsi, həmin əmlak möcud olmadıqda və ya yararsız olduqda isə onun dəyəri alınaraq verilməli olduğundan, qeyd edilən mebel dəstinin hal-hazırda yararlı olması müəyyən edildiyindən, icra məmurunun borclu X6 həmin mebel dəstinin özünün deyil, dəyərinin tələb edilməsinə dair hərəkətləri qanunsuz olmuşdur. İcra Məmurları haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Həmin Qanunun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsi hazırkı şikayətə baxarkən yuxarıda qeyd edilən halları nəzərə almamış, şikayəti rədd etməklə səhv nəticəyə gəlmişdir. İşin hallarını və şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tələbkar X11 şikayəti qismən əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami rayon məhkəməsinin 05.07.2021-ci il tarixli, 8(007)-2/2021 saylı mübahisələndirilən qərardadı ləğv edilməli, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 13.03.2019-cu il tarixli 2(007)-624/2019 saylı icra sənədi üzrə borclu Məcid Yusibovdan əmlakın dəyərinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası izah edir ki, icra məmurunun hərəkətləri ilə bağlı xüsusi qərardadın qəbul edilməsinə dair tələbi mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hazırkı icraatda şikayətin predmeti ola bilməz. Bu səbəbdən kollegiya şikayətin həmin hissəsini şikayətçi tərəfindən verilmiş vəsatət kimi qimətləndirir və bu qənaətə gəlir ki, həmin vəsatət əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 8(007)-2/2021 saylı qərardadı ləğv edilsin. X1 icra məmuru X4 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilsin. 13.03.2019-cu il tarixli 2(007)-624/2019 saylı icra sənədi üzrə borclu Məcid Yusibovdan əmlakın dəyərinin tələb edilməsi ilə bağlı icra məmurunun hərəkətləri qanunsuz hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-423/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-423/2021
16.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver