Məhkəmə qərarları › İş №8(103)-423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-423/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-423/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun ərizəsi barədə icraat üzrə (Açar sözlər: təqdimata yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 ərizəsi barədə icraat üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı X3 qanuni nümayəndəsi X8 cavabdeh Borclu qarşı mənzilə istilik sisteminin çəkilməsinə təmin edilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26b saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə cavabdehin hesabına layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməmısi vəzifəsinin qoyulması, cavabdeh Borclu təqsiri üzündən onun məruz qaldığı mənəvi sarsıntıların əvəzi kimi 5000 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Borclu üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulması, ödənilmiş dövlət rüsumuna görə 20 manat Borclu alınaraq X5 ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

3. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra 25 yanvar 2023-cü il tarixdə icraya yönəldilmiş və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə icraat başlanılmışdır.

4. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin layihəyə aid hissədə izah edilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 942/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməmısi vəzifəsi qoyulması, ödənilmiş dövlət rüsumuna görə 20 manat Borclu alınaraq X10ma ödənilməsi və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qətnamə üzrə verilmiş icra sənədi Nizami rayon icra şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmişdir. İcraat zamanı icra sənədinin icrasına dair Borclu Nizami rayon İcra şöbəsinə çağırılmış onun izahatı alınmış icra sənədinin mahiyyəti ona izah edilmiş, ona məxsus Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən tələbkar X7ma məxsus olan Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə lahiyəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi tələbinin icra olunmasına maneələr yaratmayacağı izah edilmişdir. Sonrakı icra hərəkətləri zamanı borclu tərəf Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı binanın onlara aid yaşayış blokunda istilik sistemi, həmin blokun birinci mərətəsində yerləşən mənzildən başqa, heç bir mənzildə istilik xəttinin keçmədiyini, xəttinin bundan başqa birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən keçməsinə dair, hər hansı bir lahiyənin olmadığını və həmin mənzillərin mülkiyyətçiləri ilə, layihə olmadığı təqdirdə razılığa gəlməsinin mümkünsüzlüyü barədə bildirmişdir. Eyni zamanda istilik sisteminin lahiyəsinin hansı qurum tərəfındən verilməsi, layihəyə uğun işlərin görülməsi və istilik xəttin istifadəyə verilməsi məsələlərinə qətnamədə aydınlıq gətirilmədiyindən məhkəmə qətnaməsinə izah verilməsini xahiş etmişdir. Belə ki, borclu X11 icra sənədinin icrasına dair Nizami rayon icra şöbəsinə ünvanladığı ərizəyə əsasən, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 942/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra qaydasının izah olunması zərurəti yaranmışdır

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsində “Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi” sözlərinə “Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 126 saylı mənzilinə həmin binanın birinci və ikinci mərtəbəsi ilə eyni qaydada 3-cü mərtəbə vasitəsilə istilik sisteminin çəkilməsinin təmin edilməsi” sözləri kimi izah verilməsi qərara alınmışdır.

7. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qətnaməsi tam aydın deyildir. hansı ki, qətnamədə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi qət edilsə də, məhkəmə qətnaməsində ekspert rəyində Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə istilik xətlərinin çəkilməsinin həmin binanın 120 saylı mənzilindən ötürülmədən mümkün olmamasının müəyyyən olunmaması qeyd edilmişdir. eyni zamanda icra məmuru ərizəsində qeyd etmişdir ki, sonrakı icra hərəkətləri zamanı borclu tərəf Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı binanın onlara aid yaşayış blokunda istilik sistemi, həmin blokun birinci mərətəsində yerləşən mənzildən başqa, heç bir mənzildə istilik xəttinin keçmədiyini, xəttinin bundan başqa birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən keçməsinə dair, hər hansı bir lahiyənin olmadığını və həmin mənzillərin mülkiyyətçiləri ilə, layihə olmadığı təqdirdə razılığa gəlməsinin mümkünsüzlüyü barədə bildirmişdir. İstilik sisteminin lahiyəsinin hansı qurum tərəfındən verilməsi, layihəyə uğun işlərin görülməsi və istilik xəttin istifadəyə verilməsi məsələlərinə qətnamədə aydınlıq gətirilmədiyindən məhkəmə qətnaməsinə izah verilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)- 309/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Borclu üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulması, ödənilmiş dövlət rüsumuna görə 20 manat Borclu alınaraq X5 ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qərardadla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsində “Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi” sözlərinə “Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 126 saylı mənzilinə həmin binanın birinci və ikinci mərtəbəsi ilə eyni qaydada 3-cü mərtəbə vasitəsilə istilik sisteminin çəkilməsinin təmin edilməsi” sözləri kimi izah verilmişdir. Hesab edir ki, sözügedən qərardad qənunsuz və əsassızdır. Məhkəmə izah verərkən onun məzmununu tam olaraq dəyişmişdir. Məhkəmə işi araşdırarkən nəzərə almamışdır ki, həmin izah birbaşa yaşadığı binanın ikinci və birinci mərtəbələrdə yerləşən mülkiyyətçilərin hüquqlarına toxunur və eyni zamanda onun üzərinə Bakı şəhəri Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 126 saylı mənzilinə həmin binanın birinci və ikinci mərtəbəsi vasitəsilə istilik sisteminin çəkilməsinin təmin edilməsi öhdəliyi üzərimə qoyan zaman onu və icra məmurunu daha çətin vəziyyətə qoyur. Çünki o, yalnız öz mənzilinə cavabdehdən və digər mənzillərdən istilik sisteminin çəkilməsini onların icazəsi olmadan aparmaq qeyri mümkündür. Hesab edir ki, istilik sistemin çəkilməsi digər mənzillərin üzərinə də qoyulmalı idi, bu da artıq yeni məhkəmənin mübahisə predmetidir və artıq bu mübahisə həmin mənzillərin mülkiyyətçilərin iştirakı ilə aparılmalıdır. Eyni zamanda icra məmuru qətnamədə layihə ilə bağlı izah istəmişdir və məhkəmə icra işi rahat etməkdən savayı işi daha da çətinləşdirmişdir və qeyri-mümkün etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-309/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməklə icraat ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, Borclu üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulması qət edilmişdir.

16. İcra məmuru isə məhkəməyə müraciət edərək “layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi” hissəsində qətnaməyə izah verilməsini xahiş etmişdir.

17. Ərizəyə baxan məhkəmə isə 126 saylı mənzilə həmin binanın birinci və ikinci mərtəbəsilə eyni qaydada üçüncü mərtəbə vasitəsilə istilik sisteminin çəkilməsinin təmin edilməsi kimi izah versə də gəldiyi nəticəni əsaslandırmamışdır.

18. İzah verilməsi barədə qərardadda mənzilin nömrəsi 126 göstərilmiş, o cümlədən üçüncü mərtəbə vasitəsilə istilik sisteminin çəkilməsinin təmin edilməsi göstərilmişdir. Həmin qərardad əsasladırılmadığından məhkəmənin mövqeyi aydın deyildir.

19. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

20. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün icraat məhkəməyə göndərilməlidir.

21. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək icraat ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar