Məhkəmə qərarları › İş №8(103)-424/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-424/2020

28.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-424/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Ərizəçi Borclu MMC-nin direktoru X5 və nümayəndəsi X2, Tələbkar nümayəndəsi (vəkili) X6, Maraqlı şəxslər Maraqlı şəxs MMC-nin və «X9 Bankı» MMC-nin nümayəndəsi Gözəlov Nizami Nadir oğlunun və vəkili X7, Bakı şəhəri Nəsimi rayonu İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, Əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(006)-565/2018 saylı və xx.xx.2018-ci il tarixli 8(006)-565/2018 saylı qərardadlarının ləğv olunması barədə ərizənin rədd edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadından maraqlı şəxslər X9 Bankı və Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi (icra məmuru Azər Heydərov) təqdimatla birinci instansiya məhkəməsinə müraciət edərək, tələbin Borclu MMC-nin mülkiyyətində olan əmlakına yönəldilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 8(006)-208/2014 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə «əmlakın üzərinə həbs qoyulması» barədə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmuş, Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulması qərara alınışdır. Borclu MMC birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 8(006)-208/2014 saylı icra vərəqəsinə əsasən Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulması qərara alınışdır. Bundan sonra maraqlı şəxslər Maraqlı şəxs MMC, «X9 Bankı» MMC və Borclu MMC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ünvan 1 22A ünvanda yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 m2 olan (DƏDRX tərəfindən xx xxxxxx 2017-ci il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşılnmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasının üzərinə həbs qoyulması barədə Nəsimi Rayon Məhkməsinin xx xxxxxxxx 2018-ci il tarixli 8(008)-565/2018 saylı və xx xxxxxx 2018-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadlarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadı ilə Borclu MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin xx xxxxxxxx 2018-ci il tarixli 8(008)-565/2018 saylı və xx xxxxxx 2018-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadlarının ləğv olunması barədə ərizəsi təmin olunmamışdır. Maraqlı şəxslər «X9 Bankı» və Maraqlı şəxs MMC həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması, üzərinə həbs qoyulmuş daşınmaz əmlakın daha əvvəldən ipoteka ilə yüklü edilməsi, onların maraqlı şəxs kimi icraata cəlb olunmaması, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs MMC-nin və «X9 Bankı» MMC-nin nümayəndələri şikayəti müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən Borclu MMC-nin nümayəndəsi şikayəti əsaslı sayaraq, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(006)208/2014 saylı icra vərəqəsinə əsasən borclular Borclu MMC-dən və X4 müştərək qaydada Tələbkar xeyrinə əsas borc üzrə ******* manat və dəbbə pulu üzrə ******* manat olmaqla, cəmi ******* manat pul tutulmalıdır. Qeyd edilən icra sənədi üzrə məcburi icra tədbiri kimi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadı Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulması qərara alınışdır. İşdə olan ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınmasına dair çıxarışın (qeydiyyat tarixi xx.xx.2010-cu il) təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və 0,144 ha torpaq sahəsi xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi X9 Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat tarixləri xx.xx.2010, xx.xx.2018). İşdə olan ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınmasına dair çıxarışın (qeydiyyat tarixi xx.xx.2018-ci il) təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası (0,4358 ha, 58116,3 m2) xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi X9 Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, əvvəlki ünvanı ünvan 5 ünvanına (çoxmərtəbəli yaşayış binası) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanı təyin olunmuşdur. Qeyd edilməlidir ki, «İpoteka haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir (mülkiyyətçisidir). Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Göründüyü kimi, qanunvericiliyn tələblərinə əsasən ipoteka saxlayanın ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi isə ərizəyə baxarkən bu hallara diqqət yetirməmiş, üzərinə həbs qoyulmuş əmlakın daha əvvəl ipoteka ilə yüklü olması məsələsini tam və hərtərəfli araşdırmamış, maraqlı şəxslərin dəlillərini nəzərə almamışdır. Bununla yanaşı, ərizənin maraqlı şəxslər Maraqlı şəxs MMC və X9 Bankı tərəfindən də verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə yalnız Borclu MMC-nin ərizəsinin təmin olunmamasını qərara almış, lakin maraqlı şəxslərə münasibətdə məhkəmənin hansı qərara gəlməsi nəticə hissədə göstərilməmişdir. Belə olan halda isə, qərardad qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, hazırki iş üzrə icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(006)208/2014 saylı qətnaməsi Maraqlı şəxs MMC-nin və X9 Bankının hüquq və vəzifələrinə toxunduğundan onlar tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmişdir. Göründüyü kimi, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi hazırki vaxtda maraqlı şəxslər Maraqlı şəxs MMC-nin və X9 Bankının verdiyi apellyasiya şikayətinə əsasən baxılmaqdadır (hazırki vaxtda qanuni qüvvədə deyildir). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən,şikayət qismən təmin edilməli,qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən qeyd edilən məsələlər işdə iştirak edən şəxslərin iştirakı ilə tam və hərtərəfli araşdırılmalı və onlara əsaslandırılmış qərardadla hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(006)-565/2018 saylı və xx.xx.2018-ci il tarixli 8(006)-565/2018 saylı qərardadlarının ləğv olunması barədə ərizənin rədd edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadından maraqlı şəxslər X9 Bankı və Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(006)-565/2018 saylı qərardadı ləğv edilsin, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar