Məhkəmə qərarları › İş №8(103)-424/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-424/2025

20.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-424/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-679/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar X4 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 3875/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının minimum əmək haqqına indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-679/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X1 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmuşdur. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsi, işə yenidən baxaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X1 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunması barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu, tərəflərin birgə nikahından olan uşaqlarının anasının himayəsində olmasını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq alimentin indeksasiya olunmasını əsaslı hersab edir, əvvəlki illərlə müqaisədə yaşayış minumumu növbəti il arasında kifayət qədər fərqlənir. Belə ki, əvvəlki bazar qiymətləri və yaşayış xərcləri hazırkı vəziyyətdən qatqat aşağı olmuşdur, tələbkar hazırda iki övladı ilə kirayə şəraitində yaşayır. Maddi vəziyyəti ağırdır. Onların bütün xərclərinin təmin edilməsi tələbkar üçün çox ağırdır. Bu günki gündə borclu 565 manat maaş alır. Məhkəmə tərəfindən borclunun maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-679/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3875/2023 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2023-cü ildən ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2023-cü ildə qüvvəyə mindiyindən, həmin qətnamə ilə hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 345 manat olduğundan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-679/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-679/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar