Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-427/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçi (borclu) X1 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 8(004)-460/2021 saylı qərardadından Tələbkar tərəfdən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 8(004)-460/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.09.2013-cü il tarixli 2(004)-5099/203 saylı qətnaməsinun icra üsulu dəyişdirilmiş və X2 tərəfindən ödənilən alimentinin 50 faizinin 02.10.2012-ci il təvəllüdlü X3 adına açılacaq bank hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 28.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətdə onun Tələbkar tərəfindən verildiyi qeyd edilmiş, eyni zamanda nümayəndə Yaşar Ağazadənin adı da qeyd edilmişdir, belə olan halda şikayətdəki imzanın tələbkarın özünə və ya nümayəndə kimi göstərilmiş şəxsə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Nümayəndə kimi göstərilən şəxsin səlahiyyətlərini təsdiq edən hər hansı sənəd də əlavə edilməmişdir. Qeyd olunanlara əsasən, şikayətdəki imzanın kimə aid olmasının müəyyənləşdirilməsi və tələbkara aid olmadığı təqdirdə, nümayəndə kimi qeyd edilən Yaşar Ağazadənin səlahiyyətlərinin müəyyən edilməsi məqsədi ilə hazırki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 8(004)-460/2021 saylı qərardadından tələbkar tərəfdən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-427/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-427/2021
09.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver