Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-428/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, X2 vəkili-nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1675/2020 saylı icra sənədi üzrə X7 icra məmurunun qərarından şikayətinə baxılmasına dair həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 8(007)-187/2020 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Rayon Məhkəməsinin 2(007)-1675 saylı xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx xxxxxx 2020-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, özü və övladı - xx.xx.2017-ci il təvəllüdlü X8 barəsində axtarış elan edilməsinə dair həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(007)- 187/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. M.Həmidov qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 2(007)-1675 saylı icra sənədi üzrə onun və övladı - xx xxxx 2017-ci il təvəllüdlü X5 barəsində axtarış elan edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1675 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddianın təmin etmə tədbiri kimi Cəbrayılova (Həmidova) Cəmilə Mehman qızına övladı - xx.xx.2017-ci il təvəllüdlü X8 ilə atanın iştirakı olmadan sərbəst şəkildə hər həftənin çərşənbə və şənbə günləri saat 11:00-dan 16:00-dək ünsiyyətdə olma hüququnun verilməsi qərara alınmışdır. O, bir borclu kimi qərarın icrası ilə bağlı Nizami rayon İcra şöbəsinə könüllü gəlsə də, Nizami rayon İcra və probasiya şöbəsi ona qarşı qərəzli mövqedə olaraq, əsassız məcburi gətirilmə barədə təqdimatla Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(007)-164/2020 saylı qərardadı ilə onun məcburi qaydada gətirilməsi barədə təqdimat rədd olunmuşdur. O, həmçinin, xx.xx.2020-ci il tarixdə uşağını anası ilə ünsiyyətdə olması üçün İcra və probasiya şöbəsinə gətirmiş, lakin tələbkar əvvəlcə şöbəyə gəlməsə də, icra məmurlarının çağırışları ilə şöbəyə gələrək uşaqla ünsiyyətdə olmaq istəməmişdir. Növbəti dəfə ona qarşı icra məmuru inzibati xəta barədə protokolla Nizami Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 3(007)-1175/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yuxarıda göstərilən qərarı qüvvədə saxlanılmışdır. Həmin təqdimatlara Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən icra məmuru proseslərdə iştirak etmiş və axtarışla bağlı mübahisələndirdiyi qərarın qəbul edilməsini göstərməmişdir. Halbuki mübahisələndirdiyi qərardan görünür ki, qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, məhkəmələr isə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmişdir. Bu halın özü bir daha sübut edir ki, məhkəməyə saxta akt və əsassız, qanunsuz təqdimat və protokol təqdim edən icra məmuru növbəti dəfə qanunsuz qərar qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın iclasında iştirak edən M.Həmidovun vəkili-nümayəndəsi A.Qazıyeva şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. İş üzrə materiallardan görünür ki, Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 2(007)-1675 saylı icra sənədi üzrə X11 və xx xxxx 2017-ci il təvəllüdlü X5 barəsində axtarış elan olunması barədə xx xxxxxx 2020-ci il tarixli qərar qəbul etmiş və qərarın icrası borclunun qeydiyyatda olduğu yer üzrə Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarına həvalə olunmuşdur. Kollegiya hesab edir ki, icra məmurunun xx xxxxxx 2020-ci il tarixli qərarı əsassızdır, belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi icra məmuru icra sənədi üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda axtarış elan olunması barədə qərar qəbul edə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(007)- 164/2020 saylı qəradadından, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1175/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından aydın olur ki, Məhərrəm Həmidov həmin məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin, AZE 19057075 saylı Bakı şəhəri Təcili və X9 Stansiyası PHŞ Sahə həkimi xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, borclu Cahan Həmidova ilə birlikdə xx xxxxxx 2020-ci il tarixində Nizami rayon İcra və probasiya şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 36a ünvanında olmuş və Cahan Həmidovaya tibbi yardım göstərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Eyni zamanda kollegiya qeyd edir ki, icra məmuru tərəfindən icra sənədinin könüllü icrası barədə bildirişin borcluya təqdim edilib-edilməməsini və onun tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İcra məmuru tərəfindən tələbin könüllü icrası barədə borcluya nə qədər vaxt verilməsi aydın deyildir. İcra məmuru icra sənədini xx xxxx 2020-ci il tarixdə icraatına qəbul etdiyi halda cəmi 14 gündən sonra axtarış elan etmişdir. Açıq şəkildə görünən odur ki, borclu və uşağı barəsində axtarış elan edilməsi üçün heç bir qanuni əsas olmamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməklə, axtarış elan olunması barədə qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(007)- 187/2020 saylı qərardadı ləğv edilsin. X7 Nizami Rayon Məhkəməsinin 2(007)-1675 saylı xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilsin və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.1994-cü il təvəllüdlü X7 və övladı - xx.xx.2017ci il təvəllüdlü X5 barəsində axtarış elan edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-428/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-428/2020
19.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver