Məhkəmə qərarları › İş №8(103)-428/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-428/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-428/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs bank hesabları üzərinə həbs qoyulması barədə X4 ərizəsi ilə bağlı iş üzrə (açar sözlər: bank hesabları üzərinə həbsin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X8 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasının təmin olunaraq borclu Maraqlı şəxs yanında Milli Hidrometerologiya Xidmətindən 45 min manat tutularaq ona ödənilməsi məqsədi ilə, Maraqlı şəxs bank hesabları üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin vermiş olduğu 2(103)- 2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətindən 45 min manat tutularaq ona ödənilməlidir. İcra vərəqəsində göstərilmiş tələbin könüllü icrası üçün borclu hüquqi şəxsə verilmiş müddət ərzində tələbin icra olunması borclu tərəfindən təmin olunmamış, borclu Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyi yanında (tabeliyində) xidmət göstərdiyindən onun respublika banklarında bank hesablarının olmadığı müəyyən edilmişdir. Borclu hüquqi şəxs fəaliyyətlərindən əldə etdiyi vəsaitlər, xidmətin və xidmətin idarələrin işçilərinin əmək haqqıları, pul vəsaitləri, müvafiq ayırlmalar və digər gəlirlər üzrə nəzdində fəaliyyət göstərdiyi, birbaşa borcluya xidmət edən nazirliyinin bank hesabına keçirilir və həmin hesab üzərindəndə borclu hüquqi şəxs pul vəsaitləri üzərində sərəncam verir. Borclu icra vərəqəsini könüllü icra müddətində icra etməməsi və nazirliyin nəzdində fəaliyyət göstərərək öz bank hesabı olmadığından Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası xx.xx.2024-cü il tarixdən bu günədək icra edilmir. Hazırkı icra vərəqəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadı üzrə verilmiş icra vərəqəsinin 18 il ərzindən borclu tərəfindən icra edilməməsindən yaranmışdır. İcra vərəqəsinin vaxtınta və tam icra olunmasının təmin edilməsi məqsədilə borclunun üçüncü şəxsdə olan əmlakına yönəldilməklə həmin şəxsin borcluya xidmət edən bank hesabına həbs qoyulmalıdır. Borclu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən ərizəyə qarşı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Milli Hidrometeorologiya Xidmətinin büdcə xərclərinin funksional təsnifatının 10.4.0 - hidrometeorologiya tədbirləri köməkçi bölməsi üzrə 2025-ci il üçün təsdiq edilmiş xərclər smetasından fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi xərc maddəsinə 45000,0 min manat artırılmasına köməklik göstərilməsi barədə müraciət ünvanlamışdır. İcra sənədində ödənilməsi nəzərdə tutulan məbləğ Xidmətin xərclər simetasında olmadığından Maliyyə Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müvafiq məktuba əsasən vəsaitin təmin edilməsi məsələsinə cari ilin ikinci yarısında baxılması mümkün hesab ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həmin vəsait təmin olunan təqdirdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qeyd edilən borcu X3na ödəmək mümkün olacağı bildirildiyi halda Nərimanov rayon İcra şöbəsi tərəfindən X13 barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibari xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 3(005)-1675/2025 saylı iş üzrə X13 barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Lakin mülki iş üzrə X3nun vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətdə faktlar təhrif olunmuş, baxılan inzibati xətanın mahiyyəti və cəza növü deyil, mülki məsələnin mahiyyəti barədə yanlış məlumatlar verilmiş, birinci instansiya məhkəməsinin gəlmiş olduğu düzgün qərarı əsassız olaraq mübahisələndirmişdir. Ancaq Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 3(005)-1675/2025 nömrəli qərarının qanuni və əsaslı olduğunu qeyd etmiş və şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.5.-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Nəzərinizə çatdırırıq ki, Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldıqdan sonra Qərarın icrası qısa müddətdə təmin olunacaqdır. Göstərilənlərə əsasən, X9 tərəfindən verilmiş “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli, icra işinin təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bank hesabları üzərinə həbs qoyulması” ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahic edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,8(005)-466/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası məqsədilə Maraqlı şəxs bank hesabları üzərinə həbs qoyulması barədə X2nun ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə məcburi icra tədbirləri yalnız borclu hüquqi şəxsə qarşı aparıla bilər, borclunun bank hesabının olmaması icra sənədi üzrə borclu olmayan digər hüquqi şəxsin bank hesabının üzərinə həbs qoyulmasını üçün kifayət edən zəruri əsas sayıla bilməz. Digər tərəfdən, icra işinin materiallarından da görünür ki, borclu tərəfindən icra sənədinin icra edilməsi istiqamətində addımlar atılmış, Maliyyə Nazirliyinə sorğu göndərilmiş, həmin sorğuya cavab məktubundan da görünür ki, məsələyə cari ilin ikinci yarımilində baxılacağı bildirilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs bank hesabları üzərinə həbs qoyulması barədə X4 ərizəsi təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə X3 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-466/2025 saylı qərardadının ləğv edilərək ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasının təmin olunaraq Maraqlı şəxs yanında Milli Hidrometerologiya Xidmətindən 45000 manatın tutularaq ərizəçiyə ödənilməsi məqsədilə borcluya (xidmətə) xidmət edən Maraqlı şəxs bank hesabları üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 8(005)- 466/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən bank hesabları üzərinə həbs qoyulması haqqında ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin vermiş olduğu 2(103)- 2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Maraqlı şəxs yanında Milli Hidrometerologiya Xidmətindən 45000 manat pul tutularaq ərizəçiyə ödənilməlidir. İcra vərəqəsində göstərilmiş tələbin könüllü icrası üçün borclu hüquqi şəxsə verilmiş müddət ərzində tələbin icrası borclu tərəfindən təmin olunmamış, borclu Maraqlı şəxs yanında (tabeliyində) xidmət göstərdiyindən onun respublika banklarında bank hesablarının olmadığı müəyyən edilmişdir. Borclu hüquqi şəxs fəaliyyətlərindən əldə etdiyi vəsaitlər, həmin xidmət və xidmətin idarələrinin işçilərinin əmək haqqları, pul vəsaitləri, müvafiq ayrılmalar və fəaliyyətdən əldə edilmiş digər gəlirləri üzrə nəzdində fəaliyyət göstərdiyi, birbaşa borcluya xidmət edən Nazirliyinin bank hesabına keçirilir və həmin hesab üzərindən də borclu hüquqi şəxs pul vəsaitləri üzərində birbaşa özü sərəncam verir. Borclu icra vərəqəsini könüllü icra müddətində icra etməməsi və nazirliyin nəzdində fəaliyyət göstərərək öz bank hesabı olmadığından Azərbaycan Respublikası adından qəbul edilmiş qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası xx.xx.2024-cü il tarixdən bu günədək icra edilməmişdir. Hazırkı icra vərəqəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadı üzrə verilmiş icra vərəqəsinin 18 il ərzində borclu tərəfindən icra edilməməsindən yaranmışdır. Ona görə də icra vərəqəsinin vaxtında və tam icra olunmasının təmin edilməsi, borclu hüquqi şəxsin 3cü şəxsdə olan əmlakına yönəldilməsi məqsədilə həmin şəxsin borcluya xidmət edən bank hesabına həbs qoyulması zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 saylı qərardadından X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 8(005)-466/2025 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu Maraqlı şəxs yanında Milli Hidrometeorologiya Xidməti şikayətə qarşı etirazını onunla əsaslandırılmışdır ki, tələbkar X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 saylı qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 8(103)-428/2025 saylı iş üzrə X9 “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli xx.xx.2024- cü il tarixli icra sənədi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bank hesabları üzərinə həbs qoyulması” haqqında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 saylı qərardad ilə iddiaçının tələbini rədd etmişdir. Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında 2 iyul 2022-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir və dövlət xəzinədarlığının öhdəsində olan nəğd pul vəsaiti onun vahid hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır. Əlavə olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesabdan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.1-ci və 1.5-ci maddəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında fəaliyyət göstərən qurumdur və Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi borcluya xidmət etmir, Milli Hidrometeorologiya Xidmətinin fəaliyyət istiqamətinə nəzarət edən dövlət orqanıdır. Ona görə də X3nun şikayətinin təmin edilməməsi xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Maddə 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2813/2024 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 45.000 manat pulun tutulması hissəsində ləğv edilərək, Maraqlı şəxs yanında Milli Hidrometerologiya Xidmətindən 45.000 (qırx beş min) manatın tutularaq X6 verilməsi qət edilmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarirxli icra sənədi üzrə icraata başlanılması, borclu Maraqlı şəxs yanında Milli Hidrometerologiya Xidməti 10 gün müddətində icranı künüllü olaraq təmin etməsi, təmin etmədikdə barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin rəisi Rəşad Abbasov tərəfindən Maliyyə Nazirliyinə ünvanlanan məktubuna 18 aprel 2025-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 26 aprel tarixli 2(103)-2813/2024 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sabiq mühəndisi X6 dəymiş zərərin ödənilməsi məqsədilə 2025-ci il dövlət büdcəsində “Ətraf mühitin mühafizəsi” bölməsinin “Hidrometeorologiya tədbirləri” köməkçi bölməsi üzrə Milli Hidrometeorologiya Xidmətinə nəzərdə tutulmuş vəsaitlər dairəsində 45.000,0 manat məbləğində xərc maddələri arasında yerdəyişmənin aparılmasına köməklik göstərilməsi barədə məktuba Maliyyə Nazirliyində baxaraq bildirilir ki, təklif olunan müvafiq yerdəyişmənin aparılmasına cari ilin ikinci yarısında baxılması mümkün hesab edilir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Abdullayev tərəfindən "xxxx" ASC, ”Azər-Türk Bank” ASC, ”TuranBank” ASC, ”RabitəBank” ASC, ”ZiraatBank” ASC, ”ExpressBank” ASC, ”Kapital Bank” ASC-yə ünvanlanmış məktublara cavab olaraq bildirilmişdir ki, Maraqlı şəxs yanında Milli Hidrometerologiya Xidmətinin həmin banklarda bank hesabları mövcud deyildir. Kollegiya qeyd edir ki, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırkı işdən müəyyən olunur ki, icra sənədi üzrə tələbkar icra sənədi üzrə borclunun deyil, sonuncunun fəaliyyət istiqamətinə nəzarət edən dövlət orqanının bank hesablarına həbs qoyulmasını tələb edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, icra sənədini icra edən icra məmuru məcburi icra tədbiri qismində, ilk növbədə borcluya məxsus banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulmasını təmin etmək üçün müvafiq banklara sorğular göndərmiş, lakin borclunun bank hesablarının olmaması barədə cavablar əldə etmişdir. Daha sonra Bakı şəhər Nərimanov rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanan məktuba 18 aprel 2025-ci il tarixdə verilən cavabdan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 26 aprel tarixli 2(103)-2813/2024 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sabiq mühəndisi X6 dəymiş zərərin ödənilməsi məqsədilə 2025-ci il dövlət büdcəsində “Ətraf mühitin mühafizəsi” bölməsinin “Hidrometeorologiya tədbirləri” köməkçi bölməsi üzrə Milli Hidrometeorologiya Xidmətinə nəzərdə tutulmuş vəsaitlər dairəsində 45.000,0 manat məbləğində xərc maddələri arasında yerdəyişmənin aparılmasına köməklik göstərilməsi barədə məktuba Maliyyə Nazirliyində baxaraq təklif olunan müvafiq yerdəyişmənin aparılmasına cari ilin ikinci yarısında baxılmasının mümkün olması bildirilmişdir. Göründüyü kimi dövlət büdcəsindən maliyələşən borclu tərəfindən icra sənədinin icra edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə sorğu göndərilmiş, həmin sorğuya cavab məktubunda məsələyə cari ilin ikinci yarımilində baxılacağı bildirilmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, icra sənədi üzrə məcburi icra tədbirlərinin, yalnız borcluya qarşı aparılması mümkün olduğundan, Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu olmadığından, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət etmək icra sənədini icra edən icra məmuruna aid olduğundan tələbkarın şikayətinin dəlilləri mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi üçün əsas ola bilməz. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-466/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar