Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-429/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu "xxxx" MMC-də Nizamnamə kapitalındakı 25% payına, "Riyad-Renta" şirkətində Nizamnamə kapitalındakı 25% payına və "xxxx" MMC-də Nizamnamə kapitalındakı 25 % payına həbs qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan "xxxx" MMCnin nizamnamə kapitalındakı 25% payı, "RiyadRenta" şirkətinin nizamnamə kapitalındakı 25% payı və "xxxx" MMC-nin nizamnamə kapitalındakı 25 % payının üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi qərara alınmışdır. X1 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 8(006)- 248/2022 saylı qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. X1 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar X3 rayon icra şöbəsinə ərizə ilə müraciət edərək Borclu"xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25%, "Riyad-Renta" şirkətində nizamnamə kapitalındakı payı 25% və "xxxx"MMC-də nizamnamə kapitalındakı payı 25 % təşkil etdiyindən icra sənədi üzrə tələbin qalıq hissəsinin təmin edilməsi məqsədilə həmin payların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ciil tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı 25% payı, "Riyad-Renta"şirkətinin nizamnaməkapitalındakı 25% payı və "xxxx" MMC-nin nizamnamə kapitalındakı 25 % payının üzərinə həbs qoyulması barədə Nəsimi rayon icraşöbəsi tərəfindən verilmiş təqdimat rədd edilmişdir. Həmin qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət verilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tələbkar X5 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadından verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də qanuni əsası olmayan həmin qərardad ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadı X1 nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşidirilmişdir. Həmin qərardaddan şikayət verilməsi üçün son müddət xx.xx.2022-ci il tarix olmuşdur və həmin tarix qeyri-iş gününə düşdüyü üçün, ondan sonrakı gün, yəni xx.xx.2022-ci il tarixdə şikayət elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. Belə olan halda isə tələbkar tərəfindən qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Ona görə də hesab olunur ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qeyd olunan prosessual normaların pozulması ilə çıxarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 07 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, tələbkarın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadı X1 nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2022ci il tarixdə yerləşidirilmiş, sözügedən qərardaddan şikayət isə tələbkarın nümayəndəsi və vəkili tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Göründüyü kimi tələbkar tərəfindən qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinin tələbinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadı X1 nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşidirilmiş, sözügedən qərardaddan şikayət verilməsi üçün son müddət xx.xx.2022-ci il tarix olmuşdur. Tələbkarın nümayəndəsi və vəkili Vəkil3 şikayət xx.xx.2022-ci il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, tələbkarın nümayəndəsi və vəkili Vəkil3 mübahisiləndirilən qərardaddan şikayəti xx.xx.2022-ci ildə deyil, xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Kollegiya qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı X1 nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2022ci il tarixdə yerləşidirilmiş, sözügedən qərardaddan şikayət verilməsi üçün son müddət xx.xx.2022ci il tarix olmuşdur və həmin tarix qeyri-iş gününə düşdüyü üçün, tələbkarın nümayəndəsi və vəkili Vəkil3 şikayət sonrakı gün, yəni xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Belə olan halda isə tələbkar tərəfindən qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan halı aradan qaldırılması üçün qərardad ləğv edilməli, birinci instansiya məhkəməsi tələbkarın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxıb hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, tələbkarın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Tələbkarın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-429/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-429/2022
28.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver