Məhkəmə qərarları › İş №8(103)-43/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-43/2021

01.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-43/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakim X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-323/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-323/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Tələbkar "Tələbkar” ASC-nin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin "icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20, 26; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, tərəflərdən birinin sıradan çıxması birbaşa icra icraatına xitam üçün əsas deyildir. Belə ki, icra qanunvericiliyi icraatda hüquq vərəsəliyini tanıyır. Belə ki, icraat zamanı tərəflərdən biri və ya hər ikisi sıradan çıxdıqda onların vərəsələri və ya hüquq varisləri ilə əvəz edilməsi icra məmururun qərarı ilə həyata keçirilir. İş materiallarından görünür ki, hazırki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə borclu qismində tanınmış şəxsin sıradan çıxması halı mövcud olsa da, (iş materiallarına əsasən borclu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir) tələbin borclunun hər hansı vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçməsini sübut edən hal müəyyən olunmamış, icra məmuru qeyd olunan icra sənədinin icrası məqsədilə mümkün ola biləcək bütün tədbirləri qanun çərçivəsində görmüşdür. Tələbkar ASC qərardaddan şikayət verərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin qərardadının ləğv olunması, Tələbkar ASC-nin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməsini və Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-721/2014 saylı xx.xx.2014-cü il tarixli işinin davam etdirilməsi barədə müvafiq qərardad qəbul edilməsini, əks təqdirdə Azərbaycan Respublikası MPM-nın 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq şikayəti 7 (yeddi) gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə MPM-in 129, 152, 267-268-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərardad tamamilə qanunsuz və əsassız, İcra haqqında Azərbaycan Respublikası Qanununa əsasən qeyd edilən hal - tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə - bu münasibətə tətbiq edilə bilməz. Belə ki, bu halda məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsinə mane olan hər hansı bir hal yoxdur. Müştərinin hal-hazırda vərəsəsinin olmaması onun gələcəkdə vərəsəlik işinin açılaraq Borclu hüquqi varisi kimi vərəsəliyinin qəbul edilməsini istisna etmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, icra məmuru E.Qulubəylinin borclunun hüquqi varisi barədə sorğu vermədiyini, həmçinin tələbkara bu barədə məlumat vermədiyini, icra işi sənədində hüquqi varis barədə məlumatın sistemdə mövcud olmadığını qeyd edildiyini bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 13, 230, 233.3, 386, 387.1, 388; 397.2 və 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, şikayətin dəlilləri üzrə qərardadın ləğv edilməsi və şikayətin yenidən araşdırılması üçün əsaslar müəyyən edir.Qeyd edilməlidir ki, prosessual mənada şikayətin əsasları araşdırılmamış və icra işi öyrənilməməklə (ondan çıxarışlar tələb edilməməklə) qanunvericiliyin tələblərinə və işin hallarına uyğun təfsir edilərək zəruri münasibət bildirilməmişdir. Qeyd edilməlidir ki, icra icraatı zamanı borclunun ölməsi onun hüquq varisi, əmlakı və digər müəyyənedici tədbirlərin həyata keçirilməsini zəruri edir. Lakin belə tədbirlərin həyata keçirilməsi işə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmır. Ona görə, ilk olaraq icra sənədinin icrasına nəzarəti həyata keçirməli olan məhkəmə bunları araşdırmalı və müvafiq qənaətin formalaşmasına yönəlik qanuvericiliyin müddəaların tətbiq etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Tələbkar ASC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-323/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və Tələbkar ASC-nin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar