Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-43/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-239/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X1 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi və Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunması üçün yenidən Suraxanı rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-239/2023 nömrəli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, Suraxanı rayon Məhkəməsinin 8(010)- 239/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-239/2023 nömrəli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-239/2023-cü il tarixli qərarı ləğv edilərək, məhkəmə iclası 16 yanvar 2024-cü il tarixə saat 15:30-a təyin olunmuşdur. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-239/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən şikayətinin təmin edilməsi qeyd edilsə də, nəticədə şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-239/2023 nömrəli, 09 yanvar 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. X1 tərəfindən etiraz daxil olaraq göstərilmişdir ki, borclu süni şəkildə işin baxılmasını uzadmaq və bununla da onun öz uşaqları ilə görüşünün qarşısını almaq niyyətindədir. Hansı ki, şikayət verilib və təmin edilib. Məhkəmə qərardadı ləğv edib və işə yenidən baxılmasını 16 yanvar 2024-cü il tarixə saat 15:30-a təyin edib. Yəni hüquqlarını müdafiə etməyə şərait yaradıb. Bu səbəbdən Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işin baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur; 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir; 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür; 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər; Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-118/2022 saylı qətnaməsinə əsasən iddiaçı X4 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günləri saat 1200 -dan saat 16:00-dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yeni il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 1200 -dan saat 1600 -dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtının müəyyən edilməsi qət edilmiş və icra sənədi xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək mümkün olmadığından “İcra haqqında” Qanunun 70.4-cü maddəsi rəhbər tutularaq icra sənədi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 239/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qəbul edilərkən Borclu məhkəmə iclasında iştirak etmək hüququndan məhrum olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq sonuncu qərardadı ləğv etməklə işə yenidən baxılması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən göndərilmiş sorğuya müvafiq poçt şöbəsindən teleqram vasitəsi ilə verilmiş cavaba əsasən, məhkəmə tərəfindən 23 noyabr 2023-cü il tarixdə göndərilmiş məhkəmə iclasının keçirilməsinə dair məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə həmin poçt şöbəsinə daxil olmaqla xx.xx.2023-cü il tarixdə Borclu atasına şəxsən təqdim olunmuşdur. Poçt şöbəsi tərəfindən verilmiş cavabdan aydın olur ki, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə iclasının yeri və vaxtına dair məhkəmə bildirirşi Borclu məhkəmə iclasının keçirildiyi gündən sonra təqdim olunmuş, bununla da borclu məhkəmə iclasında iştirak etmək hüququndan məhrum olmuşdur. Birinci instansiya məhkəməsi məhz bu baxımdan şikayətin bu əsasını əsaslı hesab etməklə təmin edilməsi, X3 şikayətinin geri qaytarılması deyil, çəkişmə prinsipinə riayət etməklə, qərardadla həll edilməli məsələyə tərəflərin işitirakı ilə baxılıb qiymət verilməsini və cavabdehin məhkəmədə müdafiə imkanlarından məhrum edilməməsini təmin etmək qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-239/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-43/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-43/2024
05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver