Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-430/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Borclu “xxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Borclu “xxxxxxxxxx” ASC-nin Səbail rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Səbail rayon Məhkəməsinin 2(009)-167/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Səbail rayon İcra və probasiya şöbəsinin üzərinə qoyulması ərizəsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu “xxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu “xxxxxxxxxx” ASC-nin direktoru X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Səbail rayon Məhkəməsinin 2(009)- 167/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Səbail rayon İcra və probasiya şöbəsinin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar cavabdehlər “xxxxxxxxxx” ASC-yə, “xxxxxxxxx” MMC-yə, X2, “xxxxxxxxxxx” MMC-yə və Borclu3 MMCyə “icarə müqaviləsinin ləğv edilməsi, icarə sahələrinin boşaldılması və yeni icarə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-167/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “İcarəyə verən” qismində “xxxxxxxxxx” ASC ilə “İcarəçi” qismində “xxxxxx” MMC arasında bağlanılmış Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 23/7 ünvanında yerləşən sahəsi 47.7 kv.m. olan sahənin 5 il müddətinə “İcarəçi”yə icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və həmin sahənin “İcarəçi” tərəfindən boşaldılması, “İcarəyə verən” qismində “xxxxxxxxxx” ASC ilə “İcarəçi” qismində “xxxxxxxxxxxxx” MMC arasında bağlanılmış Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 23 ünvanında yerləşən sahəsi 85 kv.m. olan sahənin 5 il müddətinə “İcarəçi”yə icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi və həmin sahənin "İcarəçi” tərəfindən boşaldılması, “İcarəyə verən” qismində “xxxxxxxxxx” ASC ilə "İcarəçi” qismində “xxxxxxxxx” MMC arasında bağlanılmış Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 23/7 ünvanında yerləşən sahəsi 500 kv.m. olan sahənin 5 il müddətinə "İcarəçi”yə icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi və həmin sahəin “İcarəçi” tərəfindən boşaldılması, “İcarəyə verən” qismində “xxxxxxxxxx” ASC ilə “İcarəçi” qismində X5 arasında bağlanılmış Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 23/7 ünvanında yerləşən sahəsi 23 kv.m. olan sahənin xx.xx.2019-cu il tarixədək “İcarəçi”yə icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi və həmin sahənin “İcarəçi” tərəfindən boşaldılması qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış və məhkəmə qətnaməsinin icra olunması üçün xx.xx.2018-ci il tarixli icra vərəqəsi Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bildirir ki, məhkəmədə mübahisələndirilən müqavilələr ləğv olunmuş və həmin qeyri-yaşayış sahələri boşaldılmışdır. Bununla yanaşı, yuxarda qeyd olunan icarəçilər və “xxxxxxxxxx” ASC arasında yeni icarə müqavilələri bağlanılmış və hal-hazırda da yeni bağlanılmış müqavilələr əsasında “xxxxxxxxxx” ASC həmin qeyriyaşayış sahələrində fəaliyyət göstərir. Dəfələrlə bununla bağlı Səbail rayon İcra və Probasiya Şöbəsinə məlumat versə də, yeni bağlanılmış müqaviləni təqdim etsə də, sonuncu icraata xitam verməkdən imtina etmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən Səbail rayon Məhkəməsinin 2(009)-167/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu “xxxxxxxxxx” ASC-nin Səbail rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Səbail rayon Məhkəməsinin 2(009)- 167/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Səbail rayon İcra və probasiya şöbəsinin üzərinə qoyulması barədə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu «xxxxxxxxxx » ASC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, icra sənədinin könüllü icrasına dair bildiriş xx xxxxxx 2018-ci il tarixdə ASC-yə təqdim edilib. xx xxxxxx 2019-cu il tarixdə ASC ərizə ilə Səbail rayon İcra və probasiya şöbəsinə müraciət edib və icra sənədi üzrə icranı könüllü şəkildə icra etdiyini bildirib. İcra işində ASC və “xxxxxxxxx” MMC arasında icarə sahəsinin təhvil-təslimin dair çağlanmış akt vardır. Həmin akt, qeyri-yaşayış sahəsinin boşaldılmasını və artıq yeni icarə müqavilələri əsasında “xxxxxxxxx” MMC-yə icarəyə verilməsini təsdiqləyir. İcra işinin materiallarında bağlanmış icarə müqavilələrinin surətləri də vardır. Həmin müqavilələrə də təsdiqlənir ki, qeyri-yaşayış sahəsi müvafiq müqavilələr əsasında icarəyə verilib. Göründüyü kimi, icra işində qeyri-yaşayış sahəsnin boşaldılması və yenidən icarəyə verilməsini təsdiqləyən kifayət qədər sübut vardır. Məhkəmə açıq şəkildə qeyd edir ki, könüllü icra zamanı icra məmurunun iştirakı təmin edilməli və sahənin boşaldılması icra məmuru tərəfindən aktlaşdırılmalı idi. Lakin məhkəmə gəldiyi bu qənaətin hüquqi əsasını göstərə bilməmiş, “İcra haqqında” qanunun hər hansı normasına istinad etməmişdir. Burada könüllü icradan söhbət gedir. “İcra haqqında” qanunun 72-ci maddəsindəki icra mexanizmi bu halda tətbiq edilə bilməz. Çünki həmin maddə məcburi icra tədbirlərindən biri olan borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlı icra sənədlərinin məcburi icrasını nəzərdə tutur. İcra məmurunun həmin maddə çərçivəsində akt tərtib etməsinin məntiqi açıqlaması vardır: yaşayış sahəsi və ya vqeyriyaşayış sahəsi məhz icra məmuru tərəfindən boşaldılır və icra məmuru da bu faktı aktlaşdırır. Könüllü icra halında, yəni icra məmurunun sahənin boşaldılmasında heç bir rolunun, funksiyasının, fəaliyyətinn olmadığı nəzərə alınarsa, niyə icra məmurunun dəvət edilmədiyi aydın olar. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə verilmiş şikayət rədd edilərək, şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən borclu “xxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili D.Novruzov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən tələbkar X7 nümayəndəsi və vəkili E.Hacıyev şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instasniya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər borclulara lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “İcra haqqında” Azərbayan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İş materiallarında olan “xxxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MMC-nin tərtib etdikləri təhvil-təslim aktı düzgün tərtib olunmamışdır, belə ki, təhvil-təslim aktında tarix, əşyaların siyahısı göstərilməmişdir. Belə akt yalnız “xxxxxxxxx” MMC ilə bağlanmışdır. Apellyasiya instasniyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etmiş Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatına əsasən müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-167/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi Səbail rayon İcra və Probasiya şöbəsinə xx.xx.2018-ci il tarixdə daxil olmuş, borclulara həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 2019-cu ilin yanvar ayının 03-də borclular ərizə ilə icra vərəqəsində göstərilən icarə müqavilələrinə xitam verildiyini, qeyri-yaşayış sahələrinin onlar tərəfindən boşaldıldığını, borclularla yeni icarə müqaviləsinin bağlandığını və ona görə də icra sənədi onlar tərəfindən icra olunduğu üçün icra icraatına xitam verilməsini xahiş etmişlər. Həmin ərizələrə icarə müqavilələrinə xitam verilməsini, qeyri-yaşayış sahələrinin boşaldılmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Bu səbəbdən də icra icraatına xitam verilməsi barədə qərar qəbul edilməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında borclularla bağlanmış icarə müqavilələrinin xitam edilməsinə və icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin boşaldılmasına dair hər hansı təsdiqedici sənədlər borclular tərəfindən icra şöbəsinə təqdim olunmamışdır. İşin hallarına, şikayətin dəlillərinə və tərəflərin izahatlarına əsasən kollegiya hesab edir ki, borclu qeyri-yaşayış sahəsinin boşaldılmasını və qətnamənin icra olunmasını bildirsə də, həmin qeyri-yaşayış sahəsinin boşaldılması prosesində icra məmurunun iştirakının təmin edilməsi və təhvil-təslim aktının tərtib edilməsi iş materiallarında aşkar edilmədiyindən mahiyyət etibarilə qətnamə icra olunmamış sayılır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qeyd olunan hüquq normalarının tələblərinə müvafiq olaraq, kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu “xxxxxxxxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-430/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-430/2020
30.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver