Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-430/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, Maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Hüseynov məhkəməyə təqdimatla müraciət edərək Borclu mülkiyyətində olan “Mercedes Benz E320” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-263/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadı ilə həbsin götürülməsi barədə təqdimat təmin edilməmişdir. Daha sonra maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən şikayət verilmişdir. Həmin şikayət də məhkəmənin 16 iyul 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Maraqlı şəxs şikayət ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayətin giriş hissəsində 30 iyun 2021-ci il tarixli 8(006)-263/2021 saylı qətnamədən şikayət verildiyi göstərilmiş, şikayətin nəticə hissəsindən isə ümumiyyətlə hansı məhkəmə aktının mübahisələndirildiyi müəyyən olunmur. Kollegiya qeyd edir ki, hazırki iş materiallarında Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsinin və ümumiyyətlə 30 iyun tarixli məhkəmə aktının mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı apellyasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-430/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-430/2021
04.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver