Məhkəmə qərarları › İş №8(103)-431/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-431/2020

20.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-431/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-131/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ilə cavabdeh X1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli mənzilin ilkin alğı- satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmçinin cavabdeh Borclu 100200 manat mənzilə görə ödənilmiş pul iddiaçı Tələbkar xeyrinə tutulmalı, 31000 manat təmir xərci cavabdeh Sahil-D” Kompani MMC-dən iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Rauf Ələsgərov Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-131/2020 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli icra vərəqəsinin verilməsi üçün əsas olmuş məhkəmə qərarından apellyasiya şikayəti verilmiş və həmin şikayət məhkəmənin icraatına götürülmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-131/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş,Borclu məxsus olan Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, mənzil 35 ünvanında 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 142,30 kv/m 4 otaqlı; Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, mənzil 48 ünvanında 17-ci mərtəbədə yerləşən ümumi sahəsi 206,50 kv/m 4 otaqlı; Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, mənzil 38 ünvanında 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 142,30 kv/m 4 otaqlı daşınmaz əmlaklar üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-131/2020 saylı qərardadı ləğv edilmiş, daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimat təmin edilmədiyi təqdirdə qətnamənin icrası mümkünsüz qalır. Yönəlmiş icra hərəkətlərinin icrasının qarşısı alınmış olur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-131/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən görünüdüyü kimi icra sənədi üzrə icranın təmin ediməsi məqsədi ilə borclunun əmlakının üzərinə həbs qoyulması mümkündür. Hazırkı halda da, icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması icra sənədinin icrası məqsədi ilə həyata keçirilmiş, lakin sonradan məhkəməyə təqdim edilmiş şikayət və şikayətə əlavə edilmiş sənədlərdən aşkar edilmişdir ki, icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi borclu tərəfindən mübahisələndirilmiş (apellyasiya şikayəti verilmişdir) və aidiyyəti üzrə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Nəzərə alnmalıdır ki, icra sənədinin verilməsi və məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olmalıdır. Hazırkı iş üzrə isə qanuni qüvvəsini almış məhkəmə aktı mövcud deyil. Belə olan halda birinci instansiya məhkəməsi qərardad qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Tələbkar şikayəti təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 8(003)-131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Tələbkar şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar