Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-431/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-435/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin icra məmuru X12 təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu "xxxx" MTk-nın rəhbəri, xx.xx.1957-ci ildə Şəki şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-435/2025 saylı qərardadına əsasən təqdimat təmin edilmiş, "xxxx" MTk-nın rəhbəri, xx.xx.1957-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda Borclu nümayəndəsi və vəkili Vəkil Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-435/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim hazırki təqdimata baxarkən borclu şəxsin izahatına heç bir diqqət yetirmədən formal mülahizələrə əsaslanan təqdimatı əsas götürərək qanunsuz qərardad qəbul etmişdir. Borclu ünvan 3 ünvanında rəsmi qeydiyyatda olmaqla daimi yaşayır. Bundan başqa, hüquqi şəxs olaraq "xxxx" MTK-nın da hüquqi ünvanı ünvan 4n hazırki icra vərəqəsinin icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir ki, bu da aidiyyat qaydalarının kobud pozuntusudur. Hazırki icra vərəqəsi üzrə yaranmış borc fiziki şəxsin borcu deyil, direktoru olduğu "xxxx" MTKnın qanunsuz qətnamə əsasında yaranmış borcudur. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, X6 qüvvədə olan və tərəfindən mübahisələndirilən qətnamə ilə uzaqdan yaxından heç bir əlaqəsi yoxdur. Belə ki, "xxxx" MTK-nın direktoru olmuş X13 dələduzluq etmiş və bununla baqlı, barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı, xx.xx.2024-ü il tarixli hökmünə əsasən, “barəsində AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi aparılan təqsirləndirilən şəxs X13 qeyd olunan vəzifədə, yəni "xxxx" MTK-nın sədri işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə, ünvan 5 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X4 mülkiyyətində olmaqla yaşayış olmayan 203 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 100.800 manata alınmış X3 məxsus olan 201 nömrəli mənzili kimi təqdim edərək Tələbkar aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqaviləvə maliyyə arayışı tərtib edib imzası və MTKnın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Tələbkar həmin mənzili ona guya 132.000 manata satmaq adı ilə aldadaraq ünvan 6 ünvanında yerləşən yaşayış binasının avtodayanacağında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Tələbkar faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir.” X13 "xxxx"MTK-nın direktoru olduğu dövrdə özü dələduzluq etmiş və MTK-ya heç bir məbləğdə pul vəsaitimə daxil etməmiş və həmin cinayət işi üzrə Tələbkar zərərçəkmiş şəxs qismində tanınmış və onun həmin məbləği mülki qaydada tələb etmək hüququ yaranmışdır. Deməli həmin pul məbləğinin "xxxx"MTK-ya heç bir aidiyyatı olmadığı halda, indiki direktor RəhimovRafael Rəhim oğlu həmin pul məbləğinin niyə məsuliyyətini daşımalıdır? Vəən əsası X8 əməlində hansı qərəz var? Bu hallar məhkəmə tərəfindən araşdırılmadan formal mülahizələrə əsaslanan Qərardad qəbul edilməsi qanunsuz və əsassızdır. Bundan başqa, Tələbkar “əlaqələri” sayəsində həmin icra işi niyə Yasamal rayon İcra Şöbəsinin icraatındadır? İcra məmuru AR CM-nin 306.1-ci maddəsi iləistintaqın aparılması ilə bağlı AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verdiyi halda, işin icraatına dair icra məmurunun heç bir hərəkətetmə səlahiyyəti olmadığı halda borclu hüquqi şəxsin direktorunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatı necə verə bilər? Bəs bütün bu halları məhkəmə iclası zamanı araşdırmış hakim bu təqdimatı necə təmin edə bilər? Yuxarıda göstərdiyim bütün xüsusatlar bir daha sübut edir ki, hazırki verilmiş təqdimat və həmin təqdimatın təmin edilməsi barədə qərardad qanunsuz, ədalətsiz və qərəzlidir, ona görə də ləğv edilərək təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-435/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)- 435/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsi qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər olur. Hüquqi şəxsləri təmsil edən şəxslərin onların səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan “İcra haqqında” Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönələn düzəlişlər paketi çərçivəsində qəbul olunmuşdur. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında xx.xx.2013-cü il tarixli Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Tələbkar Ağaməmməd oğlu tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti “Caspian İnşaat” MB” MTK-dan tutularaq Tələbkar Ağaməmməd oğluna ödənilməli, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Tələbkar Ağaməmməd oğlunun adına aparılmış qeyd və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, 44 saylı notariat ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Tələbkar Ağaməmməd oğlu ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair X9 tərəfindən Tələbkar Ağaməmməd oğluna ödənilmiş 135000 manat məbləğində pul vəsaiti Tələbkar Ağaməmməd oğlundan tutularaq X7 ödənilməli, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X5 adına aparılmış qeyd və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X2 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m. olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınmalıdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2023-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2023- cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim olunmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-22-1/2-1696/2024 saylı məktuba əsasən "xxxx" MTK-nın adına traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, "xxxx" MTK-nın adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. "xxxx" MMC-nin adına Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 0,1202 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olunur ki, “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Yasamal rayon Məhkəməsi tərəfindən icra sənədi icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmiş, icra sənədi üzrə icraatın aparıldığı dövr ərzində bir sıra məcburi icra tədbirləri həyata keçirilmiş, hətta borclu hüquqi şəxsin rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşdur. Hazırki dövrədək icra sənədi üzrə icra hərəkətlərinin Yasamal rayon İcra Şöbəsi tərəfindən aparılması borclu tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, icra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Odur ki, borclunun həmin dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-435/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-435/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-431/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-431/2025
13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver